Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vergi orqanı əməkdaşlarının peşə hazırlığına xüsusi önəm verilir

Vergi orqanı əməkdaşlarının peşə hazırlığına xüsusi önəm verilir

16.07.2015 [09:50]

“Vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”ın və “2015-ci ildə Vergilər Nazirliyində təhsilin inkişafına dair Tədbirlər Planı”nın icrasına Tədris Mərkəzində 2015-ci ilin birinci yarımilliyində də xüsusi diqqət yetirilib”. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Ceyhun Yusifov deyib.
Onun sözlərinə görə, təhsil proseslərinin metodoloji və normativ bazasının təkmilləşdirilməsi üçün Vergilər Nazirliyinin struktur vahidlərində və bölmələrində təlim tələbatlarının öyrənilməsinə, təhsil prosesləri üçün təlim materiallarının hazırlanmasına və ekspertizasına, eləcə də, peşə biliklərinin qiymətləndirilməsi məqsədilə testlərin tərtibinə dair metodiki tövsiyələrin layihələri üzrə işlər başa çatdırılıb. Eyni zamanda, Mərkəzin elmi-tədqiqat fəaliyyətinin tənzimlənməsi üçün mövzuların seçilməsi və tədqiqat işlərinin aparılması, o cümlədən, tədqiqatların nəticələrinin tətbiqi prosedurlarının müəyyən edilməsi üzrə metodiki tövsiyələr də tərtib edilib.
C.Yusifov deyib ki, Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin əməkdaşları üçün vergi qanunvericiliyi və inzibatçılığı istiqamətində əyani və distant təhsilalma formasında təşkil olunmuş tədris kurslarında 222 nəfər iştirak edib. İlkin hazırlıq kurslarına 148 stajçı, digər istiqamətlər üzrə ixtisasartırma kurslarına 35 nəfər, qısamüddətli təlimlərə isə 338 nəfər vergi orqanı əməkdaşı cəlb olunub.
Tədris Mərkəzinin auditoriyalarının təlim üçün lazım olan ən müasir texniki vasitələrlə təmin edildiyini deyən C.Yusifov onu da bildirib ki, Avropa İttifaqı və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, hazırda icra olunan “İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində elektron təhsilin inkişafı və tətbiqinin təkmilləşdirilməsi istiqamətində İspaniya Vergi Administrasiyasının nümayəndələri ilə görüş keçirilib və müvafiq sahələr üzrə təcrübə mübadiləsi aparılıb: “Vergilər Nazirliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqətlə yanaşılması, eləcə də, beynəlxalq təşkilatların (IOTA, OECD, ECO və s.) üzv dövlətlərində və digər ölkələrdə vergi əməkdaşlarının təlim təcrübəsinin öyrənilməsi istiqamətində aparılan siyasət Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır. IOTA-nın mütəmadi olaraq keçirdiyi təlim forumlarında toplanan təcrübə və ideyalar təhsil sahəsində nəticələrin əldə edilməsində mühüm yer tutur”.

 
Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30