Ana səhifə »  Sosial »  O, qısa, ancaq şərəfli ömür yaşadı...
A+   Yenilə  A-
O, qısa, ancaq şərəfli ömür yaşadı...

2 oktyabr Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür...
Zaman - zaman öz həyatını dövlətinin, xalqının yolunda çəkinmədən fəda edən oğullarımız olub. Mərd hərəkətləri, igidlikləri ilə tarix yazan bu cür oğullarımız həmişə dar məqamda meydana atılıb, qanları bahasına yüzlərlə insanın həyatını xilas ediblər. Öz növbəsində xalqımız da şücaət göstərmiş qəhrəman övladlarını heç zaman unutmur, onların xatirələrini daim əziz tutur. Elə 1995-ci ilin 28 oktyabrında metronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəza zamanı neçə-neçə insanı xilas edib, sonda özü zəhərli tüstünün əsirinə çevrilən, Milli Qəhrəman Çingiz Babayev də bu cür qəhrəmanlardan biridir.
“Mən əsgər olacağım”...
Bir payız günündə doğulub Çingiz. Ailəsinin tək övlad payı olub. Nə qədər sevincli günlər bəxş edib ata-anasına. Hər bir hərəkətindən, hər bir addımından sonra valideynlərinin ürəyi dağa dönüb. İlk sözü, ilk dəfə ayaq açıb yeriməsi, ilk dəfə çanta götürüb məktəbə getməsi qol-qanad verib atası Adil müəllimə, anası Səadət xanıma. Valideynləri deyir ki, hələ uşaqlıq illərində döyüşməyə, vuruşmağa, kiməsə kömək etməyə, güclü olmağa, silah oyuncaqlarından istifadə etməyə həvəsli olub. Hərbi formadan yaman xoşu gəlib. Hər dəfə hərbçi dayısı Çingizgilə gələndə o, dayısının papağını götürüb başına qoyaraq addımlayıb və deyirmiş: “Mən əsgərəm”.
Çingiz zamanı gələndə dediyi sözə əməl edib. Belə ki, ermənilərin Vətənimizə hücumu, torpaqlarımızın düşmən tapdağı altında olması daim onu narahat edib. Və bir gün özü könüllü cəbhə bölgəsinə yola düşüb.
1994-cü ildə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, daha sonra bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
Cəsarəti onu yüksək zirvələrə qaldırdı...
Onun haqqında danışarkən birmənalı şəkildə qeyd etmək olar ki, Milli Qəhrəman Çingiz Babayev qısa, amma eyni zamanda, bir çoxlarına örnək ola biləcək bir ömür yaşayıb. Bu ömür yolu onu bir Azərbaycan əsgəri kimi çox sınaqlardan keçirib. Həyatının ilk ibrət dərslərini elə cəbhə bölgəsində olanda alıb. Erməni işğalçıları ilə mübarizə, cəbhədə yaşananlar onun gənc ürəyində təlatümlər yaradıb. Nə qədər güclü, nə qədər zəhmətkeş və əzmli bir insan olsa da, yaşadıqları onu mənən bir az da gücləndirib, Çingizin əzminə və gücünə güc qatıb. Vətəni yağı düşmənlərdən qorumaq, onun uğrunda şəhid olan döyüş yoldaşlarının qanını yerdə qoymamaq hissləri bir an belə onu rahat buraxmayıb. Buna görə, artıq 31 yaşına qədəm qoysa da, ailə qurmaq haqqında düşünməyib. Qısa, lakin qəhrəman ömrü yaşayan Çingiz Babayev xalqımızın tarixin sınağından çıxan bir zərbi- məsəlini də bir daha təsdiq edib: “Ot öz kökü üstə bitər”. Bu zərbi - məsəli heç də təsadüfən xatırlatmadıq. Belə ki, Çingiz Babayev ata tərəfdən İrəvan xanı Rəşid xan Makinskinin nəticəsidir.
İnsanları xilas etdi...
Həmin gün, yəni, 1995-ci il oktyabrın 28-də baş leytenant Çingiz Babayev kursant yoldaşları ilə işdən evə qayıdan zaman dəhşətli bir faciə baş verib. Deyilənlərə görə, o gün yaman tələsib Çingiz Babayev. Sanki, qarşıda onu gözləyənləri duyubmuş kimi, bütün işlərini o gün bitirərək sabaha heç nə saxlamaq istəməyib. Ona görə də işlədiyi Cəmşid Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək məqsədi ilə metronun “Neftçilər” stansiyasına gəlib. Əcəl burada da onu tələsdirib. Atını çaparaq gələn əcəlin diktəsi ilə Çingiz Babayev o vaxtkı “Memar Əcəmi” qatarı əvəzinə, “Bakı Soveti” qatarına minib. Lakin mənzil başına çatmaq qisməti olmayıb...
