Ana səhifə »  Xəbər lenti »  “AzerGold” 5 ildə 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib
A+   Yenilə  A-
“AzerGold” 5 ildə 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib

Dağ-mədən sənayesi hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biridir. Ölkəmizdə sənayenin müstəqil sahələrindən biri kimi dağ-mədən sektorunun tərəqqisi ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. Onun istər Sovet Azərbaycanına, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dönəmindəki bir sıra vacib addımları bu sahənin inkişafı üçün böyük töhfələr verib. Çağdaş dövrdə də Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi ardıcıl siyasət kursunun effektiv nəticələri ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafı istiqamətində də özünü göstərməkdədir. Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurlar ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması irihəcmli iqtisadi layihələrin icrasına, ümumilikdə iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə birbaşa təsir edib. Bu məqam təmsil etdiyimiz dağ-mədən sektoruna da təsirsiz ötüşməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov bildirib ki, dağ-mədən sənayesi kifayət qədər çətin, uzun kəşfiyyat, tədqiqat mərhələləri və böyük sərmayələr tələb edən, yatırımların daha uzun müddətdə qazanc şəklində geri qayıtdığı fəaliyyət sahəsidir. Bu sahənin inkişafı böyük miqdarda yatırımlar və iqtisadi sabitlikdən birbaşa asılıdır: “Təsadüfi deyil ki, ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində dağ-mədən sənayesinin inkişafı ilə bağlı konkret addımlar atılıb. Məhz bu addımların nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ötən il ümumi daxili məhsul istehsalında dağ-mədən sektorunun payı artıb. İlkin proqnozlar cari ildə də bu müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır. Təsadüfi deyil ki, hazırda ölkəmizdə ixrac edilən qeyri-neft məhsulları arasında qızıl və gümüş ən öncül mövqelərdə qərarlaşıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 5 il öncə məhz iyulun 5-də fəaliyyətə başlayan səhmdar cəmiyyət ilk gündən təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirməyi əsas missiya olaraq müəyyənləşdirib. Bu məqsədlə “AzerGold” qısa müddət ərzində böyük zəhmət və gərgin əmək hesabına qiymətli metalların istehsalı və ixracı sahəsində ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilməyə müvəffəq olub. Həyata keçirilən uğurlu fəaliyyət nəticəsində “AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayrılıb. Bu 5 ildə dövlət büdcəsinə 55,5 milyon manatdan çox məbləğdə vergi və rüsumlar ödənilib. Bütün bu uğurlara Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” mədənində həyata keçirilən hasilat fəaliyyəti nəticəsində nail olunub. “Çovdar” mədənində həyata keçirilən hasilat işləri ilə yanaşı, bu 5 ildə ehtiyatların artırılması, yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri də həyata keçirilib. Fəaliyyət dövrü ərzində geoloqlarımızın bilavasitə iştirakı və rəhbərliyi ilə 176 min metrdən çox buruqqazma işləri icra edilib. Təsadüfi deyil ki, QSC tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, ümumilikdə 24 dəfə artırılıb. Sevindirici haldır ki, “Çovdar” mədəni ətrafında həyata keçirilən aktiv geoloji kəşfiyyat işləri nəticəsində “AzerGold”un geoloqları “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olub. Ötən ilin sentyabr ayından etibarən “Ağyoxuş 1” yatağında hasilat işlərinə start verilib.

Bununla yanaşı, hazırda “AzerGold” “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqları qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır. Bu isə öz növbəsində, ölkədə, xüsusilə regionlarda yüzlərlə yeni iş yerinin yaradılması, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna milyardlarla manat həcmində gəlirin cəlb edilməsinə imkan verəcək”.

Diqqətə çatdırılıb ki, səhmdar cəmiyyət dövlətin qarşısında duran milli strateji hədəflərə uyğun olaraq Azərbaycanda ən iri qeyri-neft sənaye və dağ-mədən şirkətinə - işəgötürənə, habelə ölkənin regional inkişaf gündəliyində liderə çevrilməyi strateji baxış olaraq müəyyənləşdirilib. Dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir.

“Hazırkı dövrdə isə şirkətimiz dövlət büdcəsindən asılılığın böyük miqyasda azaldılmasına nail olub. “AzerGold” QSC-nin layihələr portfelinin icrası məqsədilə tələb olunan vəsaitin korporativ maliyyə aləti hesabına təmin etmək kimi uğurlu təcrübəsi mövcuddur. Bildiyiniz kimi, ötən il tərəfimizdən 20 milyon dollar dəyərində istiqrazlar tədavülə buraxılıb. İstiqrazlar uğurla emissiya edilərək həm geniş xalq kütləsi üçün sərfəli investisiya imkanı yaradılıb, həm də layihələrin icrası alternativ maliyyə mənbəyi hesabına sürətləndirilib. Bununla da QSC istiqraz tədavülə buraxan ilk milli dağ-mədən şirkəti kimi tarixə düşüb. Söz düşmüşkən, bir neçə gün öncə “AzerGold” “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə MBD ölkələri arasında təşkil edilən nüfuzlu “Cbonds Awards 2021” mükafatına da layiq görülüb. Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir. Bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd etmək olar. Şirkətin bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən deyə bilərik ki, Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcək. Ötən il ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bununla QSC-nin fəaliyyətində yeni bir mərhələ başlayıb. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı tərəqqisini, eləcə də yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində “AzerGold”un milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”, - deyə o bildirib.

QSC-nin İdarə Heyətinin sədri deyib: “Sevindirici haldır ki, fəaliyyətə əlvan metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifə və öhdəliklərlə başlayan “AzerGold”un bu 5 ildə fəaliyyət sahələri daha da genişləndirilib. Dövlətimizin başçısı tərəfindən “AzerGold”a göstərilən yüksək etimadın nəticəsi olaraq şirkətimizin səlahiyyətləri artırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının işlənməsi vəzifəsi də əlavə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhmud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsində dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır. Sahədə geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, mədən planlarının hazırlanması, yataqlar üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində beynəlxalq nüfuzlu şirkətin iştirakı ilə işlər aparılır. Qeyd edim ki, dəmir filizi yataqlarının istismarı ölkəmizdə metallurgiya sahəsinin inkişafına töhfə verməklə ölkənin qara metallurgiya məmulatlarının idxalından asılılığının azaldılmasına xidmət edəcək”.

Bildirilib ki, “AzerGold”un cari ildə təsis edilən ikinci törəmə şirkəti “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti isə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Sözügedən şirkətin fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.

“Məlum olduğu kimi, ötən il ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sarsılmaz iradəsilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Biz bu zəfərə görə Ali Baş Komandana, onun rəhbərliyi ilə Qələbə ovqatını xalqımıza yaşatmış rəşadətli ordumuza, şəhid və qazilərimizə borcluyuq. Heç şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında da böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə böyük ölçüdə dəstək olacaq. “AzerGold” QSC işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar aparmaqdadır. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlətimiz tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Qarabağ regionunun böyük iqtisadi potensialı var. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq. Yerli dağ-mədən sahəsində hasilatçı şirkətlərin sayının artması “AzerGold” QSC-nin fəaliyyəti üçün əlavə stimul olmaqla yanaşı, sağlam rəqabət mühitində hədəflərimizin daha da yüksəldilməsini təşviq edəcək”, - deyə o qeyd edib.

Z.İbrahimov deyib ki, ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi “AzerGold” 2018-ci ildən yerli pərakəndə bazara Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulları təqdim edir. Bu məhsulların satışı “AzerGold”un ümumi dövriyyəsinin cüzi bir hissəsini təşkil edir. Həyata keçirdiyimiz bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximizin, bir sözlə milli dəyərlərimizin, eləcə də “Made in Azerbaijan” brendinin təbliğinə yönəlib. Cari ilin əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zərgərlik sənayesinin inkişafına töhfə vermək məqsədilə hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliklərinə dəyişikliklər edilib. Bu dəyişikliklər zərgərlik sahəsinin daha da şəffaflaşmasına, məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinə və ümumən “AzerGold” və zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühtinin yaradılmasına xidmət edir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış bu geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır. Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir. Sözügedən islahatların davamı olaraq zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verilməsi məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində də intensiv iş aparılır. Məlumat üçün bildirim ki, mərkəzdə ilk dəfə QSC-nin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək.

