Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilib

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilib

29.06.2021 [19:04]

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev iclası açaraq bu gün ölkəmizin elmi biliklərin, təcrübənin nəsildən nəslə ötürməyə əsas verən müasir təhsil sistemi şəbəkəsinə malik olduğunu bildirib. Qeyd olunub ki, XXI əsrin çağırışlarına cavab verən və müstəqil dövlətimizin iqtisadi inkişafını təmin edə biləcək yeni müasir təhsil sisteminin yaradılmasının əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Bildirilib ki, bu sahədə düşünülmüş siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Bu baxımdan ölkə başçısı tərəfindən Azərbaycanda ali təhsilin inkişafını, Avropa təhsil məkanına sərbəst çıxışı əldə edə biləcək mütəxəssis hazırlığını təmin etmək məqsədi ilə ölkəmizin Bolonya prosesinə qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Azərbaycan 2005-ci il mayın 9-da Bolonya prosesinə qoşulub və bununla da ali təhsil sahəsində aparılacaq islahatın istiqaməti və məzmunu müəyyən edilib. Bolonya deklarasiyasının müddəalarını həyata keçirmək məqsədi ilə Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən ötən müddət ərzində çoxsaylı qərarlar qəbul edilib və ali təhsilin yenidən qurulması ilə bağlı bir çox işlər görülüb.

Ali təhsil sahəsində islahatları sürətləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncam imzalayıb. Bu sənəddə nəzərdə tutulan bir çox məsələlər artıq həyata keçirilib. Bununla yanaşı, bir sıra digər mühüm qərarlar da qəbul edilib. Belə ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” ölkə Prezidenti tərəfindən təsdiq edilib. Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyasının təsdiq edilməsi yeni istiqamətləri müəyyən edib, islahatları daha da sürətləndirib.

Komitə sədri ölkə Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 16 noyabr tarixli Sərəncamını xüsusi qeyd edərək bildirib ki, müzakirəyə çıxarılan “Ali təhsil haqqında” qanun layihəsi bilavasitə dövlətimizin başçısı tərəfindən ali təhsilin qarşısında qoyulmuş məsələlərin dairəsini, rəqabət qabiliyyətli ali təhsil müəssisələrinin yaradılmasını, ölkədə gedən sürətli iqtisadi inkişafın kadr təminatının əsaslarını müəyyən edir.

Qeyd edilib ki, Azərbaycanda təhsilin inkişafına Heydər Əliyev Fondunun da böyük dəstəyi var. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” və digər proqramlar çərçivəsində bir çox layihələr həyata keçirilib.

Bəxtiyar Əliyev deyib ki, təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində, o cümlədən qəbul edilmiş dövlət proqramlarının hər birində ali təhsilin yeni normativ hüquqi bazasının yaradılmasının zəruriliyi bildirilir. Diqqətə çatdırılıb ki, ali təhsilin inkişafını, bu istiqamətdə islahatların sürətləndirilməsini təmin etmək üçün “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən 2019-cu ilin sentyabr ayında yaradılıb. İşçi qrupuna komitənin üzvləri, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndələri, rektorlar və təhsil ekspertləri daxildir. Ötən müddət ərzində işçi qrupun üzvləri məhsuldar işləyib, çox sayda müzakirələr aparıblar.

Bildirilib ki, cari ilin yanvar ayında Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun görüşü keçirilib. Tədbirdə, habelə təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak ediblər.

Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan “A

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31