Ana səhifə »  Sosial »  I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində elmi-praktik konfrans keçirilib
A+   Yenilə  A-
I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində elmi-praktik konfrans keçirilib

Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Dünya Su Şurası və “Azərsu” ASC-nin nümayəndə heyətləri martın 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Konfransdan əvvəl qonaqlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş foto və rəsm sərgilərinə baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, elmi-praktik konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmi-praktik konfransın iştirakçılarına müraciətini oxuyub.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, tarixi ənənələrə malik Azərbaycanda ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri XVIII əsrdə yaradılıb. O dövrlər Bakı şəhərini içməli su ilə təmin etmək üçün bir neçə su kəməri çəkilib. 1898-ci ildə Bakıda məhsuldarlığı sutkada 1100 kubmetr olan dəniz suyunu duzsuzlaşdıran qurğu istifadəyə verilib, 1908-ci ildə isə Amerikanın Kuel firmasının su süzgəcləri quraşdırılıb. 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında Şollar mənbəyindən Bakıya ilk magistral su kəməri çəkilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bu günlərində istismara verilib. Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşüb. Bu gün işinə başlayan “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans məhz həmin qurğuların 100 illik yubileyinə həsr olunub.
Q.Hüseynov qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən böyük işlər böyük siyasi xadim, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su təchizatı sistemlərinin tikintisi sayəsində həll edilib. XX əsrin sonlarında Bakıda əhalinin artımı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün böyük bir hissəsinin paytaxta pənah gətirməsi su təchizatı məsələsinin aktuallığını artırıb.
“10 il əvvəl - 2007-ci ilin mart ayında Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı Su Kəmərinin təməli qoyulub, 262,5 kilometr uzunluğunda kəmərin tikintisi 2010-cu ildə başa çatdırılıb. Bu kəmər Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük yerli infrastruktur layihəsi kimi tarixə düşüb. Paytaxt əhalisini keyfiyyətli içməli su ilə təmin etmək üçün məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi tikilib. Ən son texnologiya əsasında yaradılmış bu kompleks dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusudur. 2016-cı ildə Əbu-Dabidə keçirilmiş Qlobal Su Sammitində bu kompleks dünyanın ən önəmli su layihələrindən biri seçilib”, - deyə Q.Hüseynov vurğulayıb.
Dünya Su Şurası çərçivəsində yaradılmış Smart Qrupun üzvü olan “Azərsu” ASC-də yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laboratoriyası” adlandırdığımız tam modernləşdirilmiş startap sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir.
ASC sədri qeyd edib ki, “Aşağı axın” ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənmir və şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya Federasiyası ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İran İslam Respublikası ilə saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstan ilə ikitərəfli müqavilə üzərində iş aparılır.
Su resurslarının idarə edilməsi, ətraf mühit və ekologiya sahələrində Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini də təsdiqləyib.
Ekologiya və ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli “Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri” adlı Qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyulması kimi tələblər yer alıb. Həmin sənəddə 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına istinad olunaraq Ermənistanın hərəkətlərinin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratdığı vurğulanıb. Beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və Sərsəng su anbarının resurslarından siyasi təsir vasitəsi kimi istifadə olunmasına son qoyulmasını tələb edib. Bundan başqa Ermənistanın istismar müddətini başa vurmuş “Metsamor” Atom Elektrik Stansiyası regionda ekoloji sabitliyin qorunmasına ciddi təhlükə yaradır.
Hər kəsi siyasi, irqi, dini və sosial mülahizələrdən uzaq, bəşəriyyətin ümumi maraqlarına xidmət edən, planetimizi qorumaq naminə ətraf mühit, ekologiya, təmiz su və sanitariya sahələrində birgə səylərə səsləyən ASC sədri Bakı Bəyannaməsini imzalamağa dəvət edib.
Dünya Su Şurasının sərdi Benedito Braqa bildirib ki, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4 faizini ayırır. Ancaq bu məbləğ minimum 6-7 faiz olmalıdır. Azərbaycan isə bu sahəyə 10 faiz maliyyə ayırır. Bu möhtəşəm və nümunə götürüləsi haldır. Azərbaycan hökuməti suyun keyfiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var.
B.Braqa qeyd edib ki, su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: Ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam etdirilib. “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında keçirilmiş bölmə iclaslarında məruzələr dinlənilib, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  16-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"
14:33
23 İyun
"Formula-1 Şəhərciyi"ndə pilotlarla avtoqraf sessiyaları təşkil olunub
14:00
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
12:55
23 İyun
Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
12:40
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib
12:27
23 İyun
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
12:22
23 İyun
Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
12:19
23 İyun
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
11:55
23 İyun
Dünya birjalarında neftin qiyməti
11:45
23 İyun
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib
11:12
23 İyun
Bakıda Formula-2 yarışlarına start verilib
11:10
23 İyun
Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir
10:51
23 İyun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
10:43
23 İyun
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
10:32
23 İyun
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük qayğı göstərilir
10:19
23 İyun
Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək
10:14
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib
10:12
23 İyun
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
10:04
23 İyun
Milli Məclisin deputatı Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
09:58
23 İyun
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
09:53
23 İyun
Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
16:40
22 İyun
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
16:32
22 İyun
Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb
16:17
22 İyun
Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur
16:15
22 İyun
“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır
16:06
22 İyun
İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir
15:56
22 İyun
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib
15:45
22 İyun
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
15:39
22 İyun
Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
15:35
22 İyun
Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub
15:26
22 İyun
“Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ediblər
15:08
22 İyun
Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
15:05
22 İyun
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb
14:41
22 İyun
Prezident: "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"
14:34
22 İyun
Moldova prezident: “Azərbaycan prezidenti ilə çox böyük məsələlər blokunu müzakirə etdik”
14:27
22 İyun
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
14:11
22 İyun
Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13:58
22 İyun
Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşlarla görüşüb
13:53
22 İyun
YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib
13:45
22 İyun
Kamilə Əliyeva: IV İslam Həmrəyliyi həmrəylik və dostluq bayramı kimi tarixə düşdü
13:38
22 İyun
Komitə sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib
12:54
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında gələcək fəaliyyət istiqamətləri müzakirə olunub
12:29
22 İyun
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum keçirilib
12:17
22 İyun
Ali qonağın şərəfinə
12:13
22 İyun
XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+18 +20