Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC-də “Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhlil və qiymətləndirmə” mövzusunda konfrans keçirilib

UNEC-də “Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhlil və qiymətləndirmə” mövzusunda konfrans keçirilib

22.10.2016 [00:25]

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhlil və qiymətləndirmə” mövzusunda konfrans keçirilib.
Tədbirin moderatoru, UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, elmi tədqiqat yönümlü universitetə çevrilməyə iddialı olan ali təhsil müəssisələrinin əsas məhsulu onların elmi nəşrləri və məqalələrinin keyfiyyətidir. Elmi məqalələr elmi tədqiqatlara əsaslanmalıdır. UNEC bu istiqamətdə atılan addımlarda çox iddialıdır. UNEC-in nüfuzlu beynəlxalq informasiya agentliyi olan “Thomson Reuters”lə sıx əməkdaşlığını xüsusi vurğulayan professor Z.Məmmədov agentliyin dəstəyi ilə elmmetriya mövzusunda dərsliyin tərcüməsinin və may ayında keçiriləcək birgə beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
UNEC Biznes Mərkəzinin direktoru Nazim Hacıyev elmi nəşrlərin beynəlxalq indekslərdə tanınması üçün tələb olunan şərtləri açıqlayıb. Bildirib ki, UNEC-in elmi jurnalı EBSCO və digər beynəlxalq nüfuzlu indekslərdə yer alıb.
UNEC-in pedaqoji heyətinin elmi fəaliyyətinin artırılmasında Differensial əməkhaqqı sisteminin əhəmiyyətindən danışan rektorun müşaviri Elşən Bağırzadə bu istiqamətdə nailiyyətlərin əldə edildiyini bildirib. Professor-müəllim heyətinin elmi fəaliyyətinin qiymətləndirilməsinin sistemin əsas hədəflərindən olduğunu bildirən E.Bağırzadə bu qiymətləndirmədə dünya standartlarına uyğun məqalələrin beynəlxalq indeksli jurnallarda nəşrinin vacibliyini vurğulayıb. Qeyd edib ki, müəllimlərin xaricdə və beynəlxalq jurnallarda məqalələr nəşr etdirməsinə dəstək məqsədilə universitetdə mərkəz yaradılacaq.
Doktorantura mərkəzinin direktoru Həmid Həmidov akademik davranış, plagiatın qarşısının alınması və aşkar edilməsi üçün ən yaxşı maarifləndirmə təcrübələri və strategiyalarından danışıb. Bildirib ki, təhsil nazirinin “Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi” haqqında əmrinə əsasən, UNEC-də tədbirlər planı hazırlanıb. UNEC Polşanın beynəlxalq “Plagiat.pl” şirkəti ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.
Tədbirdə universitet və ölkənin reytinqinin təyin edilməsində elmmetrik göstəricilərdən istifadə qaydaları izah edilib.
Müzakirələrlə davam edən tədbirdə təkliflər səsləndirilib. Meqafakültələrin nəzdində elmi jurnalların təsis edilməsi, elmi məqalələrin nəşri üçün internet səhifəsi olan elmi jurnallara üstünlüyün verilməsi, elmi tədqiqat işlərində daxili istinad bazasının yaradılması təklif olunub.
Qeyd edək ki, UNEC-də “Elm aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, “dəyirmi masa”lar keçirilir, elmi müzakirələr aparılır. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.

Paylaş:
Baxılıb: 1075 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31