Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Anar Kərimov: Gürcüstanda azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq

Anar Kərimov: Gürcüstanda azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq

06.07.2021 [11:58]

Gürcüstana səfərim çərçivəsində bu ölkədəki azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, bir sıra rəsmi görüşlərdə sözügedən tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi qaldırılacaq.

A.Kərimov söyləyib: “Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanışlıq olacaq. Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq”.

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.

A.Kərimov səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30