Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib

Binəqədi rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib

17.04.2014 [09:10]

Binəqədi rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirdə çıxış edərək Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş aksiyaya start verildiyini bildirib. Qeyd edilib ki, Binəqədi rayon sakinləri olan 6-9 yaş arası, görmə qabiliyyəti zəif uşaqlar üçün təhsil aldıqları məktəblərdə səyyar tibbi briqadalar şəklində təşkil olunacaq aksiya aprelin 15-dən 30-dək keçiriləcək.
Diqqətə çatdırılıb ki, Zərifə xanımın fitri istedada malik novator alim kimi elmə verdiyi töhfələr, həmçinin onun mənəvi dünyası, həyat fəlsəfəsi, keçdiyi şərəfli və mənalı ömür yoluna nəzər saldıqda gözlər önündə onun simasında əsl Azərbaycan qadınının obrazı canlanır. Dəyərli elmi tədqiqatları ilə oftalmologiya elmində əldə etdiyi uğurlar elm adamları arasında onu həm də fədakar alim kimi tanıdıb. Oftalmologiya elminin dünya şöhrətli simaları tərəfindən “oftalmologiyanın mirvarisi”, “böyük peşəkar” adlandırılan, nəciblik və paklıq timsalı kimi səciyyələndirilən Zərifə Əliyeva məşhur alim, tanınmış həkim, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, həm də xalqının adını yüksəklərə qaldıran ləyaqətli övlad, ölkəsi üçün layiqli vətəndaş idi.

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30