Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda müasir hərbi infrastruktur yaradılıb, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası daha da gücləndirilib
A+   Yenilə  A-
Naxçıvanda müasir hərbi infrastruktur yaradılıb, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası daha da gücləndirilib

Muxtar respublikada ordu quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilir, xidmətin nümunəvi təşkili üçün kompleks layihələr icra olunur. Bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimində “BAYRAKDAR-TB2” silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi qədim diyarın təhlükəsizliyinin təmin olunmasına töhfədir.

AZƏRTAC-ın Naxçıvan bürosu hərbi qulluqçular üçün müasir xidmət infrastruktunun yaradıldığı yaşayış kompleksindən Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin hazırladığı reportajı təqdim edir.

Azərbaycan Respublikasının Pezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eləcə də onun Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlətimizin başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamtində görülən işləri yüksək qiymətləndirərək deyib: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır”.

Muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib.

Yeni yaşayış və xidmət kompleksində hər biri üçmərtəbəli olmaqla, bir qərargah binası, iki əsgər yataqxanası və bölmələrin əşya saxlancı üçün bir bina tikilib. Üçmərtəbəli qərargah binasında komandir və rəislər üçün xidməti, istirahət və növbətçi otaqları, stasionar rabitə qovşağı və taktiki siniflər olmaqla ümumilikdə 52 otaq var.

Bizimlə söhbətində Silahlı Qüvvələrimizin daim inkişaf mərhələsində olduğunu vurğulayan zabit Aysiman Əsədov bildirib ki, ordumuzun maddi-texniki bazası daim gücləndirilir. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. O deyib: “Ordu quruculuğu istiqamətində görülən işlər daim davam etdirilir. Bir neçə gün əvvəl hərbi hissəmiz üçün istifadəyə verilən binalarda da müasir xidməti şərait yaradılıb. Biz də söz veririk ki, daim şəxsi heyəti döyüşə hazır vəziyyətə saxlayacaq, bilik və bacarıqlarımızı onlara aşılayacağıq. Bizim üçün yaradılan şəraitə görə hərbi qulluqçular adından dövlətimizə minnətdarlığımı bildirirəm”.

Yataqxanlarda əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqla təchiz olunub. Binalarda növbətçi, silah, məişət, tibb, ideoloji və komandirlər üçün iş otaqları yerləşir. İdeoloji otaqlarda əsgərlərin mənəvi-psixoloji hazırlğının yüksəldiləmsi üçün lazımı şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub.

Əsgər Zahid Hüseynov deyib: “Xidmət etdiyim hərbi hissə üçün tikilmiş yeni binalarda əsgərlər üçün hər cür şərait yaradılıb. Belə ki, yataqxanalar, məişət, sinif və digər otaqlar müasir avadanlıqla təmin edilib. Burada asudə vaxtımızı səmərəli keçirməyə və qidalanmağımıza xüsusi diqqət yetirilir. Müasir sinif otaqlarında komandirlərimiz tərəfindən ixtisas dərsləri keçirilir. Biz əsgərlərin vəzifəsidir ki, dərslərə xüsusi diqqətlə yanaşaq, bizə öyrədilənləri dərindən mənimsəyək, bilik və bacarıqlarımızı artıraraq xidmətimizi nümunəvi yerinə yetirək. Qalib ordunun qalib əsgəri olaraq xidmətimlə qürur duyuram”.

Ordunun gücü və qüdrəti maddi-texniki bazadan və hərbi qulluqçuların döyüş hazırlığından aslıdır. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Peşəkar zabitlərimiz bütün imkanlardan istifadə edərək şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı ilə məşğul olur, daim hərbi vətənpərvərlik tərbiyəsi aşılayırlar.

Zabit Yusif İsgəndərov qeyd edib: “Hərbi hissədə biz zabitlərin üzərinə düşən əsas vəzifə şəxsi heyətin döyüş qabiliyyətinin daim yüksək vəziyyətdə saxlamaqdan ibarətdir. Biz şəxsi heyətə ixtisaslarına uyğun olaraq nəzəri bilikləri çatdırırıq. Şəxsi heyət qazandığı bilik və bacarıqları təlim meydanlarında praktiki olaraq nümayiş etdirir. Bu fəaliyyətlərin yerinə yetirilməsində yeni istifadəyə verilən müasir sinif otaqlarının böyük rolu var”.

Bölmələr üçün nəzərdə tutulmuş əşya saxlancı binası ümumilikdə 74 otaqdan ibarətdir. Burada bölmələrin maddi-tədris bazaları komplekt və səliqəli şəkildə yerləşir. Bu da şəxsi heyətin həmin əşyalardan səmərəli istifadəsinə şərait yaradır.

Müasir xidmət şəraiti yaradılan hərbi hissədə daimi istilik, su, elektirik və dayanıqlı rabitə sistemi quraşdırılıb. Burada abadlıq işləri aparılaraq istirahət guşələri və sıra meydanı salınıb, dekorativ ağac və güllər əkilib, ərazi işıqlandırma sistemi ilə təmin edilib. Bütün bunlar əsgərlərin həm peşəkarlğının artırılmasına, həmd də asudə vaxtlarının səmərəli təşkilinə hesablanıb.

Göründüyü kimi, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsinə və şəxsi heyətin döyüş ruhunun artırılmasına hesablanmış tədbirlər mütəmadi olaraq davam etdirilir. Elə ordumuzun şəxsi heyəti də dövlətimizin bu qayğısını əməli işi ilə sübuta yetirir. Şuşaya qədər döyüş yolu keçmiş bu ordu Müzəffər Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  13-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA