Ana səhifə »  Xəbər lenti »  Milli Mətbuat günü-146 il
A+   Yenilə  A-
Milli Mətbuat günü-146 il

Hicran Hüseynova

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

      Xalqımızın inkişaf tarixində mətbuatımızın özünəməxsus yeri var. Onun əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, təhsilə   çağırmaq, elmi-mədəni səviyyəni artırmaq olub.  Milli mətbuatımızın yaranması günü də təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır. Azərbaycan Milli mətbuatının yaranması görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Bir sıra görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, bu fəaliyyəti  yüksək qiymətləndirən  Ümummilli Lider Heydər Əliyev demişdir ki,: ” Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. ” Bu sözlərin təsdiqi olaraq Ulu Öndərin Sərəncamı ilə 1995-ci ildən hər il  iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.   Azərbaycanda  fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun  təməlidir. Və  digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin  daim diqqət mərkəzindədir. Vaxtı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan isə ölkə başçısı tərəfindən Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalaması və onun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılması da fikirlərimizi bir daha  sübut  edir. Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində  Mətbuat Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır.   Bu gün ölkədə nəşr olunan yüzlərlə qəzet-jurnal, o cümlədən, televiziya kanalları, elektron informasiya vasitələri aktual problemlərin işıqlandırılması baxımından özünə geniş oxucu və tamaşaçı auditoriyası toplamışdır.   

  Milli mətbuatımızın böyük tarixi olduğunu qeyd edən  cənab Prezident İlham Əliyev isə  onu həm də  böyük sərvət, dəyər kimi qiymətləndirib. Dövlətimizin  müasir müstəqillik tarixi çox qısadır. Lakin ötən 30 il ərzində bütün sahələrdə olduğu kimi, medianın da inkişafı göz önündədir.  Hazırda mətbuatımız  özünün yeni inkişaf mərhələsini yaşayır. Bu,  ölkə başçısının və Hökumətin müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin, qayğısının  göstəricisidir. Kütləvi İnformasiya Vasitələrinin sayında önəmli irəliləyiş baş vermişdir. Bu gün  yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar  özlərinə geniş oxucu auditoriyası toplamış və  qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişlər. Bu sahədə  uğurlu  dövlət siyasətinin, jurnalistlərə və jurnalist təşkilatlarına göstərilən qayğının  nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər.  Eləcə də, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə qadın hərəkatının lideri kimi çoxşaxəli fəaliyyətinə görə dəfələrlə jurnalistlər tərəfindən mükafatlarla təltif edilmişdir.

      Vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Xüsusi ilə Ermənistanın  vandalist,  işğalçı  siyasəti  və onun acı nəticələrinin həm xalqımıza, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın böyük rolu olub. Həmçinin, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmazdır. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik nəticəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın  törətdiyi hərbi cinayətlər haqqında  dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə  vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya dü.ərək həlak olması faktı isə  beynəlxalq  jurnalistlər birliyinin  sərt reaksiyalarına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Azərbaycan  mediasında kişilərlə yanaşı, həyatını bu peşəyə həsr etmiş neçə-neçə qadın jurnalistimiz var. Onlar Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində fədakarcasına çalışır, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyət göstərirlər. Onlar vətənpərvərliklərini təkcə qələmləri ilə deyil, eyni zamanda öz qəhrəmanlıqları ilə sübut edirlər. Vətən uğrunda canından keçən milli qəhrəman Salatın Əskərova da jurnalist idi. Onun əziz xatırəsi həmişə xalqımızın qəlbindədir.

      Milli mətbuat yaranan gündən qadın və uşaq məsələlərinə  həssaslıqla yanaşmış, onların hüquq və azadlıqlarına dair, xüsusən də qadının ictimai həyata cəlb edilməsi, uşaqların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən maarifləndirici yazılar nəşr etmişlər. Buna “Əkinçi” qəzetindən başlamış bütün digər mətbuat orqanlarında da rast gəlmək mümkündür. Mətbuatın bu problemləri qaldırması, xalqa çatdırması istiqamətində apardığı işlərin müsbət nəticələri göz önündə idi. Artıq XX əsrin əvvəlində ilk qızlar məktəbi açılmış, onların , eləcə də, oğlanların təhsilə cəlb edilməsi sahəsində mühüm addımlar atılmışdı. Həmçinin, qadınların öz hüquqlarını bilməsi və  maariflənməsi məqsədilə  Azərbaycanda ilk qadın qəzeti “İşıq” nəşr edilmişdir.  Həmin dövrdə  uşaq və valideynlər üçün jurnalların nəşri də əlamətdar hadisələrdən idi və bu proses davamlı olaraq inkişaf edib. Möhtərəm cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Müasir cəmiyyətdə informasiyanın, xüsusilə də qadın və uşaq problemləri ilə bağlı informasiyaların rolu çox böyükdür. Hazırda ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, və eyni zamanda məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Həmçinin,  ölkəmizin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində əldə olunan uğurlar əsaslı şəkildə ölkə və  beynəlxalq  ictimaiyyətin  diqqətinə çatdırılmalı,  bu sahədəki müsbət təcrübə xarici mətbuatda daha çox  öz əksini tapmalıdır.  Mən bir daha bütün jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara  yaradıcılıq uğurları arzulayıram.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  22-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA