Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyevin sözü ilə əməlinin vəhdəti Azərbaycanın dünya miqyasında qazandığı müsbət imicin təcrübədə əks etdirilməsidir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin sözü ilə əməlinin vəhdəti Azərbaycanın dünya miqyasında qazandığı müsbət imicin təcrübədə əks etdirilməsidir

Dünyanın siyasi proseslərini qabaqlamağı bacaran ümummilli lider Heydər Əliyev hər zaman deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Prezident İlham Əliyev isə bildirirdi: “Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik”. Dünyanın mövcud siyasi reallıqlarını adekvat dəyərləndirməyi bilən, qarşıda müəyyənləşdirilən planları həyata keçirməklə bütün təşəbbüsləri reallığa çevirməyi bacaran dövlətimizin başçısı əmin idi ki, hədəf və məqsədlərə gedən yol güclü iqtisadiyyata malik olmaqdan keçir. Güclü iqtisadiyyata malik olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz uzun illər ərzində bütün qonşu ölkələr və dünya dövlətləri ilə fəal, bir o qədər də konstruktiv siyasət yürüdərək, heç bir dövlətə qarşı ərazi iddiası etmədən, təşəbbüskarı və iştirakçısı olduğumuz bütün layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə icra edir. Torpaqlarının işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün problemi, dünyanın təlatümlü siyasi və iqtisadi prosesləri ilə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan ən ağır dönəmdə və ən çətin geosiyasi vəziyyətdə belə bütün layihələri uğurla həyata keçirdi. Ölkə ərazisində faktiki olaraq müharibə getməsinə baxmayaraq, Azərbaycan dövləti meqalayihə hesab olunan Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmentini – Trans-Adriatik boru kəmərini müharibənin başa çatmasından qısa müddət sonra istifadəyə verdi. Əldə olunan uğurlar və nəticələr Azərbaycanın dünya miqyasında qazandığı müsbət imicin təcrübədə əks etdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq qeyd edib ki, bununla yanaşı, qeyri-neft sektorunun inkişafı da hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Belə ki, “Qara qızılı insan kapitalına istiqamətləndiririk” deyən dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz son illərdə bu sahədə də nəzərəçarpan işlər həyata keçirib. Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyması da məhz bu siyasətə xidmət edir. Bu, eyni zamanda, xarici investorların Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına sərmayə qoymasına yönələn bir işdir. Dövlətimizin başçısı bu məsələlərə detallı şəkildə aydınlıq gətirdi və bildirdi ki, yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək. Son illər ərzində dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı, pandemiyanın ölkələrin iqtisadiyyatlarına vurduğu zərbələr fonunda əsas məsələ ondan ibarətdir ki, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Bu baxımdan əminliklə deyə bilirik ki, bu hədəf, ilk növbədə, mərkəzində vətəndaş amili dayanan siyasətin tərkib hissəsi kimi başa düşülməlidir.

Atılan bu addımlar, yürüdülən siyasət nəticəsində Azərbaycan böyük nailiyyət qazanaraq inkişaf etmiş bir çox ölkələri qabaqlayıb və dünyanın aparıcı hesabatlarında adını ilk sıralara salmağı bacarıb. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bununla yanaşı, elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci, Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir.

Azərbaycan bu uğurları həyata keçirmək üçün illər ərzində təktərəfli deyil, çoxşaxəli istiqamət müəyyənləşdirdi. Dövlətimiz bu uğurların əldə olunması üçün infrastrukturun yaradılması ilə yanaşı, işləri sağlam şəkildə icra edə biləcək kadr potensialının yetişdirilməsi işini də diqqət mərkəzində saxladı. Belə ki, hələ sovet hakimiyyəti illərində necə ki, ümummilli lider Heydər Əliyev yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmış, onların keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil aldıqdan sonra savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstərmələrini təmin etmişdisə, bu uzaqgörən siyasi xətt cənab Prezident İlham Əliyevin də siyasətində əsas xətt kimi müəyyənləşdirilib. Bu baxımdan Azərbaycan güclü, təhsilli kadr potensialı yetişdirmək üçün dövlət xətti ilə gənclərimizin dünyanın nüfuzlu, qabaqcıl ali təhsil ocaqlarında dərin biliklərə yiyələnib ölkəyə qayıtmasını təmin etməklə, həmin bilik və bacarıqların Vətənin inkişafına töhfə verməsi işini uğurla həyata keçirib.

Politoloq qeyd edib ki, bütün bunlarla yanaşı, heç şübhəsiz, xarici investorlar üçün ilkin şərtlərdən biri kimi sərmayə qoyacaqları ölkənin təhlükəsiz olmasıdır. Müstəqillik illərinin əvvəllərinə nəzər salsaq görərik ki, “Əsrin müqaviləsi” imzalandığı dövrdə – 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Eynilə, indi də Azərbaycan kimi mürəkkəb bir coğrafi şəraitdə yerləşən ölkənin təhlükəsizliyini təmin etməyi bacaran Prezident İlham Əliyev bir tərəfdən Azərbaycan vətəndaşının təhlükəsiz bir ölkədə yaşamasını təmin edirsə, digər tərəfdən də nəticə etibarilə hər bir vətəndaşın həyat standartlarının daha da yaxşılaşdırılması işinə xidmət edən investorların təhlükəsiz Azərbaycana sərmayə qoymasını ictimai-siyasi sabitliyi, xalq-iqtidar arasındakı birliyi qorumaqla təmin edir. İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə, gücümüzün bütün dünyaya nümayiş etdirilməsi, Qarabağ münaqişəsinin həlli, uzunmüddətli sabitlik, sülh, regionda yaratdığımız reallıq artıq investorlar üçün yeni imkan deməkdir. Belə ki, ölkə başçımızın rəhbərliyi altında həm Azərbaycan xalqının maraqları təmin edilir, həm də xarici investorlar üçün yaradılan müsbət, maneəsiz şərtlərin arealı, fəaliyyət dairəsi genişləndirilir, verilən vədlər yerinə yetirilir. Bu baxımdan da tam əminliklə deyə bilirik ki, Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edir.

 
  • Oxunub:  8430  |  
  • Tarix:  02-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA