Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib

Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib

25.06.2021 [15:07]

İyunun 25-də Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil edib.

İctimai birliyin sədri Mehdi Mehdiyev tədbiri açıq elan etdikdən sonra ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatının rəhbəri Tahir Budaqov, birliyin Qarabağ üzrə koordinatoru Etibar Hüseynova və şimal rayonları üzrə koordinatoru Tərlan Hacızadə, o cümlədən veteranlar, müharibə əlilləri və şəhid ailələri iştirak ediblər.

Silahlı Qüvvələrin yaranmasının 103-cü illiyi münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev təmsil etdiyi qurumun Vətənə ləyaqətlə xidmət etdiyindən qürur duyduğunu bildirib: “Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Prezident İlham Əliyevin də yeni müstəvidə davam etdirdiyi sosial siyasət, imzaladığı fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərə görə hər zaman Prezidentə minnətdarıq”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, mərkəzi aparatının rəhbəri Tahir Budaqov çıxışı zamanı Azərbaycanın hərb tarixinə nəzər salıb və bildirib ki, bundan sonra da Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu inkişaf edəcək: “Azərbaycanın hərb tarixi uğurlarla zəngindir. Azərbaycan torpağı hərb tarixinə böyük töhfələr verib, tarixi şəxsiyyətlər yetirib. İstənilən dövrdə Azərbaycanda böyümüş qəhrəmanlar dövlətimizin ərazi bütövlüyü uğrunda fədakarcasına xidmət göstəriblər. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından sonra Azərbaycanın ilk dəfə nizami ordusunun qurulması hərb tariximizdə müstəsna əhəmiyyətə malikdir. Lakin təəssüflər olsun ki, AXC-nin ömrü cəmi 23 ay sürdü və işğaldan sonra Azərbaycan müstəqilliyini itirdi. Bütün bunlara baxmayaraq, tariximiz boyunca hərb sahəsinin hər zaman aktual olduğunu əminliklə vurğulaya bilərik.

Ulu Öndər yaxşı bilirdi ki, əbədi müstəqilliyin əldə olunması üçün hərbi kadrların hazırlanması, silahlı qüvvələrin formalaşdırılması lazımdır. Kommunist dövrünün çətinliklərinə baxmayaraq, Ümummilli Lider uzaqgörənliklə Azərbaycanda hərbi məktəblərin yaradılmasına nail oldu. Bunun nəticəsini isə əsasən 1991-ci ildə müstəqillik bərpa olunandan sonra gördük”.

Tahir Budaqov çıxışı zamanı vurğulayıb ki, Azərbaycan dövlətinin öz xalqının milli maraqlarını həyata keçirmək üçün həm iqtisadi, siyasi, həm də milli-mənəvi gücə malikdir: “Prezident İlham Əliyev tərəqqi nöqtəsini inkişaf etdirərək bizi Zəfərə çatdırdı. O Zəfər ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək tarixi hadisədir. Bu tarixi Zəfərin əldə olunmasında yüzlərlə birinci Qarabağ müharibəsi iştirakçıları töhfə veriblər. Bunların hər biri vahid azərbaycançılıq ideologiyası altında birləşmənin bariz nümunəsidir”.

Tədbirdə, həmçinin birliyin Qarabağ üzrə koordinatoru Etibar Hüseynova və şimal rayonları üzrə koordinator Tərlan Hacızadə çıxış ediblər. Dövlətlə uğurlu əməkdaşlıq aparan ictimai birliyin fəal üzvü olduqları üçün fəxr etdiklərini bildiriblər.

Daha sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə qeyd olunub ki, ictimai birliyin çoxminli üzvləri Prezident İlham Əliyevə bir daha sarsılmaz inam və birmənalı dəstəklərini ifadə edir və tarixi torpaqlarımızı düşməndən azad etdiyinə görə minnətdarlıqlarını bildirirlər: “Sizin Silahlı Qüvvələrin inkişafını davam etdirməniz nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı və Türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, Ulu öndər Heydər Əliyevin davamçısı kimi Azərbaycan dövlətini və xalqını işgal zülmündən azad edib, Silahlı Qüvvələrimizin köməyi ilə Azərbaycan xalqını dünyada zəfər çalan xalq kimi tanıtdınız. Uzun illərdir ki, Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb, qaçqın-köçkün vəziyyətində yaşamağa məcbur olub. Uğurla həyata keçirdiyiniz siyasətiniz və insan amilini çox yüksək qiymətləndirməyiniz sayəsində torpaqlarımız düşmən işğalından azad olundu və bütün Türk dünyasına sevinc bəxş olundu.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Sizin də yeni müstəvidə davam etdirdiyiniz sosial siyasət, imzaladığınız fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərinizə görə də hər zaman Sizə minnətdarıq”.

Sonda Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi “Vətən naminə” medalı YAP-ın sədr müavini Tahir Budaqova təqdim edilib. Bundan başqa, ictimai birlikdə göstərdikləri xüsusi xidmətlərə görə birliyin bir neçə üzvü fəxri fərmanla təltif ediliblər.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31