Ana səhifə »  Sosial »  Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişlənəcək
A+   Yenilə  A-
Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişlənəcək

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi bu işlərdə yeni keyfiyyət dəyişikliyi yaradacaq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatlarının təsis edilməsi nəzərdə tutulub. Sənəddə vurğulanır ki, ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir.
Bəs Azərbaycanın özünün ixrac imkanlarını genişləndirməyi hədəflədiyi indiki dövrdə bəhs olunan Fərmanın aktuallığı nədən ibarətdir? Dövlət başçısının imzaladığı sənəd ölkəmizin rəqabətqabiliyyətli məhsullarının xarici bazarlara çıxarılması, “Made in Azerbaijan” brendinin təbliği baxımından hansı yeni imkanlar açır?
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş səfirlik və konsulluqlarının xəttilə ixracın genişləndirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində institusional təkmilləşdirməyə dair davamlı tədbirlərin həyata keçirilməsi hər bir zaman dövlət siyasətinin tərkib hissəsi olaraq diqqət mərkəzində saxlanılıb. Dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Məlumdur ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də qeyd edildiyi kimi, Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi perspektivdə reallaşdırılacaq planlar arasında yer alır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı əsas götürülərək Azərbaycanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılaraq, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artırılmalıdır. Eyni zamanda, əgər ticarət əlaqələrinin inkişafı inersiya üzrə davam edərsə, onda Azərbaycanın ixracının əsasən Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı istiqamətində artacağını proqnozlaşdırmaq mümkündür. Hərçənd ki, burada hansısa bazardan yarana biləcək asılılığı bəri başdan önləmək üçün ixracın geostrateji və coğrafi şaxələndirilməsi tələb olunur. Ənənəvi bazarlarda mövqelər qorunmaqla yanaşı, yeni bazarlara, - Cənub-Şərqi Asiya, Mərkəzi Asiya, Körfəz ölkələri, Latın Amerikası və Afrika bazarlarına, - çıxış təmin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradılan “Azexport.az” portalı ixrac potensialı olan məhsulların vahid məlumat bazasını yaratmaqla ölkəmizin geoiqtisadi ixrac xəritəsi funksiyasını həyata keçirməkdədir. Belə bir xəritənin olması isə bütün institusional resursların məqsədyönlü istiqamətlərdə cəmləşdirilməsinə və hədəfə yönəlik səmərəli istifadəsinə zəmin yaradır.
Beynəlxalq arenada ixracın genişləndirilməsi və investisiyaların cəlb edilməsi üzrə tətbiq edilmiş təşviq siyasəti təcrübələrinin öyrənilməsi onu deməyə əsas verir ki, ixracın təşviqinə çəkilən hər 1 ABŞ dolları həcmində xərc ixrac həcmini 40 ABŞ dolları qədər artırır. Qeyd edilənləri nəzərə alaraq, deyə bilərik ki, Azərbaycan imzalanmış son Fərman çərçivəsində icra mexanizminin effektiv şəkildə təşkil edilməsi yolu ilə ixracın genişləndirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində yaxşı nəticələr əldə edilməsinə nail ola bilər.
Mövcud vəziyyətə nəzər salsaq, görərik ki, hazırda Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda iqtisadi maraqlarını əsasən xaricdəki aşağıdakı institutlar təmin edirlər:
1. Azərbaycan Respublikasının xaricdəki səfirlik və konsulluqlarında fəaliyyət göstərən ticarət nümayəndələri. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası istiqamətində işlər davam etdirilməkdədir. Belə ki, respublikamızın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşı olan Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndələri artıq fəaliyyət göstərməkdədir. Burada xüsusi olaraq onu vurğulamaq yerinə düşər ki, ticarət nümayəndələrinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, qeyri-neft ixracının genişləndirilməsində, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və həmin ölkələrin investisiyalarının cəlb olunmasında önəmli rol oynayacaqdır.
2. Hazırda Azərbaycanın ixrac potensialının artmasına “Azexport.az” portalı da öz töhfəsini verməkdədir. “Azexport.az” portalı dünyanın aparıcı elektron ticarət portalları ilə inteqrasiya olunaraq fəaliyyətinin ilk ilində dünyada 150 min biznes nümayəndəsinin Azərbaycan məhsulları ilə maraqlanmasına nail olub. Portalın xətti ilə indiyədək 60-dan çox ölkədən 350 milyon ABŞ dollarına yaxın ixrac sifarişi əldə olunub.
3. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən, Ukrayna, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində də işlər davam etdirilməkdədir. Artıq Belarusda belə bir Ticarət Evi yaradılıb və uğurla fəaliyyət göstərir.
