Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vüqar Bayramov: Zəfərimiz iqtisadiyyatın daha da inkişafı üçün yeni imkanlar yaradacaq

Vüqar Bayramov: Zəfərimiz iqtisadiyyatın daha da inkişafı üçün yeni imkanlar yaradacaq

29.06.2021 [09:50]

Artıq Azərbaycan quruculuq mərhələsinə qədəm qoyub. Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulması fonunda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar daha da dərinləşəcək. Zəfərimiz iqtisadiyyatın daha da inkişafı üçün yeni imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu il Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Bu Qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusudur. Bu Qələbəni təmin etmək üçün isə ölkəmizdə və beynəlxalq müstəvidə uzun illərdir ki, böyük hazırlıq işləri görülürdü. Cənubi Qafqaz tarixən həssas bölgə hesab edilir. Bu regionda tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmək üçün beynəlxalq dəstək çox vacibdir. Son illər ərzində aparıcı beynəlxalq təşkilatların bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də qələbəni təmin edən uğurlar sırasında idi. Bütün bunlarla yanaşı, ölkənin strateji mövqeyi və iqtisadi gücü də əsas faktorlardan hesab olunur. Ordu quruculuğunda iqtisadi potensial əsas amillərdən sayılır. İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Xüsusən, son illər Azərbaycanın xarici borcu limitini tənzimlənməsi iqtisadi müstəqillik baxımdan vacib idi.

“CEIC Qlobal İnformasiya Bazasının məlumatına görə, 2020-ci ildə xarici borcun nominal ÜDM-də payı Azərbaycanda 20 faiz olduğu halda, Ermənistanda hətta nominal iqtisadiyyatın həcmindən belə çox olub. Bu isə o deməkdir ki, düşmən ölkənin hətta nominal ÜDM-i onun xarici borcunu qaytarmaq üçün kifayət etmir. Bu kontekstdən hər bir zəfər üçün iqtisadi müstəqillik əsas amillərdən biri hesab olunur”, - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30