Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

31.03.2017 [09:44]

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də mərkəzi aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Komitə sədri Mübariz Qurbanlı ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib. Qeyd edib ki, erməni millətçiləri iki yüz ildən çoxdur xalqımıza qarşı ardıcıl soyqırımı və təcavüz siyasəti aparır. Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji tərəfdən basqınları, mənhus planları bu günədək davam edir.
1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş qanlı faciənin tarixi haqqında danışan Mübariz Qurbanlı vurğulayıb ki, məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verib. O qeyd edib ki, bu Fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, Vətənə məhəbbət duyğularına qaytarıb. Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqqında həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasının əsasını qoymuş oldu.
Komitə sədri çıxışında 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba Soyqırımı Memorial Kompleksinin soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
Mübariz Qurbanlı deyib ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. Komitə sədri Dövlət Komitəsinin əməkdaşlarına həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhalimizə, xüsusilə gənclərə çatdırılmasına xüsusi önəm vermələrini tövsiyə edib.
Anım mərasimindən sonra 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar olaraq Dövlət Komitəsi tərəfindən görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb və müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mərkəzi aparatının və bölgə şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31