4. Azərbaycanın xaricdə iqtisadi maraqlarının təmin olunmasında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da rolunu xüsusi qeyd etmək lazımdır. AZPROMO İqtisadiyyat Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilib. Fondun bir sıra ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir, eyni zamanda, qurum ixracın təşviqi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
5. SOCAR-ın transmilli şirkətə çevrilməsi aşağıdakı şəhərlərdə nümayəndəliklərinin açılmasına zəmin yaradıb: İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi və Kiyev. Bundan başqa, SOCAR-ın Gürcüstan, İsveçrə və Türkiyə kimi ölkələrdə törəmə şirkətləri fəaliyyət göstərir. Bu nümayəndəliklər əsasən SOCAR-ın iqtisadi maraqlarını təmsil etməklə yanaşı, həm də Azərbaycan Respublikasından qeyri-neft ixracının stimullaşdırılmasında, ölkəmizə xarici investisiya cəlbində və digər iqtisadi maraqların təmin edilməsində geniş potensiala malikdir.
6. Azərbaycanda özəl sektorda fəaliyyət göstərən ayrı-ayrı şirkətlərin xarici ölkələrdəki nümayəndəlikləri daha çox özəl sektorun tələbatlarına uyğun olaraq korporativ maraqların inkişaf etdirilməsinə xidmət göstərirlər.
7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası aşağıdakı beynəlxalq təşkilatlara üzv olmaqla dövlətin iqtisadi maraqlarını təmsil edir: Avropa Palataları Assosiasiyası, İslam Ticarət və Sənaye Palatası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM ölkələri Ticarət və Sənaye Palataları Şurası, MDB Ölkələrinin Ticarət və Sənaye Palataları Şurası və s.
Fərmandan irəli gələn potensial təsir imkanlarına gəlincə qeyd edək ki, Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda iqtisadi maraqlarının təmsilçiliyində müxtəlif institutların olması fərqli əməkdaşlıq platformalarının mövcudluğu baxımından böyük əhəmiyyət daşıyır. Sözügedən Fərman vasitəsilə təsdiq olunmuş bəzi institusional təkmilləşdirmələrin həyata keçirilməsi ixrac potensialının genişləndirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində müsbət rol oynayacaqdır. Burada, eyni zamanda, Fərmanın effektiv icrasını təmin etmək məqsədilə reallaşdırılacaq tədbirlər sırasında bir sıra faktorların nəzərə alınması gözləniləndir. Belə ki, Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin rəhbərliyi əsasında bütün mövcud təmsilçiliklər arasında respublikamızdan ixracın təşviq edilməsi və ölkəmizə investisiya cəlbi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi bir-birini təkrarlayan fəaliyyətlərin aradan qaldırılmasına və tamamlayıcı fəaliyyətlərin sistemləşdirilməsinə zəmin yaratmış olacaqdır. Məsələn, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin “CzechTrade” agentliyinin 47 ölkədə təmsilçiliyi var. Bununla yanaşı, Çexiyanın xaricdəki səfirliklərinin müvafiq Ticarət və İqtisadiyyat bölmələri (Commercial and Economic Section) fəaliyyət göstərirlər. Hər iki qurum xaricdəki fəaliyyətlərini koordinasiya edir. Təcrübədə “CzechTrade” agentliyinin xaricdəki nümayəndəliklərinin bu ölkənin səfirlərinin rəhbərliyi altında fəaliyyət göstərməsi müşahidə edilir. Azərbaycan üçün qeyri-neft ixracı baxımından əhəmiyyət kəsb edən ölkələrdə fəaliyyət göstərən səfirliklərimizdə iqtisadi məsələlərə cavabdeh olan diplomatların təyin edilməsi bu prosesin daha da sürətləndirilməsi baxımından müsbət rol oynayacaqdır.
Fərman mühüm yeni bazarlarda - xüsusilə, Cənub-Şərqi Asiya, Körfəz ölkələri, Latın Amerikası və Afrika bazarlarında təmsilçi institutların gücləndirilməsinə müsbət təsir göstərəcək. Məsələn, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İtaliya, Avstraliya, Misir Ərəb Respublikası, Cənubi Afrika Respublikası və s. kimi ölkələrdə olan səfirliklərdə birbaşa iqtisadi məsələlərə cavabdeh olan diplomatların təyin edilməsi Azərbaycan Respublikasının xarici iqtisadi maraqları baxımından əhəmiyyətli rol oynaya bilər.
