Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Gəncədə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

01.04.2014 [09:35]

Gəncə şəhərində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilib. Mərasimdə Şah Abbas Cümə məscidinin dini icma sədri Əlisəftər Səfərəliyev çıxış edərək, ermənilərin hər zaman türklərə, azərbaycanlılara qarşı apardığı soyqırımı və deportasiya siyasətindən, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib, şəhidlərin ruhuna dualar oxuyub.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və professor Asəf Cavadov çıxış edərək, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Bildiriblər ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək soyqırımı törədiblər. Bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də, hər zaman yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür. Çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatında, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində, idarə və təşkilatlarda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”lar, anım mərasimləri keçirilir.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30