Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

05.08.2021 [19:12]

Avqustun 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilib, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və azad olunmuş ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyi Komissiya üzvlərinin diqqətinə çatdırılıb.

İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekunu olaraq Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlər görülməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31