Ana səhifə »  Xəbər lenti »  Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq
A+   Yenilə  A-
Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq

Bir il yarımdır ki, dünyanın başı üzərini koronavirus pandemiyası alıb və bu gün də fəsadlar tötərməkdədir. Dünyanın inkişaf etmiş bir sıra dövlətləri, o cümlədən bəzi iri şirkətlər hələ də iqtisadi cəhətdən çətinliklərlə üz-üzədir. Baxmayaraq ki, bu “gözəgörünməz düşmən” bizim də ölkəmizdə bir sıra fəsadlar törədib, dövlətimizin başçısının düşünülmüş daxili və xarici siyasəti bu ziyanın daha geniş sahələri ağuşuna almasına imkan vermədi. Azərbaycan dövləti ölkə əhalisini qorumaqla yanaşı, 30-dan çox ölkəyə yardım da etdi. Hətta nəzərdə tutulmuş iri infrastruktur, xüsusilə sosial layihələrin təməlqoyma və açılış mərasimləri təxirə salınmadı. Bütün bunlar qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməyə bilməzdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Son illər dünyada baş verən hadisələrdən, münaqişələrin daha da alovlanmasından, miqrantların sayının çoxalmasından, qarşıdurmaların artmasından, Avropa və dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasından və digər xoşagəlməz amillərdən danışan Ç.Qənizadə deyib ki, bütün bunlar qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırıb və bu sahədə canlanma yaradıb. Qeyd olunub ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı dönüş yaradacaq. Bu isə yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və dünya bazarlarında Azərbaycan brendlərinin çeşidlərinin artırılmasına müsbət təsir göstərəcək.

Hüquq müdafiəçisi bildirib ki, Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacağı nəzərdə tutulub. Artıq ərazinin ümumi sahəsinin 60 hektarında layihələndirilmə işləri uğurla yekunlaşıb və həmin sahələrdə inşaat işlərinə başlanıb. Zonada bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. “Ələt Azad İqtisadi Zonasının yaradılması bir daha təsdiqlədi ki, dünyada koronavirus pandemiyası tüğyan etsə də, Azərbaycanda nəzərdə tutulmuş infrastruktur layihələrin icrasına heç bir təsir göstərmir. Bunun da əsas səbəbi dövlətimizin başçısının polad iradəsi və düşünülmüş siyasi kursudur. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr reallaşdırılıb. Ələt Azad İqtisadi Zonasının yaradılması bu sahədə atılan növbəti addımdır”, - deyə Ç.Qənizadə əlavə edib.

Bu iri layihənin icrasının ölkəmizin iqtisadiyyatının daha da möhkəmləndirilməsində, böyük iqtisadi dividentlər qazandırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayan Ç.Qənizadə, eyni zamanda, respublikamızın regionda mövqeyini daha da gücləndirəcəyinə əminliyini ifadə edib. Deyib ki, həmçinin Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində əhəmiyyətli rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artırılmasına da öz təsirini göstərəcək, yeni investisiyaların cəlb edilməsinə geniş imkanlar yaradacaq.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr həyata keçirilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda layihələr uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

“Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılmasını yüksək qiymətləndirdi və bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimizin dayandığını diqqətə çatdırdı. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycanın qeyri-neft sektorunun, o cümlədən ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəyinə əminliyini bildirən dövlətimizin başçısı, eyni zamanda, burada yaradılacaq infrastrukturun investorlar üçün də cəlbedici olacağını vurğuladı. Həmçinin diqqətə çatdırdı ki, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək”, - deyə Çingiz Qənizadə diqqətə çatdırıb.

Bildirilib ki, ümumiyyətlə, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı , o cümlədən xarici şirkətlərin, xüsusilə innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunmasında. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Dövlətimizin başçısının dediyi kimi, bu zonanın yaradılması bir daha təsdiqlədi ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Prezident İlham Əliyevin verdiyi vədləri daim yerinə yetirdiyini bildirən Ç.Qənizadə qeyd edib: “1994-cü ildən bu günədək imzalanmış müqavilələr, İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə və Qarabağ münaqişəsinin öz gücümüz hesabına həlli bunları bir daha təsdiqlədi. Artıq regionda yeni vəziyyət yaranıb və uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də geniş imkanlar açıq. Ona görə, bu zonanın yaradılması uğurlarımızın növbəti addımı olacaq”.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  05-07-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA