Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hicran Hüseynova: Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmasına hər cür şərait yaradılıb

Hicran Hüseynova: Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmasına hər cür şərait yaradılıb

11.02.2016 [09:56]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva Ümummilli lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələr və verdiyi tapşırıqlarla əlaqədar görüləcək işlər geniş müzakirə olunub.
Konfransı giriş sözü ilə açan Lütvəli Babayev son illər, xüsusən ötən il rayonda sosial-iqtisadi inkişafın uğurlu nəticələri barədə ətraflı məlumat verib, Zərdabda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı sahəsində potensial imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Hicran Hüseynova birinci Dövlət Proqramından sonra Azərbaycanın keçdiyi sürətli sosial-iqtisadi inkişaf yolunu təhlil edib, qazanılan böyük uğurları konkret faktlarla diqqətə çatdırıb. Komitə sədri dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini söyləyib, yaranan vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi üçün ölkənin bütün resurslarının səfərbər olunmasının zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib.
Bu məsələyə hamının daha həssas və məsuliyyətlə yanaşmasının, sahibkarların sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradılmasının vacib olduğunu qeyd edən H.Hüseynova deyib: “Sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi, orta təbəqənin daha da gücləndirilməsi prioritet istiqamətdir. Bununla bağlı güclü qanunvericilik bazası formalaşıb. Qəbul olunan qanun və bir sıra dövlət proqramları qadınların istənilən sahədə fəaliyyət göstərməsinə imkan yaradır. Bu sənədlərdə onların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Qadın sahibkarlığının inkişafına hər cür dəstək göstərilir, qadınlar üçün əlavə iş yerləri yaradılır. Tənha anaların, imkansız ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün onların müxtəlif sahələrdə biznesə cəlb olunması sürətləndirilir”.
Son illərdə dövlətimizin başçısının sahibkarların ehtiyaclarına xüsusi diqqəti nəticəsində, paytaxtda və regionlarda qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Komitə sədri Zərdab rayonunda da qadın sahibkarların inkişafı üçün geniş potensial imkanların mövcudluğunu bildirərək, bu sahədə hər bir müraciətin dəstəklənəcəyini və lazımi qayğı göstəriləcəyini diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafında sahibkarların qüvvəsindən səmərəli istifadə olunması kimi prioritet məsələlərdən bəhs edib.
Sonra çıxış edən sahibkarlar rayon iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması ilə əlaqədar təkliflərini bildiriblər. “Zərdab pambıq” ASC-nin, “Zərdab süd” ASC-nin, Zərdab quşçuluq kombinatının, kərpic zavodunun fəaliyyətinin bərpa olunması, iri heyvandarlıq kompleksinin, qarğıdalı, soya, günəbaxan, pambıq əkini sahələrinin genişləndirilməsi, xalçaçılığın inkişafı üçün lazımı tədbirlərin görülməsi barədə təkliflər səsləndirilib. Habelə güzəştli kreditlərin verilməsi, mərkəzi xəstəxana binasının əsaslı təmirinin sürətlənməsi, meliorasiya işlərinin aparılması ilə bağlı məsələlər qaldırılıb.
İctimaiyyət nümayəndələrinin və sahibkarların təklifləri geniş müzakirə olunub, onların araşdırılması və həlli üçün əlaqədar qurumlara konkret tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31