Tarix bəlli oldu...
16.04.2024 [10:33]
COP29 bu məkanda keçiriləcək!
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub. Tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova iştirak edir.
COP29-un loqosu ictimaiyyətə təqdim olunub
Bununla yanaşı tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) loqosu ictimaiyyətə təqdim edilib.
Bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpu salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyundə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat.
COP29-un loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönumlu fəaliyyətin əhəmiyyətini əks etdirir.
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
Tədbirdə açıqlanıb ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək.
COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalova mətbuat konfransında çıxış edərkən, tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsinin səbəblərinə də toxunub.
Onun sözlərinə görə, iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq: “Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib”.
N.Carçalova bildirib ki, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsirini minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.
Əsas tədbirin keçiriləcəyi dəqiq tarix açıqlanıb
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışı zamanı bildirib ki, 2024-cü ildə həm də Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir: “Biz Azərbaycanın körpü rolu oynadığını görürük. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur”.
M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır. O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb: “Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik”.
Görülən işlərin istiqamətləri...
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzrə görülən işlərin istiqamətləri barədə məlumat verib. O bildirib ki, hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılıb. İlk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlər, həm də Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır: “Eyni zamanda, bir çox dövlətlərə səfərlər edilib, COP29-la bağlı təcrübələr toplanılıb, müzakirələr aparılıb. COP-un Bakı sessiyası ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır”.
Hazırlıq prosesində kimlər iştirak edir?
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesində Azərbaycanın dövlət qurumları, BMT təmsilçiləri, könüllülər və media nümayəndələri iştirak edirlər.
COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalovanın sözlərinə görə, qonaqların qarşılanması, yerləşdirilməsi, yerli və xarici medianın tədbirdə təmsil olunması ilə bağlı işlər aparılır: “Gənc könüllülər üçün COP29-la bağlı proqram elan ediləcək və yaxın günlərdə bununla bağlı qeydiyyat başlayacaq”, - N.Carçalova qeyd edib.
Qonaqlar necə yerləşdiriləcək?
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək.
N.Carçalova qeyd edib ki, bu praktika COP-la bağlı əvvəlki illərin təcrübəsidir. Bu üsulla qonaqlar tədbirlə bağlı planlarını rahat şəkildə qura biləcəklər. N.Carçalova həmçinin qeyd edib ki, COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək
Günel ABBAS
Xəbər lenti
Hamısına baxXəbər lenti
02 May 11:49
Dünya
02 May 11:19
Dünya
02 May 11:16
Sosial
02 May 11:10
Siyasət
02 May 11:02
Analitik
02 May 11:00
Xəbər lenti
02 May 11:00
İqtisadiyyat
02 May 10:50
Xəbər lenti
02 May 10:47
MEDİA
02 May 10:45
Xəbər lenti
02 May 10:39
Xəbər lenti
02 May 10:36
İqtisadiyyat
02 May 10:36
Siyasət
02 May 10:30
Xəbər lenti
02 May 10:29
Xəbər lenti
02 May 10:26
Xəbər lenti
02 May 10:20
Xəbər lenti
02 May 10:15
Gündəm
02 May 10:10
Gündəm
02 May 10:00
Xəbər lenti
02 May 09:57
Xəbər lenti
02 May 09:52
Xəbər lenti
01 May 22:28
Xəbər lenti
01 May 19:23
YAP xəbərləri
01 May 18:24
Xəbər lenti
01 May 17:29
Sosial
01 May 16:54
Xəbər lenti
01 May 16:53
Xəbər lenti
01 May 16:37
Xəbər lenti
01 May 16:36
Xəbər lenti
01 May 16:19
Avropa
01 May 16:08
Xəbər lenti
01 May 15:44
Siyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40
Xəbər lenti
01 May 14:35
Xəbər lenti
01 May 14:20
Xəbər lenti
01 May 14:08
Asiya
01 May 14:06
İqtisadiyyat
01 May 14:00
Xəbər lenti
01 May 13:41
Xəbər lenti
01 May 13:32
Xəbər lenti
01 May 13:04
Xəbər lenti
01 May 12:59
YAP xəbərləri
01 May 12:47
Xəbər lenti
01 May 12:45
Xəbər lenti
01 May 12:21
Siyasət
01 May 11:59
Xəbər lenti
01 May 11:57
Xəbər lenti
01 May 11:53
Xəbər lenti
01 May 11:49
Gündəm
01 May 11:45
Xəbər lenti
01 May 11:34
Xəbər lenti
01 May 11:33
Xəbər lenti
01 May 11:23
Xəbər lenti
01 May 11:21
Siyasət
01 May 11:19
Maraqlı
01 May 11:05
Gündəm
01 May 11:04
Sosial
01 May 11:01
Xəbər lenti
01 May 10:59
Xarici siyasət
01 May 10:54
Xəbər lenti
01 May 10:52
Xəbər lenti
01 May 10:51