Ana səhifə »  Xəbər lenti »  Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
A+   Yenilə  A-
Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
 Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:

- Bəxtiyar müəllim, qarşıdan 26 iyun Silahlı Qüvvələr Günü gəlir. Yəqin ki, Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra sizin də Ordumuzla, Qələbəmizlə bağlı deməyə sözünüz çoxdur…

- Bəli, ötən ilə qədər əminliklə bildirirdik ki, Qarabağda yeni müharibə başlasa möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyəcək və Ermənistanın layiqli cəzasını verəcək. 44 günlük Vətən müharibəsi bizim bu əminliyimizin praktik şəkildə təsdiqi oldu. Ordumuz düşmənə elə bir layiqli dərs verdi ki, Ermənistan dövləti və onun xalqı bunu heç vaxt unutmayacaq!

Biz bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında döyüş meydanında qətiyyətdə mübarizə aparan qüdrətli sərkərdəni gördük. Vətən və xalq yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmağı bacaran Azərbaycan əsgərini gördük. Beşinci nəsil müharibə aparan qüdrətli Ordumuzu gördük və bütün bunların hər biri ilə qürur duyduq, fəxr etdik! Ona görə, qeyd etdiyiniz kimi, deməyə sözümüz, qürur duymağa əməlimiz də çoxdur, çünki biz qalibik, zəfər çalmış xalqıq.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın işğalının bəlli səbəbləri vardı. Biz döyüşləri ona görə uduzmuşduq ki, Qarabağ münaqişəsi başlayan dövrdə  Azərbaycana başçılıq edənlər qətiyyətsiz  və  səriştəsiz idilər, ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər. Vaxtında  nizami ordu  yaradılmamış, torpaqların  müdafiəsi  təşkil  edilməmişdi və üstəlik, müharibə dövlət  səviyyəsində aparılmırdı. Ermənistana gəldikdə, havadarları açıq şəkildə onlara kömək  göstərir, silah-sursatla təmin edir, hətta  torpaqlarımızı hərbi yolla bizdən alıb onlara verirdilər.  Dünya isə “məzlum və zavallı” erməni  xalqının arxasında duraraq  onu müdafiə  edir, bizi günahlandırırdı. Amma  deyən yox idi ki, bu  xalq  “məzlum və zavallıdırsa”, özgə  torpaqlarını necə, hansı  gücü ilə zəbt  edir, Xocalı soyqırımını necə  törədir! Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət  özündən  güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi? Hər şey  bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən  onlar  döyüşərək alıblar, bizdən  güclüdürlər.

Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə vəziyyət kökündən dəyişdi. Heydər Əliyevin 1993-cü il noyabrın 2-də etdiyi tarixi müraciətdən sonra vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, işğal olunmuş ərazilərimizin bir qismini azad etmişdi.

Atəşkəsdən sonra ordu quruculuğu davam etdirildi, hərbi islahatlar həyata keçirildi, yeni qoşun növləri yaradıldı. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev ordu quruculuğunu uğurla davam etdirdi. Ən mühümü odur ki, bu dövrdə ordumuzun hərbi potensialı artırılarkən Silahlı Qüvvələrimizin arsenalına ən müasir döyüş vasitələrinin cəlb olunmasına, qoşun növləri tərəfindən ən müasir döyüş vərdişlərinin mənimsənilməsinə xüsusi diqqət yetirildi. Təsadüfi deyil ki, son illərdə reytinq agentlikləri Azərbaycanın hərbi imkanlarını yüksək qiymətləndirirdilər.

- 44 gün ərzində Vətən müharibəsinin gedişatını ordumuzun gücünün dəyərləndirilməsi baxımından necə xarakterizə etmək olar?

- Biz ordumuzun hansı gücə sahib olduğunu paradlarda və aprel döyüşlərində görmüşdük. Nəhayət, Vətən müharibəsi daha bariz göstərdi ki, ölkəmiz necə möhtəşəm hərbi qüdrətə malikdir.

Əvvəla, müharibə ildırım sürəti ilə getdi, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim hücumda oldu, bir dəfə də geri çəkilmədi və 44 gün ərzində bu müharibəyə 30 il hazırlıq görüb lovğa və özünə əmin vəziyyətdə dayanan düşməni darmadağın edərək kapitulyasiya sənədinə imza atmağa məcbur etdi!

İkincisi, Azərbaycan yeni strategiya və taktika tətbiq etdi, yeni növ silahlar işlətdi, düşməni vahiməyə salaraq çaş-baş qoydu, erməni ordusunu kütləvi şəkildə qaçmağa, fərarilər dəstəsinə çevrilməyə vadar etdi.

Üçüncüsü, Azərbaycan Ordusu düşmənin ənənəvi və təsirli müdafiə və hücum silahlarını, uzaqvuran toplarını və raket qurğularını, bütün növ zirehli texnikasını elə yerindəcə, hücum mövqeyinə çıxmasına imkan verməyərək dəqiq PUA zərbələri ilə məhv etdi!

Dördüncüsü, Azərbaycan düşmənin qısa vaxt ərzində məhvinə və panikaya düşməsinə səbəb olan ənənəvi taktikanı daha dəqiq və uğurla icra etməklə arxa cəbhə ilə ön mövqelər arasındakı əlaqələri ilk həmlədəcə kəsdi, beləliklə, düşmənə arxadan silah, sursat, canlı qüvvə, ərzaq və digər yardımların gəlməsinin qarşısını tamamilə aldı.

Beşincisi, düşməni gözləmədiyi yerdən və ağlına gətirmədiyi silahlarla vuraraq onun bütün müdafiə sistem və qurğularını əhəmiyyətsiz və mənasız duruma saldı.

Altıncısı, bu ordu  Ermənistanın 30 il ərzində istehkamlar, səngərlər qurduğu, bunkerlər tikdiyi müdafiə xətlərini sürətlə ələ keçirərək düşmən qoşunlarını qorxaq və fərarilər dəstəsinə çevirdi.

Ən nəhayət, düşməni psixoloji cəhətdən iflic vəziyyətinə, rəzil, qorxaq, panik duruma salaraq onu öz əsgərlərini müdafiə səngərlərində zəncirlərlə bağlamağa, bu yolla Azərbaycan Ordusuna müqavimət göstərmək kimi gülünc, vəhşi və qəddar vasitəyə əl atmağa məcbur etdi.

- İkinci Qarabağ müharibəsində Azərbaycan ortaya qoyduğu nümunə bütün dünyada onilliklər boyu formalaşmış döyüş nəzəriyyələrinə yenidən baxmağa vadar etdi. Bu barədə nə deyə bilərsiniz?

- Tamamilə düz buyurursunuz, İkinci Qarabağ müşaribəsi bütün dünyada böyük rezonans doğurdu və bu gün dünya Azərbaycanın hərb təcrübəsindən öyrənir.  Bir çox ölkələr Azərbaycanın 44 günlük müharibəsini təhlil edərək özünə dərs götürür. Güclü ordusu olan dövlətlər belə Qarabağ müharibəsi təcrübəsini əsas tutaraq yenidən silahlanır, ordularında və hərbi əməliyyatların aparılmasında zəruri dəyişikliklər edir. Azərbaycanın taktikasından bəhrələnərək öz ordularında müəyyən dəyişikliklər aparılması zərurətindən danışırlar.

Ona görə Azərbaycanın 44 günlük zəfər müharibəsi tarixə həm də yeni müharibə modeli kimi düşdü. Xarici mediada da bildirilirdi ki, 2020-ci ilin  dekabr ayında  NATO  Berlində  fövqəladə və məxfi toplantı keçirərək Azərbaycan  Ordusunun  zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan  ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırıb. Hərbi  mütəxəssislərin  yekun rəyi belə olmuşdur: “Biz  silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi  davam etsək, uduzacağıq”. Bu kimi fikirləri ayrı-ayrı dövlətərin generalları, yüksəkçinli hərbçiləri də səsləndirdilər.

Prezident İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi dövrdə ən böyük uğurlarından biri yeni, müasir Azərbaycan Ordusunu yaratmasıdır. Bu ordu işğalçını diz üstə qoydu, belini sındırdı.  Qalib Azərbaycan  həm də yeni hərbi  taktika  və strategiya, müharibə nümunəsi  göstərdi. Bu isə ilk növbədə, cənab İlham  Əliyevin  bütün dünya  tərəfindən  etiraf   olunan  hərbi  qələbəsidir.

 
  • Oxunub:  6720  |  
  • Tarix:  24-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA