Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi anılıb

Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi anılıb

16.12.2014 [09:41]

Nərimanov rayonunda Milli Qəhrəman Əliyar Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Prezident İlham Əliyevin Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığını və onların qayğı ilə əhatə olunduğunu qeyd edib. Vurğulanıb ki, Nərimanov rayonunun küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyır və ailə üzvləri hazırda bu rayonun sakinləridir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Əliyar Əliyevin döyüş yoldaşları öz xatirələrini bölüşərək, qəhrəmanın həyat yolundan və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Əliyar Əliyevin ailə üzvləri onlara göstərilən diqqətə və şəhid olmuş ailə başçısının xatirəsinə ehtiramla yanaşıldığına görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30