Ana səhifə »  Sosial »  Səyavuş Heydərov: Avropa İttifaqının nümayəndələri Azərbaycandakı dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər
A+   Yenilə  A-
Səyavuş Heydərov: Avropa İttifaqının nümayəndələri Azərbaycandakı dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər

Xəbər verdiyimiz kimi, bu günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə iştirak edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov onun nəticələri və töhfələri, səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan üçün əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
- Brüsseldəki görüşlərin əhəmiyyəti barədə fikirlərinizi bildirmənizi xahiş edirik.
- Azərbaycandan olan böyük bir nümayəndə heyəti ilə Brüsseldə çox əhəmiyyətli tədbirlərdə iştirak etdik. Nümayəndə heyətinə Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri daxil idilər. Tədbirlər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard və Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinneslə görüşlərimizi xüsusi vurğulamaq istərdim. Qeyd etmək istəyirəm ki, ilk dəfədir Aİ-nin bu səviyyəli nümayəndələri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüşürlər. Nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biridir, dövlət rəsmiləri ilə ikitərəfli və çoxtərəfli mütəmadi görüşlərin keçirilməsini adi hal kimi qəbul etmək olar. Lakin bu şəxslər bu dəfə Azərbaycandan olan dini icmaların nümayəndələri ilə, başqa sözlə desək, sadə insanlarla görüşdülər, onların gündəlik həyat tərzi, fəaliyyətləri barədə özlərindən məlumat əldə etdilər.
Bundan başqa, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan digər şəxslərlə görüşləri qeyd edə bilərəm. Bu görüşlərin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, qeyd etdiyim şəxslərdə və onların təmsil etdikləri qurumlarda ölkəmizlə, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlər formalaşdı.
- Avropa strukturları Azərbaycanda tolerantlıq haqqında nə qədər məlumatlıdır və bizim bu model onlar üçün hansı dərəcədə maraqlıdır?
- Avropa bir siyasi fenomen kimi, eləcə də onun strukturları vahid və yekcins deyil. Siyasi spektrin müxtəlif qanadlarını təmsil edən qruplar bütün məsələlərə öz ideoloji çərçivələrindən baxırlar. Buna görə də Avropa strukturları ilə görüşlərdə bu amil mütləq nəzərə alınmalıdır. Bizim Avropa strukturları ilə görüşlərimiz həm Avropa İttifaqının xarici siyasət xidmətində çalışan yüksək səviyyəli bürokratlarla, həm də Avropa Parlamentinin seçilmiş üzvləri ilə baş tutdu. Parlamentarilərlə görüş xüsusilə mühümdür. Ona görə ki, Aİ-də qərarların qəbul olunmasında Avropa Parlamentinin müstəsna rolu var. Təsadüfi deyil ki, burada da sağ mərkəzçi qüvvələr əsas rol oynayır. Görüşlərimiz də elə siyasi spektrin bu qanadına mənsub olan Avropa Xalq Partiyasının üzvləri ilə oldu. Nəzərə almaq lazımdır ki, Avropa Xalq Partiyası Avropa Parlamentindəki ən böyük siyasi qrupdur. Bizimlə görüşün təşəbbüskarı da məhz parlamentarilər idilər ki, bu da Azərbaycana olan maraqdan irəli gəlir.
Digər tərəfdən, Azərbaycanla bağlı istənilən məsələ Avropa üçün həmişə maraqlı olub. Bunun da kökündə, zənnimcə, ölkəmizdə tarixən mövcud olan xalqların birgəyaşayışı istiqamətindəki uğurlu strategiya olub. Fəxrlə deyə bilərik ki, bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Dünyada hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından bizim bu tolerant mühiti qoruyub saxlamağımız xüsusilə diqqət mərkəzindədir. Bununla əlaqədar, deyə bilərik ki, səfər zamanı həyata keçirdiyimiz görüşlərdə Avropa İttifaqının nümayəndələri Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər və bu cür birgəyaşayış modelinin bir çox dünya ölkələri üçün örnək ola biləcəyini qeyd etdilər. Ümumilikdə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı oynadığı rol ilə yanaşı, dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında özünəməxsus modeli ilə böyük töhfələr verəcəyi vurğulandı. Buna misal olaraq, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, cari ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi diqqətə çatdırıldı.
- Aİ ilə gələcək əməkdaşlığın perspektivlərinə dair nə fikirdəsiniz?
- Əlbəttə ki, bizim Aİ ilə əməkdaşlıq məsələmiz təkcə bu görüşlərlə yekunlaşmır. Gələcək planlar içərisində bir sıra maraqlı layihələr var ki, bunların da tərəflər üçün faydalılıq dərəcəsi prioritetlərə görə müəyyənləşəcək. Biz artıq daha böyük layihələr üzərində işləyirik. Bilirsiniz ki, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələr üçün hazırlanmış Tvinninq, TAİEX kimi alətləri mövcuddur. Yaxın gələcəkdə biz bu mexanizmlərdən yararlanmaqla Avropa ilə əməkdaşlığımızı daha da genişləndirmək fikrindəyik. Digər tərəfdən, Aİ-nin daxili proqram və layihələri də var ki, qeyri-üzv dövlətlər də onlardan yararlana bilərlər. İlkin razılaşmalara əsasən deyə bilərik, biz də artıq bu layihələrdə iştirak edəcəyik. Nəzərə almaq lazımdır ki, müasir dünyada dini zəmində baş verən münaqişələr və onların törətdiyi fəsadlar bu gün Avropada xüsusi narahatlıq doğurur. Buna görə də Avropa etnik, dini, mədəni fərqliliklərin daha optimal idarə edilməsi üzərində baş sındırır. Azərbaycanın bu sahədəki nailiyyətləri isə danılmazdır. Buna görə də həm biz, həm də Avropa strukturları qarşılıqlı əməkdaşlığı genişləndirmək əzmindəyik.
- Səfər çərçivəsində vətəndaş cəmiyyətləri ilə də görüşləriniz reallaşıb, bu sahədə münasibətləri necə qiymətləndirirsiniz?
- Bəli, səfər çərçivəsində səlahiyyətimiz daxilində reallaşan görüşlər sırasında vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər də oldu. Bilirsiniz ki, dünyada vətəndaş cəmiyyətinin də öz əhəmiyyətli funksiyaları var. Görüşlərimiz zamanı Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən bəhs olundu. Bunlardan əlavə, dini konfessiyaların nümayəndələri Avropa Parlamentinin deputatları ilə görüşlərdə diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması faktına yönəldərək bildirdilər ki, bu ərazilərdə əsrlərlə tarixə malik müsəlman və xristian dini abidələri məhv edilib. Parlamentarilərin nəzərinə çatdırıldı ki, Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Brüsselə səfər edən Azərbaycandan olan dini konfessiyaların tərkibində erməni din xadimləri də rahatlıqla iştirak edə bilərdilər. Görüş çərçivəsində Avropa Kilsələrinin Konfransı Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən protestant icmalar arasında gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə olundu. Ümid edirik ki, bu əməkdaşlıq Avropanın rəsmi strukturlarında Azərbaycan haqqında obyektiv fikrin formalaşmasına öz töhfəsini verəcək.
- Səfər çərçivəsində NATO nümayəndələri ilə də görüşləriniz reallaşıb, bu sahədə münasibətləri necə dəyərləndirirsiniz?
- Səfər çərçivəsində NATO-nun baş qərargahında bu təşkilatın ictimai diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli ilə görüşümüz baş tutub. Görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşlarla münasibəti barədə məlumat verildi, bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edildi. Ümumiyyətlə, hazırda dünyada NATO öz təhlükəsizlik siyasətini yalnız Avratlantik məkanda deyil, həmçinin ondan kənarda da həyata keçirməyə çalışır. Günümüzdə dini zəmində baş verən münaqişələr onu göstərir ki, bu sahədə müvəffəqiyyət hələ əldə olunmayıb. Ona görə, dünya düzəninin institusional çərçivədə təhlükəsizliyinin təmin edilməsi üzrə dini aspektdən təkliflər, eləcə də dinin siyasiləşdirilməsinə son qoyulması ətrafında müzakirələr aparıldı. Qeyd edilən problemlərin həlli üçün nəticə və fəsadlarla yanaşı, səbəblərlə, ikili standartlarla mübarizənin vacibliyi vurğulandı, o cümlədən dini tolerantlığın təşviq olunması, bu problemin həlli istiqamətində müzakirələr üçün ekspertlərdən ibarət yeni platformanın yaradılması tərəfimizdən təklif edildi. Görüşlər çərçivəsində Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində dini icmalar səviyyəsində həyata keçirilən layihələr barədə məlumat verildi, o cümlədən dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyi diqqətə çatdırıldı.

 
  • Oxunub:  1050  |  
  • Tarix:  11-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA