Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il respublika üzrə 500-700 bal toplayan abituriyentlərin 21 faizi BDU-nu seçib

Bu il respublika üzrə 500-700 bal toplayan abituriyentlərin 21 faizi BDU-nu seçib

16.09.2017 [10:58]

Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov birinci kurs tələbələrini Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun BDU-nun payına düşdüyünü bildirib. Qeyd edib ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390 nəfər, 500-700 arası bal toplayan 1500 nəfər BDU-nu seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21 faizini təşkil edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına diqqət çəkən rektor üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin də BDU olduğunu bildirib. Rektor onu da qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfər Bakı Dövlət Universitetinin tələbələridir. Bu da ötən tədris ilində BDU-dan təqaüdə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və 700 bal toplayaraq hüquq fakültəsinə qəbul olmuş İlhamə Hüseynovanın çıxışından sonra rektor Abel Məhərrəmov yüksək balla universitetə daxil olan gənclərə tələbə vəsiqələri, eləcə də ali məktəbin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31