Diqqətə çatdırılıb ki, “AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də QSC-nin mədən ərazilərində fəaliyyət göstərən tərəfdaş şirkətlərin 1000 nəfər əməkdaşı vahid bir amal uğrunda, ölkəmizin sosial-iqtisadi tərəqqəsinə töhfə vermək niyyətilə çalışır. Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Bir qədər öncə haqqında bəhs etdiyim strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub (Sözügedən mərhələnin 2029-2031-ci illəri əhatə etməsi proqnozlaşdırılır). Beş il ərzində fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsdilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər uğurla icra edilərək, xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 300 min saatı ötüb. Bu, 5 ildir ki fəaliyyət göstərən bir müəssisə üçün yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir. Bununla yanaşı, ekoloji siyasət “AzerGold” QSC-nin fəaliyyətində əsas prioritetlərdəndir. “AzerGold”un fəaliyyət sahələri üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə sahələrdə, hazırlanan monitorinq proqramına uyğun olaraq ətraf mühitin monitorinqi işləri aparılır. QSC tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində kəşfiyyat, hasilat və emal prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı, ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün iməcilik tədbirləri, ətraf mühitə töhfə vermək üçün mütəmadi ağacəkmə aksiyaları keçirilir. Bu günədək keçirilmiş yaşıllaşdırma işləri çərçivəsində “Çovdar” mədəni ərazisində minlərlə ağac və kol əkilib.

“AzerGold” hasilat işləri apardığı bölgədə könüllülük prinsipinə əsaslanan fəaliyyət növü – Korporativ Sosial Məsuliyyət çərçivəsində sistemli xarakter daşıyan layihələr icra edir. KSM çərçivəsində görülən işlər şirkətin missiyası, inkişaf strategiyası, eləcə də dövlətin sosial yöndə həyata keçirdiyi tədbirlərə dəstək xarakteri daşıyır. Beşillik fəaliyyət KSM sahəsində QSC-nin bir sıra uğurlu layihələri ilə yadda qalıb. Bunlara, kənd məktəblərinə texniki-resurs dəstəyinin göstərilməsi, Daşkəsən rayonunun Çaykənd və Şadax kəndlərinə su xətlərinin çəkilməsi, bulaqların inşası, yerli fermer təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası istiqamətində maarifləndirilməsi, Daşkəsən rayonun Quşçu, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri üçün səyyar tibbi müayinələrin keçirilməsi və sair layihələri misal çəkmək olar. Bütün bunlarla yanaşı QSC tarixi mədəni irsimizin qorunması istiqamətində də mühüm layihə həyata keçirməkdədir. Söhbət Çovdar kəndi yaxınlığında aşkar etdiyimiz və Son tunc - Erkən dəmir dövrünün (e.ə.II min.sonu - I min. əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropoldan gedir. Hazırda “Çovdar” nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsi davam etdirilir.

“Bütün bunlar “AzerGold” QSC-nin 5 ildə gördüyü işlərin bir hissəsidir. Beş il ərzində əldə edilən çoxsaylı uğurlar, çıxış nitqimdə sadalanan statistikalar gələcəyə ümidlə, nikbin baxmağa imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və konkret tədbirlər dağ-mədən sahəsinin inkişafı üçün geniş imkanlar açıb. Bütün bu kimi müsbət meyillər ölkənin aparıcı mədən şirkəti olaraq bizim öhdəliyimizə ciddi hədəflər qoyur. Başlıca məqsədimiz, qarşımızda duran ən əsas vəzifə ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələrimizi vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyimizi göstərməkdir. Çalışacağıq ki, bundan sonra da dövlətimizin başçısının bizə göstərdiyi etimadı yüksək səviyyədə doğruldaq, qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşımızda duran vəzifələri uğurla icra edək”, - deyə Z.İbrahimov vurğulayıb.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  06-07-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA