Ana səhifə »  Sosial »  Bakıda kitab nəşri və rəqəmsal inqilab mövzusuna həsr olunan beynəlxalq seminar keçirilib
A+   Yenilə  A-
Bakıda kitab nəşri və rəqəmsal inqilab mövzusuna həsr olunan beynəlxalq seminar keçirilib

Aprelin 20-də Bakıda “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktik addımlar” mövzusunda beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə təşkil edilən seminar 23 aprel - Dünya Kitab və Müəlliflik Gününə həsr olunub.
Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, Dünya Kitab və Müəlliflik Günü 1997-ci ildən başlayaraq ölkəmizdə geniş qeyd olunur və bununla bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərin təşkilinin məqsədi kitabların insan həyatındakı böyük əhəmiyyətini, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı önəmini diqqətə çatdırmaqdır.
K.İmanov tədbirin Bakıda keçirilməsini Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının təzahürü və beynəlxalq strukturlar tərəfindən etirafı və gələcək nailiyyətlərə dəstək verməsi kimi dəyərləndirdiyini söyləyib. Müasir dövrdə bunlara dəlalət edən 10 qanundan, 100-dək normativ-hüquqi sənəddən ibarət olan Azərbaycanın müasir əqli mülkiyyət bazasıdır. Bunların içərisində beş qanun müəllif hüququ və oxşar hüquqlarla bağlıdır ki, onların sərəncamçılığına Müəllif Hüquqları Agentliyi cavabdehdir.
Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında liderdir, Cənubi Qafqazda isə birinci yerdədir. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ümumi daxili məhsuldakı payı 5 faizi ötərək dünya üzrə orta səviyyəyə çatıb, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi kimi Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlər sırasında qəbul edilib. Bu sistemin gələcəyi Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb, əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin unikal sənədin altı bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulmuş mühüm vəzifələr diqqətə çatdırılıb.
Milli əqli mülkiyyət, müəllif-hüquq sisteminin inkişafından danışanda onun kökünü dövlətin apardığı siyasətdə, Prezident İlham Əliyevin düşünülmüş qərarlarında, müstəqil kreativ düşüncə tərzində, gələcəyə yönəlmiş addımlarında görürük. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir. İqtisadi cəhətdən Azərbaycan 2004-2015-ci illərdə real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım nümayiş etdirib, ümumi daxili məhsulun nominal həcmi isə 7,6 dəfə artıb. Həmin dövr ərzində adambaşına ümumi daxili məhsulun həcmində 6,5 dəfə artım olub ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəldib, əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşıb. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib.
MHA-nın sədri vurğulayıb ki, Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunub. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib, 190 ölkənin biznes-mühitini dəyərləndirən “Doing Business 2017” hesabatında Azərbaycanı dünyanın üç və daha çox islahat aparan 29 ölkəsinin biri kimi qəbul edilib.
Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb.
Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyadakı neqativ tendensiyaları qabaqlamağa yönəldilən iqtisadi islahatlar həyata keçirilir, neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək istiqamətində bu ilin üç ayının nəticələri həyata keçirilən tədbirlərin səmərəliliyini göstərir. Azərbaycan innovativ inkişafa qədəm qoyur. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahənin genişlənməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması, bir sözlə, əqli mülkiyyətə diqqətimizin artması deməkdir.
Bir çox inkişaf etmiş ölkələr sərmayələrini fiziki kapitala yox, biliklərə əsaslanan kapitala yönəldir, rəqabət mübarizəsinin fokusunu dəyişdirir.
Baxmayaraq ki, rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq daha böyük auditoriyaya yol açıb, naşirlər qarşısında iki ayrılmaz ideoloji prinsip daim qalmaqdadır: müəlliflik hüququna hörmət və nəşr işində sərbəstlik.
Nəşr evləri rəqəmləşir, o cümlədən tədris və elmi ədəbiyyatda ixtisaslaşmış nəşriyyatlar. Rəqəmli zamanın müsbət meyillərinə uyğun olaraq, kitabxanalar da rəqəmləşır, resurslarını birləşdirərək virtual məkanda fəaliyyət göstərir. Belə ki, Avropa kitabxanası vahid portal vasitəsilə 48 milli kitabxanaların 35 dildə fondlarının əlyetərliliyini yaradaraq, 230 milyon yazılı mətni və 40 milyon rəqəmləşdirmiş obyekti əldə etmək imkanı verir. Avropa kitabxanası əsasında yaradılan “Europeana” - rəqəmli kitabxana 2025-ci ildə Avropanın tam rəqəmləşdirilmiş mədəni irsinə əlyetərliliyi təmin edəcək.
K.İmanov diqqətə çatdırıb ki, Azərbaycanda yeddi nəşriyyat elektron kitab nəşr edir, 79 jurnal və qəzetin çap versiyası ilə yanaşı, elektron versiyasından da istifadə olunur, kitabların elektron satışı təşkil edilir. Elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb, 6 ən böyük kitabxananın toplu-kataloqunda birləşmiş fondlarındakı 78 mindən artıq kitabın təsviri yer alıb. Azərbaycan ədəbiyyatı virtual kitabxanasında 5 min kitab cəmləşib və bu iş davam etdirilir. Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin CC rejimində təklif edilməsi bildirilib. Elektron nəşrlərin və elektron kitabxanaların əsas problemlərinin biri müəlliflik hüququna riayət etməkdir.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə builki müraciətində deyilir ki, həmin gün inklüzivlik, müxtəliflik, plüralizm, bərabərlik, açıqlıq və bütün vətəndaşların iştirakı prinsipləri üzərində qurulan bilik cəmiyyəti konsepsiyasının populyarlaşmasında kitabların xüsusi əhəmiyyətli rolunu vurğulamaq imkanıdır.
DƏMT-in bugünkü şüarı isə “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi”dir. Bu müraciət və şüar hamıya, bütün insanlara aiddir.
Lakin “böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızı zəbt etməsi ilə bir milyondan çox azərbaycanlı ölkəmizdə qaçqın və məcburi köçkünə çevrilib. Ermənilər maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edir, “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi” davam etdirilir. Mənimsənilməyən, mədəni oğurluq yolu ilə “erməniləşdirilməyən” və ya sonradan müxtəlif xəraclarla satılmayan mədəni irsimiz isə təcavüzkar tərəfindən xüsusi qəddarlıq və həyasızlıqla talan və məhv edilir. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və çox dəyərli əlyazmalar məhv edilib.
MHA-nın sədri qeyd edib ki, əcdadlarımızın bizə vəsiyyət etdikləri zəngin irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq sırf siyasi-hüquqi problemə çevrilib. Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqlarına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus mədəni irsi özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasına, “böyük hay mədəniyyəti”, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.
Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir. Odur ki, “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” “Gəldim, gördüm, ..., mənimsədim” prinsipi ilə gerçəkləşsə də onun qarşısına sipər çəkilməlidir.
Biz hər zaman erməni əqli oğurluqlarına qarşı mübarizə aparmışıq və bu fəaliyyətimizi daim davam etdirəcəyik.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mühüm və aktual mövzuya həsr olunduğunu söyləyib. Qeyd edilib ki, BMT tərəfindən Dünya Kitab və Müəlliflik Gününün təsis olunması kitaba verilən böyük dəyərin göstəricilərindən biridir. Müasir dünyada informasiya mübadiləsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyən komitə sədri hazırda elektron kitabların böyük önəm daşıdığını söyləyib.
Bildirilib ki, ölkəmizdə bəzi radikal dini qruplar dinin özünü təhrif edərək bu model vasitəsilə cəmiyyətə nüfuz etmək, xüsusilə gəncləri bu yanlış yola yönəltmək və öz məqsədlərinə çatmaq üçün terror törədir, müxtəlif vasitələrdən istifadə edirlər. Bunun üçün onlar əsasən müxtəlif kitab və onların elektron variantlarından istifadəyə üstünlük verirlər. Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə nəşr olunan və respublikaya idxal olunan kitablar dini xarakterlidirsə mütləq müəyyən rəy alındıqdan sonra geniş auditoriyaya təqdim olunmalıdır. Bu cür elektron kitabların yayılmasında da qeyd olunan amillər mütləq nəzərə alınmalıdır.
M.Qurbanlı rəhbərlik etdiyi qurumun Müəllif Hüquqları Agentliyi ilə sıx əməkdaşlıq etdiyini və müxtəlif mövzularda birgə tədbirlər həyata keçirdiklərini söyləyib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əqli mülkiyyətlə bağlı Azərbaycanda müvafiq normativ-hüquqi sənədlərin qəbul olunduğunu bildirib. Qeyd edilib ki, ermənilər hər zaman xalqımızın milli-mənəvi dəyərlərini, mətbəxini, mədəniyyətini oğurlayıb özününküləşdirməklə məşğul olublar. Mənfur qonşularımız ayrı-ayrı əqli mülkiyyət vasitələrindən istifadə edərək onları mənimsəyib, özlərinə saxta tarix yaratmağa çalışıblar. Əqli mülkiyyəti çox çətin və zəhmət tələb edən sahə kimi dəyərləndirən S.Novruzov ölkəmizdə bu sahə ilə bir çox təşkilatın məşğul olduğunu söyləyib, onların fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, əqli mülkiyyət insanın zehninin məhsulu olduğuna görə onun qorunması istiqamətində ciddi mübarizə aparılmalıdır. MHA-nın fəaliyyətini yüksək dəyərləndirən S.Novruzov bu qurum tərəfindən mütəmadi olaraq Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın malik olduğu dəyərlərlə bağlı mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov konfransın bu gün və gələcək üçün vacib olan mövzuya həsr olunduğunu söyləyib.
Bildirilib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə beş mindən çox kitabxana məhv edilib. Ermənistanın ölkəmizə qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi bu insanların böyük məhrumiyyətlərlə qarşılaşmasının sübutudur. Onların arasında əqli mülkiyyətə sahib olan yaradıcı insanların da məhsulları məhv edilib.
F.Heydərov elektron nəşrlər, rəqəmli inqilabın çağırışları və əqli mülkiyyətlə bağlı hüquqi məsələlərin müzakirə olunduğu konfransın əhəmiyyətini qeyd edib, bu sahədə MHA tərəfindən görülən işləri yüksək dəyərləndirib.
DƏMT-in müəlliflik hüququ infrastrukturu departamenti direktorunun müavini, kreativ sənaye sektorunun müdiri Dimiter Qançev MHA ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb, seminarın mühüm və aktual mövzuya həsr olunduğunu söyləyib, iştirakçılara uğurlar arzulayıb.
Seminarda Kamran İmanovun “Elektron nəşrlər və müəllif-hüquq problemləri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra D.Qançev “Rəqəmsal inqilab və onun kreativ sənaye ekosisteminə təsiri”, Dünya Əqli Mülkiyyət Təşkilatının müşaviri Cens Bammel “Nəşr sahəsində rəqəmsal inqilab: inkişaflara, meyilə və dəyişiklik təkanvericilərinə qlobal baxış” mövzularında məruzələrlə çıxış ediblər.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  21-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq

17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir
15:23
19 Oktyabr
Litva Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir
15:17
19 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyi ilə bağlı konfrans təşkil olunub
15:09
19 Oktyabr
Arye Qut: “Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir”
15:03
19 Oktyabr
Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir
14:51
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək
14:47
19 Oktyabr
Musa Qasımlı: Ermənistan öz iddialarından əl çəkməlidir
14:45
19 Oktyabr
Litva Seyminin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar
14:04
19 Oktyabr
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
13:53
19 Oktyabr
Sevinc Fətəliyeva: Dünyada baş verən münaqişələrdə uşaqların qətl obyektinə çevrilmələri qəbuledilməzdir
13:40
19 Oktyabr
Sona Əliyeva: Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir
12:58
19 Oktyabr
Du Can: Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür
12:33
19 Oktyabr
Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir
12:23
19 Oktyabr
Bakı Ali Neft Məktəbində yeni ixtisaslar açılacaq
12:15
19 Oktyabr
Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin növbəti müzakirəsi aparılacaq
12:12
19 Oktyabr
Azərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
11:52
19 Oktyabr
Pekində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
11:32
19 Oktyabr
Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edib
11:23
19 Oktyabr
Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli bəstəkarın yetmiş illik yubileyi qeyd olunub
11:19
19 Oktyabr
Bakı regionun ən iri biznes mükafatının təqdimatının keçiriləcəyi məkan seçilib
11:15
19 Oktyabr
Səkkiz ayda Azərbaycanda qeyri-neft ixracı 30 faiz artıb
11:09
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizdə yeni mərhələnin əsasını qoyub
11:04
19 Oktyabr
Zakir Həsənov: Əlahiddə Ümumqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir
10:53
19 Oktyabr
Şahin Mustafayev: Azərbaycanda pambıq emalı 400 min tona çatdırılacaq
10:32
19 Oktyabr
Azərbaycanın Dövlət Müstəqilliyi Günü İstanbulda qeyd olunub
10:28
19 Oktyabr
Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:27
19 Oktyabr
Azərbaycanın ABŞ-dakı səfirliyində Dövlət Müstəqilliyi Günü qeyd olunub
17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+17 +20
gecə+11 +13