Ana səhifə »  Sosial »  Azərbaycanın təhlükəsizliyinin və milli maraqların qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür
A+   Yenilə  A-
Azərbaycanın təhlükəsizliyinin və milli maraqların qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür

Ölkəmizin işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilib
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu keçirilib.
Belə tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçilik, xalqımızın maraqlarının etibarlı gələcəyinin təminatçısı kimi yetişməsi, tərbiyə olunması, intellektual potensialının yüksəldilməsi işinə göstərilən diqqət və qayğısının parlaq təzahürüdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, bilavasitə iştirakı ilə respublikamızda və onun hüdudlarından kənarda gənclər və idman sahəsində həyata keçirilən tədbirlər, gənc nəslin bu işlərdə geniş şəkildə və coşqu ilə təmsil olunmalarına şərait yaradılması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və təqdir olunur. Azərbaycanın əzəli və ayrılmaz torpağı olan Qarabağda, Ağdamda gənclərin forumunun keçirilməsi dövlət başçısının yürütdüyü uğurlu gənclər siyasətinin daha bir bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır.
Forumda adıçəkilən qurumların, eləcə də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun nümayəndələri, Milli Məclisin deputatları, respublikanın qeyri-hökumət gənclər təşkilatları, Azərbaycanın işğal olunmuş Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli və cəbhəyanı Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gədəbəy şəhər və rayonlarının fəal gəncləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.
Forum Ulu öndər Heydər Əliyevin, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə keçən tədbirdə bildirilib ki, forum Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin etibarlı qorunması və gücləndirilməsi işində gənclərin fəallaşdırılması, eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanının müdrik rəhbərliyi və qətiyyəti sayəsində mənfur düşməndən azad edilmiş ərazilərimizə Böyük Qayıdış konsepsiyasının həyata keçirilməsində yaxından iştirak məqsədilə təşkil olunub.
Forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, respublikanın sosial-iqtisadi inkişafı, həmçinin hərbi qüdrətinin yüksəldilməsi və işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən uğurlu siyasət, əldə edilmiş nailiyyətlərin qorunması üçün hər bir azərbaycansevərin üzərinə düşən vəzifələr və vətəndaşlıq borcu ilə bağlı çıxışlar dinlənilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev çıxışında bildirib ki, xalqımızın birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərməsinə, çoxsaylı şəhidlər verməsinə baxmayaraq, münaqişənin ilk mərhələsində bəzi daxili və xarici amillərin, o cümlədən hakimiyyətə gəlmiş təsadüfi adamların və lidersizlik ucbatından Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Məhz Ulu öndər Heydər Əliyevin həmin ağır illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və Onun müdrik rəhbərliyi ilə qısa müddət ərzində görülmüş işlər hər kəsdə Vətən torpaqlarının azad ediləcəyinə böyük inam yaratdı. İşğal altındakı torpaqların azad olunması, ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətinin qarşısında duran ən başlıca vəzifədir. Ümummilli liderin əsasını qoyduğu ordu quruculuğu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində bu gün Azərbaycan ordusu dünyanın qabaqcıl orduları sırasındadır. Son illərdə Azərbaycan Silahlı Qüvvələri müasir döyüş vasitələri ilə təchiz edilib, ölkəmizdə yeni hərb sənayesi yaradılıb. Düşünülmüş strategiya sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş nüfuzunu qazanıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əslində dövlət terroru siyasəti adlandıran İ.Musayev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətdən çıxıb. 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş 373 terror aktı nəticəsində 2 minədək dinc insan həlak olub. Bu terror aktlarının çox hissəsi döyüş bölgəsindən xeyli uzaqda, bir hissəsi isə atəşkəsdən sonra törədilib.
İlqar Musayev cəbhə bölgəsində yaşayan vətəndaşların informasiya təhlükəsizliyinə və dövlət sirrinə diqqətlə yanaşmalarının vacibliyini vurğulayaraq bildirib ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi diqqət yetirir. Bu səbəbdən həmin ərazilərin sakinlərinə internet şəbəkələrindən, mobil texnologiyadan diqqətlə və ehtiyatla istifadə etmək tövsiyə olunur.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev vətənpərvərlik hissinin yaradılması və inkişaf etdirilməsini, gənclərin bu ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilmiş və bu formatda keçirilən forumun əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin və milli maraqların qorunmasında gənclərin iştirakının fəallaşdırılması, onların vətənpərvərlik ruhunun daha da yüksəldilməsidir.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev respublikamızda gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsindən danışıb. Bildirib ki, gənclərlə bağlı həyata keçirilən siyasətin əsasında Ümummilli liderin ideyaları dayanır. Aparılan uğurlu gənclər siyasəti sayəsində Azərbaycanda Vətənini, dövlətini sevən, ona daim sadiq olan, vətənpərvərliyi, biliyi, dünyagörüşü ilə seçilən gənclik yetişib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov çıxışında bildirib ki, Dövlət Komissiyasında 2017-ci il 1 sentyabr tarixinə olan məlumata əsasən 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126-sı hərbçi, 742-si mülki şəxsdir. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın, 302 qoca var. İtkin düşmüş 3868 nəfərdən 872-sinin intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi və saxlanması barədə məlumatlar əldə edilib. Onların 591-i hərbçi, 281-si mülki şəxsdir.
Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normaların pozulduğunu, bu ölkənin hərbçilərinin və terrorçu quldur dəstələrinin insanlıq və bəşəriyyətə qarşı təkzibedilməz cinayətlər törətdiklərini qeyd edən İ.Axundov deyib: “Bu faktları Azərbaycan vətəndaşı olaraq hər birimiz öyrənməli və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində intellektual gənclik geniş imkanlara malikdir”.
Milli Məclisin deputatı Rövşən Rzayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Müdafiə Nazirliyinin zabiti Babək Səmidli, həmçinin Ağdam, Xocalı, Şuşa, Tərtər və Qazax rayonlarından olan gənclər çıxış edərək, forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin təşkilinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. İşğal olunmuş və cəbhəyanı rayonların gənclərini təmsil edən forum iştirakçıları respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə forum iştirakçıları adından müraciət qəbul edilib.
Tədbir iştirakçıları Ağdam rayonunun girişindəki Bayraq Muzeyi və vaxtilə Ağdam şəhərində ucaldılan, rayonun memarlıq nümunələrindən hesab olunan, 1993-cü ildə isə ermənilər tərəfindən yandırılaraq məhv edilən çay evinin Quzanlı qəsəbəsində tikilən bənzərini ziyarət ediblər. Forum Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, “Qaya” estrada qrupunun və respublikanın digər tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə dövlətçiliyi, azərbaycançılığı və qəhrəmanlığı tərənnüm edən konsert proqramı ilə yekunlaşıb.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  13-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+24 +26