Həmin hadisənin canlı şahidlərindən biri, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı olmuş Elşən Təhməzov faciəvi hadisəni belə xatırlayır: “Sürətlə hərəkət edən qatar “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında qəfil dayandı. İşıqların söndüyü andan etibarən qatarda yanğın başladı. İnsanlar yanğınla üz-üzə, göz-gözə dayanmışdılar. Ətrafı qatı tüstü öz ağuşuna almışdı. Həmin çətin anlarda özünü itirməyən Çingiz Babayev yanında olan biz kursantlara - Samirə, Ruslana, Nicata, Rüfətə, Adilə, Əflana, Musaya, Cəfərə, Raminə, Vyaçeslava və mənə hərəkətə keçməyimiz üçün əmr verdi. Ağlaşma və qışqırıq səsləri qatarı bürümüşdü. Ölüm saniyələr keçdikcə daha da yaxınlaşırdı. Baş leytenant var gücü ilə qapını açıb bizə “tunelə düşün”, - dedi. Biz çətinliklə də olsa, pəncərələri sındırıb oradan uşaqları və qadınları vaqondan çıxarmağa başladıq”.
Beləliklə, bütün çətinliklərə baxmayaraq, Çingiz bir neçə dəfə körpələri, qocaları tunel boyunca daşıyıb stansiyaya qoyaraq geri qayıdıb. Onlara dəsmallarını suda isladıb ağızlarına tutmağı tapşırıb. Həmin vaxt vaqonda olan əksər insanlar ondan yardım istəyiblər. İnsanların köməyinə gələnlərin arasında hərbi məktəbin başqa kursantları da olub. Bu dəhşətli hadisə, bu faciə Çingizi nə qədər sarsıtsa da, o, insanlara yardım etmək üçün bütün gücü ilə təzədən vaqonlara yüyürüb. Bir qadın ondan övladına kömək etməyini istəyəndə, komandir kursantlara tuneldə yerdə sürünən bir qocaya kömək etmələrini tapşıraraq özü isə həmin uşağı qoynuna basıb və tuneli bürüyən tüstüdən cəld uzaqlaşmağa çalışıb. Kursantları da onu bu qatı tüstü dumanından uzaqlaşdırmağa çalışıblar:
- Komandir, tez olun, bizimlə gedək. Daha burada nəfəs almaq olmur...
Baş leytenant Çingiz Babayev uşağı anasına verib ondan bu yolu axıra kimi getməyini istəyib. Özü isə tunelin divarına söykənib. Qəzada zərərçəkənlərin növbəti hissəsi çıxacağa tərəf addımlayıblar. O, isə...
Elə anadan olduğu ayda da əbədiyyətə qovuşdu...
Beləliklə, neçə-neçə insanın həyatını xilas edən Çingiz Babayev qəhrəmanlıqla həlak olub. Özü də, məhz anadan olduğu ayda, oktyabrda əbədiyyətə qovuşub qəhrəman Vətən oğlu.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, həmin vaxt Milli Qəhrəman, baş leytenant Çingiz Babayevlə bərabər insanları ölümün çəngindən, tüstüdən xilas edərkən üç kursant da həlak olub: Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov. Həlak olan zabit və kursantların xilasetmə zamanı göstərdikləri igidlik və şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə C.Naxçıvanski adına hərbi məktəbin taqım komandiri, baş leytenant Çingiz Babayev zərərçəkmişlərin xilas olunmasında göstərdiyi şücaət və qəhrəmanlığa görə ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Digər bir Fərmanla isə kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov göstərdikləri şücaətə görə ölümlərindən sonra “İgidliyə görə” medalı ilə təltif ediliblər.
31 yaşında ikən həyata mərdliklə, neçə-neçə insanı yaşadaraq əlvida deyən cənab baş leytenant, ad gününüz mübarək! Siz bu gün də, sabah da elə 31 yaşınızdan bizlərə baxıb gülümsəyəcəksiniz!... Bizsə sizin ruhunuzu qələbə sorağı ilə sevindirmək üçün tələsəcəyik!
Oktay

 
  • Oxunub:  12720  |  
  • Tarix:  02-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15 İyul 09:17
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
15 İyul 08:54
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
15 İyul 08:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib
15 İyul 08:43
Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb
14 İyul 14:42
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir
14 İyul 14:32
Pərvin Kərimzadə: Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur
14 İyul 14:26
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb
14 İyul 14:00
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
14 İyul 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib
14 İyul 11:34
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +32
gecə+18 +22