Ana səhifə »  Xəbər lenti »  “İsrael HaYom” nəşrində Birinci Qarabağ Beynəlxalq İqtisadi forumu barədə məqalə dərc olunub
A+   Yenilə  A-
“İsrael HaYom” nəşrində Birinci Qarabağ Beynəlxalq İqtisadi forumu barədə məqalə dərc olunub

İsraildə çıxan ivritdilli nüfuzlu “İsrael HaYom” qəzetində bu günlərdə IMZA sosial inkişafa dəstək ictimai birliyi tərəfindən videokonfrans formatında təşkil edilmiş Birinci Qarabağ Beynəlxalq İqtisadi forumu barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, Türkiyə, İsrail, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa və digər ölkələrin parlament təmsilçiləri, nüfuzlu ictimai xadimlər və jurnalistlər iştirak ediblər.

Forumda IMZA sosial inkişafa dəstək ictimai birliyinin beynəlxalq və ictimai əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən birinci panel iclası “Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi” mövzusuna həsr edilib. Müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, Türkiyə Parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə, Fransa Milli Məclisində Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Pakistan Parlamentinin deputatı Sərdar Ayaz, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Gürcüstan Parlamentinin xarici işlər komitəsinin sədr müavini Mariam Laşxi, Azərbaycan-Fransa parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov iştirak edirdi.

Məqalədə qeyd edilir ki, qəhrəman Azərbaycan Ordusu Prezident İlham Əliyevin komandalığı ilə Azərbaycan torpaqlarını 30 illik erməni işğalından xilas edib. Qəzet yazır: “Münaqişənin nizamlanması regionun bərpasından ötrü, həmçinin regionun geoiqtisadi resurslarının səmərəli istifadəsi üçün yaxşı imkanlar yaradıb. Azərbaycan Prezidentinin qəbul etdiyi mühüm qərarlar ümid yaradır ki, yaxın gələcəkdə Qarabağ regionu bərpa olunacaq və Böyük Qayıdış baş verəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin sözlərinə görə, bərpa prosesində ilk növbədə dost və qardaş ölkələr iştirak edəcəklər və bu iş faktiki olaraq başlanıb.

Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası və yeni infrastruktur yaradılması sahəsində beynəlxalq təcrübədən geniş istifadə etməyin zəruri olduğunu vurğulayıblar.

Panel müzakirələrinin gedişində qeyd edilib ki, işğalçı erməni ordusu tərəfindən yerləşdirilmiş çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün azad edilmiş rayonlara qayıtmasına ciddi mane olur. Qeyd edilib ki, müharibə başa çatandan bəri Ermənistan minalanmış sahələrin xəritələrini təqdim etmədiyinə görə 120-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Vurğulanıb ki, Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin verilməsi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi və bərpası prosesini sürətləndirər, bu da öz növbəsində təkcə Qarabağ regionunun inkişafına deyil, qonşu ölkələrin iqtisadiyyatına da töhfə olar.

İkinci panel görüşü Qarabağın iqtisadi imkanları və gələcək planlar mövzusuna həsr edilmişdi. Bu görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, israilli məşhur politoloq və ictimai xadim Arye Qut, Azərbaycan Parlamentinin deputatı Ramin Məmmədov, “Musliman en France” fransız xəbər portalının baş redaktoru Jan-Mişel Brun, israilli jurnalist, “İsrael HaYom” qəzetinin müxbiri Şmuel Din Elmas, Avropa İnformasiya Agentliyinin italiyalı nümayəndəsi, “Eurasiaticanews” portalının rəhbəri jurnalist Karlo Marino çıxış edib.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi imkanları və regionun inkişafında onların rolu müzakirə edilib. Bununla əlaqədar, Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Zəngəzur dəhlizi Azərbaycanın və region ölkələrinin maraqlarına tamamilə uyğundur. Nəqliyyat kommunikasiyaları bərpa ediləndə regionda qarşılıqlı dialoq və etimad şəraiti formalaşacaq. Zəngəzur dəhlizinin açılması bu regionun yeni iqtisadi inkişafı üçün mühüm şərt hesab edilib.

Forum iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş rayonlarında və şəhərlərində dəfələrlə olduqlarını, həmin ərazilərdə Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı öz gözləri ilə görmələrini bəyan ediblər.

Panel diskussiyasının gedişində italiyalı jurnalist Karlo Marino ilə israilli ekspert, beynəlxalq münasibətlər sahəsində mütəxəssis Arye Qut arasında mübahisə yaranıb. Karlo Marino Qarabağı “mübahisəli ərazi” adlandırıb, Arye Qut isə buna etiraz edərək deyib: “Cənab Marino, siz Qarabağı “mübahisəli ərazi” adlandırmaqla çox yanlış və provokasion hərəkət etdiniz. Siz başa düşməlisiniz ki, Azərbaycan öz əsgər və zabitlərinin qanı bahasına, onların igidliyi sayəsində ÖZ ƏRAZİSİNİ VURUŞARAQ GERİ ALIB. Əgər bu torpaqlar ermənilərə məxsus olsaydı, nəyə görə həmin ərazilər məhz erməni işğalından sonra kabus şəhərlərə oxşayırlar?! Mən erməni işğalından azad edilmiş bu ərazini görəndə lap ilk andan belə təsəvvür yarandı ki, elə bil oraya dəhşətli taun xəstəliyi yayılıb. İşğaldan azad edilmiş bütün ərazidə demək olar ki, bircə dənə də ev, bircə dənə də uşaq bağçası və ya məktəb, bircə dənə də kitabxana və muzey salamat qalmayıb. İşğalçı erməni ordusu qarət və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini yerlə-yeksan edib. Əvvəllər küçələr və evlər olan yerdə indi yalnız qapı yerləri, ətrafa səpələnmiş pəncərə çərçivələri gördüm. Bütün ərazi xarabalıqlara, cəngəlliyə dönüb. Mən italiyalı dostumuza tövsiyə edirəm ki, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya və Zəngilana səfər etsin, anlasın ki, bu gün Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb və ermənilər ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidirlər.

İsrail işğaldan azad edilmiş yeni Qarabağda kənd təsərrüfatı, innovasiyalar və intellektual şəhərlər yaradılması sahələrində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İsrail dövləti Cənubi Qafqazda Azərbaycanın geosiyasi və geoiqtisadi təşəbbüslərini həmişə dəstəkləyib”.

İsrailli jurnalist Şmuel Din Elmas da iki ay bundan əvvəl Ağdam, Füzuli, Cəbrayıl və Zəngilana səfər etdiyini, bütün bu vandalizm və cinayət aktlarını öz gözləri ilə gördüyünü bildirib.

Şmuel Din Elmas deyib: “Mən ərazilərin bərpasının, onların minalardan təmizlənməsinin nə dərəcədə mürəkkəb məsələ olduğunu başa düşürəm. İsrail Azərbaycanın həqiqi dostudur, o, Qarabağda Bakıya hamıdan çox kömək edə bilər. Biz hərbi baxımdan İsrail-Azərbaycan əməkdaşlığının nə dərəcədə vacib olduğunu gördük. Rəsmi Təl-Əviv kənd təsərrüfatı və yüksək texnologiyalar kimi sahələrdə İsrail texnologiyaları və innovasiyaları ilə Bakıya kömək edə bilər”.

 
  • Oxunub:  3390  |  
  • Tarix:  02-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA