Ana səhifə »  Sosial »  Ankarada Azərbaycanlı Həkimlərin Beşinci Türkiyə Forumu keçirilib
A+   Yenilə  A-
Ankarada Azərbaycanlı Həkimlərin Beşinci Türkiyə Forumu keçirilib

7-8 oktyabr tarixlərində Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin Beşinci Türkiyə Forumu keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı, Ankara Güven Xəstəxanasının dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, rektor və dekanları, QHT və KİV təmsilçiləri, 40-dan çox məruzəçi və Türkiyə, Azərbaycan, Almaniya və Rusiyadan 300-ə yaxın həkim və tibb sahəsində təhsil alan tələbə qatılıb.
“Nümunəvi həkim olmağa doğru” şüarı ilə təşkil olunan Forumda əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Forumun açılışını edən Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalioğlu forumların missiyası və tarixçəsindən, dərnəyin fəaliyyətindən və gələcək planlarından bəhs edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da iştirakçıları salamlayaraq, forumların iki ölkə üçün önəmini vurğulayıb. Açılış mərasmində həmçinin, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Türkiyə Cumhuriyyəti Sosial Güvənlik Qurumunun başqanı Mehmet Selim Bağlı, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Türkiyə Cumhuriyyəti Səhiyyə Nazirliyi Tibbi Xidmətlər şöbəsinin müdiri  Nurullah Okumuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Səidə Rüstəmova, Türkiyə Cumhuriyyəti Yüksək Öyrətim Kurulunun nümayəndəsi Sezer Şener Komsuoğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Ankara Universiteti tibb fakültəsi dekanı Gülfem Elif Çelik, Gazi Universiteti tibb fakültəsi dekanı Mehmet Sadık Demirsoy, Hacettepe Universiteti tibb fakültəsi dekan müavini Pergin Atilla və Güvən Xəstəxanası baş həkim müavini Genco Çetinkanat da çıxış edərək, iki qardaş ölkə arasında başda səhiyyə, elm və təhsil olmaqla müxtəlif sahələrdəki əməkdaşlığın önəminə diqqət çəkib, forumun işinə uğurlar arzulayıblar.
Sonra Türkiyənin rəsmi dairələrindən Foruma göndərilən təbrik məktubları oxunub.
Rəsmi açılışdan sonra isə Hacettepe Universiteti tibb fakültəsinin keçmiş dekanı, professor İskender Sayekin "Nümunəvi həkim olmağa doğru" mövzusunda elmi məruzəsi dinlənilib.
Forumda müxtəlif panellərdə tibb təhsili, Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri, uzman həkimlərin ölkəmizdəki iş imkanları və səhiyyə sisteminə töhfələri, xaricdə tibb təhsili və uzmanlıq imkanları və digər mövzularda bir-birindən maraqlı müzakirələr həyata keçirilib. Xüsusilə, Türkiyədəki azərbaycanlı həkimlərin problemlərinin həlli üçün Azərbaycanlı Həkimlər Dərnəyinin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib. Türkiyə Cumhuriyyəti Səhiyyə Nazirliyi Tibbi Xidmətlər şöbəsinin müdiri Nurullah Okumuş, Tibdə Uzmanlıq Kurulunun baş katibi Engin Uçar, Sosial Güvənlik Qurumu nümayəndəsi Mehmet Akif Erdem, Ankara Universiteti Stomatologiya Fakültəsinin dekan müavini Mehmet Ali Kılıçarslan Türkiyədə təhsil alan və işləyən azərbaycanlı həkimlərin qarşılaşdığı problemlər, sağlamlıq və peşə sığortaları ilə bağlı problemlər, diş həkimlərinin iş və gəlir məsələləri və bir sıra digər mövzularda geniş müzakirələr apararaq problemlərin həlli üçün təkliflər təqdim ediblər.
Proqramın ilk günü həmçinin Azərbaycanda icbari tibbi siğortanın tətbiqi ilə bağlı xüsusi panel də baş tutub. İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Azərbaycanda bu sahədə olan yeniliklərdən, gələcək planlardan bəhs edib və gənc həkimlərin suallarını cavablandırıb. Azərbaycan Səhiyyə Nazirliyinin təmsilcisi Səidə Rüstəmova, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov da öz məruzələrində Azərbaycan tibb təhsili və səhiyyə sistemindəki dəyişikliklər, əldə olunan uğurlar və gələcək planlardan bəhs ediblər. Türkiyəyə tibb təhsili üçün gələn və vətənə qayıdan ilk tələbə olan Vaqif Qələndər isə xatirələrini və 25 illik təcrübəsini iştirakçılarla bölüşüb.
Azərbaycanın incəsənət xadimləri – aktyor və rejissor Cahangir Novruzov və pianist İslam Manafov qatıldıqları, böyük marağa səbəb olan "Sənətkar baxışı ilə nümunəvi həkimlik" panelində iki korifey həkimliyi fərqli bir perspektivdən dəyərləndirərək gənc həkimlərlə öz həyat təcrübələrini bölüşüb, onlara məsləhətlər veriblər.
Birinci günün proqramı İslam Manafovun unudulmaz canlı piano ifası ilə sona çatıb. Sosial proqram çərçivəsində təşkil olunan qala gecəsi də bütün iştirakçılar üçün milli musiqi və rəqslərlə yadda qalan bir xatirə olub.
Oktyabrın 8-də – forumun 2-ci günündə Azərbaycanın tanınmış həkimlərinin iştirakı ilə təşkil olunan "Uzman həkimlərin Azərbaycanda iş imkanları, qazandıqları uğurlar və səhiyyə sisteminə töhfələri" adlı panel iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, tanınmış həkimlərdən - Vaqif Qələndərli, Üzeyir Rəhimov, Ramin Bayramlı, Barat Yusubov, Fuad Novruzov, Tural Rəhimli, Əli Quliyev, İkram Rüstəmov, Cabir Gülmalıyev və başqalarının çıxışları dinlənilib.
Təhsilini xaricdə davam etdirmiş dəyərli həkimlərimiz Kamran Ağayev və Vüqar Yaqublu isə iştirakçılara ABŞ və Almaniyadakı təhsil və elmi araşdırma imkanları haqqında məlumat veriblər.
Forumun sonunda Azərbaycanlı Həkimlər Dərnəyi idarə heyəti üzvləri Şahin Hanalioğlu, Fərid Qasımzadə, Nəsiman Alılı və Bəylər Bəylərov iştirakçılarla dərnəyin gələcək planları və Azərbaycanla yaxın əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Uğurla nəticələnən Forumdan sonra Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov rəhbərliyindəki Azərbaycan heyəti Türkiyə Cumhuriyyətinin səhiyyə naziri Əhməd Demircan ilə görüşüb. Bu görüş zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov iki ölkənin qardaşlığını vurğulayaraq, Azərbaycana göstərdikləri xüsusi diqqət və qayğıya görə Türkiyə Səhiyyə Nazirliyinə öz təşəkkürlərini bildirib.
Türkiyə Cumhuriyyətinin səhiyyə naziri Əhməd Demircan isə Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da səhiyyə sahəsindəki bilik və təcrübələrini qardaş Azərbaycanla bölüşməyə davam edəcəyini deyib.

 
  • Oxunub:  4380  |  
  • Tarix:  11-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA