Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bərdə rayonunda “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Bərdə rayonunda “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

01.12.2015 [09:57]

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində noyabrın 30 -da Uğurbəyli kəndində “Dini radikalizm və onun fəsadları” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, dini icmanın sədri Səbuhi Hacıyev, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Natiq Əfəndiyev bu gün dünyada İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından da bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev isə layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə ekspert qismində iştirak edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev “Dindarların radikalizmin təsirlərindən qorunmasında dini icmaların rolu” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə, eyni zamanda, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov və digər natiqlər çıxış edərək, radikalizmin fəsadlarından, qeyri-ənənəvi dini cərəyanların qarşısının alınması yollarından bəhs ediblər.

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31