“Azexport.az” portalının və Azərbaycanın xaricdəki Ticarət Evlərinin fəaliyyətinin genişləndirilməsi baxımından xarici ölkələrdəki nümayəndəliklərimizlə daha sıx əməkdaşlıq imkanlarının yaradılması da ölkəmizin ixrac potensialının artmasına və investisiyaların cəlb edilməsinə xidmət edəcəkdir. Rusiya, Türkiyə, Çin və İran kimi qeyri-neft ixracımızda prioritet təşkil edən ölkələrdə AZPROMO, Azexport və Ticarət Evlərinin fəaliyyət dairəsinin həmin ölkələrdəki səfirliklərimizlə koordinasiya edilərək genişləndirilməsi və gücləndirilməsi qarşıya qoyulmuş məqsədlərə nail olunmasında əvəzsiz rol oynayacaqdır. Məsələn, İsrailin Sənaye, Ticarət və Əmək Nazirliyinin Xarici Ticarət Administrasiyası ticarət, ixrac və xarici sərmayələrin cəlbini təşviq edən orqan olmaqla bütün dünyada iqtisadi nümayəndələr şəbəkəsinə malikdir. Sözügedən nazirlik İsrailin xaricdəki səfirliklərində ticarət attaşesi (Commercial Attache) təyin etməklə xarici investisiyanın cəlbi və ixracın təşviqi istiqamətində işlər görür. İxracyönümlü iqtisadiyyat qurmuş Malayziyanın təcrübəsi də Azərbaycan üçün cəlbedici sayıla bilər. Məsələn, Malayziyanın müvafiq MATRADE agentliyi (Malaysia External Trade Development Corporation) xarici ölkələrin 40 şəhərində təmsil olunur.
Fərman, eyni zamanda, Azərbaycan üçün mövcud ola biləcək potensial iqtisadi imkanların diplomatlar tərəfindən yerində daha dərindən öyrənilməsinə xidmət edəcəkdir. Mühüm iqtisadi əməkdaşlıq potensialına malik ölkələrdə iqtisadi məsələlərə cavabdeh olan ayrıca diplomatın fəaliyyət göstərməsi və eyni zamanda, bu cür kadrların sırf iqtisadi maraqların daha effektiv təmin olunmasına istiqamətləndirilməsi ixracın və investisiyaların təşviq edilməsində müsbət rol oynayacaqdır. Belə ki, Türkiyə təcrübəsinə nəzər yetirsək, görərik ki, hətta iri ticarət partnyoru olan ölkələrdə, məsələn, Türkiyənin ABŞ-dakı səfirliyində fəaliyyət göstərən 10 ofisdən 4-ü bilavasitə iqtisadi münasibətlərə cavabdehdir: Ticarət Müşavirliyinin Ofisi, Mədəniyyət və Turizm Müşavirliyinin Ofisi, İqtisadiyyat Müşavirliyinin Ofisi, Aqrar Müşavirliyin Ofisi.
Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin internet resurslarında (veb səhifə, bloq, Twitter səhifəsi və s.) “Azexport.az”, AZPROMO, Ticarət Evləri və Azərbaycan İnvestisiya Şirkətinin tanıdılması, habelə səfirliklərin fəaliyyət göstərdikləri ölkələr üzrə investorların maraq dairələrinə uyğun olaraq hazırlanmış spesifik investisiya layihələri barədə müvafiq informasiyaların yerləşdirilməsi öz növbəsində ölkəmizə potensial investisiyaların cəlb edilməsində müsbət rolunu oynayacaqdır. Qeyd etmək lazımdır ki, bu tipli yanaşma bir sıra qabaqcıl ölkələrdə, məsələn, İsraildə geniş yayılmışdır. Bu baxımdan Strateji Yol Xəritələrinin tələbinə uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İnvestisiya layihələri portalı” mühüm əhəmiyyət daşımaqdadır. Ticarət nümayəndəliklərinin bu portalla əməkdaşlığı Azərbaycanda investisiya layihələrinə xarici investorların cəlb edilməsi imkanlarını daha da genişləndirə bilər.
Sözügedən Fərman üzrə, müvafiq istiqamətlərdə ixtisaslı kadrların yetişdirilməsi prosesinə Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının cəlb olunması və iqtisadiyyatyönümlü diplomatların hazırlanması fəaliyyətinin daha da gücləndirilməsi nəinki qeyri-neft ixracının artırılması və investisiyaların cəlb edilməsi sahəsində qarşıya qoyulan məqsədlərə çatmaqda mühüm əhəmiyyət kəsb edəcək, eyni zamanda, bu istiqamətlərdə beynəlxalq standartlar çərçivəsinə uyğun olaraq formalaşdırılmış insan kapitalı bazasının daha da inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.
Vüsal Musayev,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
analitiki, iqtisad elmləri doktoru

 
  • Oxunub:  11700  |  
  • Tarix:  13-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

17:57
19 Fevral
Yeni zelandiyalı mütəxəssis Aqrar Universitetdə çalışacaq
17:50
19 Fevral
Tovuzda sahibkarlar üçün treninq keçirilib
17:48
19 Fevral
Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
17:47
19 Fevral
“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib
17:46
19 Fevral
YAP Tovuz rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirib
17:44
19 Fevral
Bəxtiyar Vahabzadə - min il bundan əvvəlin və sonranın şairi
17:43
19 Fevral
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
17:42
19 Fevral
“Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib
17:41
19 Fevral
YAP Göygöl rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
17:27
19 Fevral
Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək
17:23
19 Fevral
Fevralın 20-nə USD/AZN rəsmi məzənnəsi 1,7001 manat səviyyəsində müəyyən olunub
17:21
19 Fevral
İraqın neft naziri Türkiyəyə gedir
17:20
19 Fevral
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə başlanılıb
17:15
19 Fevral
Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib
17:12
19 Fevral
“Türkiye Petrolleri” Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını artırır
17:11
19 Fevral
Azərbaycan məhsullarının 7 ölkəyə ixracı ilə bağlı danışıqlara başlanılıb
17:06
19 Fevral
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib
16:59
19 Fevral
Sankt-Peterburqda bəstəkar və dirijor İsmayıl Hacıyevin konserti olub
16:58
19 Fevral
Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir
16:54
19 Fevral
Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb
16:41
19 Fevral
Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib
16:32
19 Fevral
İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır
16:27
19 Fevral
Zərdabın Gəlmə kəndində yem emalı müəssisəsi açılıb
16:25
19 Fevral
Nərimanov rayonunda YAP-ın namizədinin imzatoplama kampaniyasında vətəndaşlar mütəşəkkil qaydada iştirak edirlər
16:16
19 Fevral
160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub
16:13
19 Fevral
Ağstafa rayonunda seçicilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak ediblər
16:10
19 Fevral
2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq
16:05
19 Fevral
Gömrükçülər 439,1 qram tiryək müsadirə edib
16:00
19 Fevral
Azərbaycan Dövlət Pedaqoji Universiteti daha bir xarici universitetlə əlaqələr qurur
15:58
19 Fevral
Monteneqro Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
15:58
19 Fevral
Markus Şox: Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir
15:57
19 Fevral
Elm müəssisələrində mülki müdafiə istiqamətində biliklər artırılır
15:47
19 Fevral
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar keçirilir
15:42
19 Fevral
Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb
15:42
19 Fevral
“Elektron hökumət” portalındakı müraciətlərin yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə ünvanlanıb
15:39
19 Fevral
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin keçirdiyi aksiyasında ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar
15:38
19 Fevral
Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur
15:36
19 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
15:34
19 Fevral
Niyazi Səfərov: Yerli məhsulların daxili və xarici bazarlara çıxarılması istiqamətində vacib addımlar atılır
15:32
19 Fevral
İmzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir
15:31
19 Fevral
Azərbaycan atleti İstanbulda bürünc medal qazanıb
15:30
19 Fevral
“Pxençan-2018”: Kanadalı fiqurlu konkisürənlər qısa proqramda dünya rekordunu yeniləyiblər
15:27
19 Fevral
23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür
15:14
19 Fevral
“Liberty” Vyetnam Qran-Prisi layihəsini həyata keçirmək niyyətindədir
15:13
19 Fevral
Yol polisi əməkdaşları su kanalına aşan avtomobildəki qadını və azyaşlını xilas ediblər
15:10
19 Fevral
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:03
19 Fevral
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
15:01
19 Fevral
10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilir
15:00
19 Fevral
“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək
14:57
19 Fevral
Bencpress, pauerliftinq və didliftinq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
14:55
19 Fevral
Rumıniya xəbər agentliyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası barədə yazır
14:54
19 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
14:48
19 Fevral
19 fevral – Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür
14:47
19 Fevral
“Naxtel” operatorunun istifadəçi sayı 20 min 700 nəfər artıb
14:46
19 Fevral
Rocer Federer PTA reytinqində ən yaşlı liderdir
14:45
19 Fevral
Füzulidə keçirilən yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
14:43
19 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib
14:26
19 Fevral
Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın kreditorlarına müraciət edib
14:15
19 Fevral
YAP Bərdə rayon təşkilatı imzatoplama prosesini uğurla başa çatdırıb
14:13
19 Fevral
Gənc boksçularımız Belarusa yollanıblar
14:13
19 Fevral
Seçkilərin şəffaf keçirilməsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
14:12
19 Fevral
Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb
14:10
19 Fevral
Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının fəxri diplomu ilə təltif edilib
14:09
19 Fevral
Tərtər rayonunda 5276 nəfər kütləvi tibbi müayinədən yararlanıb
14:09
19 Fevral
Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb
14:08
19 Fevral
Vikipediyaya Azərbaycan mədəniyyəti haqqında özbək dilində məqalə yerləşdirilib
14:07
19 Fevral
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
14:06
19 Fevral
Millimizin Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı başılayıb
14:05
19 Fevral
Tərtərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb
14:04
19 Fevral
“Synergy Baku” velosiped komandası mövsümdə ilk qələbəsini qazanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA