Ana səhifə »  Xəbər lenti »  Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib
A+   Yenilə  A-
Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləyib.

Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı barədə raport verdikdən sonra uçuşa hazır olan “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatına və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, xatirə şəkli çəkdirilib.

Pilotsuz uçuş aparatının taktiki-texniki xassələri haqqında məlumat verilərək bildirilib ki, aparatın kompleksinə müxtəlif növ idarəolunan raketlər daxildir. “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının uçuşlarını təmin edən qüllə, antenaların taktiki-texniki xassələri haqqında məlumat verilib, silahlı pilotsuz uçuş aparatının uçuşa hazırlanması və uçuşu, “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının praktiki uçuşların idarəedilməsi izlənilib, yerüstü nəzarət və idarəetmə stansiyası təqdim olunub.

Ali Məclisin Sədri qoşunların idarə edilməsini təmin edən rabitə vasitələrinə və döyüş raketlərinin saxlanılma anbarına baxıb, ultraqısa və qısa dalğalı radiostansiyalar dəsti, döyüşü idarəetmə qrupunun iş yeri, kompleks və mobil rabitə stansiyaları, döyüşü idarəetmə və komanda-qərargah maşınları ilə tanış olub.

Daha sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə keçirilən taktiki-xüsusi təliminin praktiki fəaliyyətlərinin icrasını izləyib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin praktiki fəaliyyətlərinin icrasının hazırlığı barədə raport verib, döyüşü idarəetmə mərkəzi haqqında məlumat verib.

Ali Məclisin Sədri zabit heyətini salamlayıb.

Bildirilib ki, mərkəz fasiləsiz olaraq cari vəziyyəti izləmək, ordu komandanını və qoşunları əməliyyat şəraiti ilə məlumatlandırmaq, əmr və sərəncamlar əsasında qoşunları istiqamətləndirmək, qoşunların və düşmən bölmələrinin fəaliyyətlərini real zamanda izləmək məqsədi ilə yaradılıb.

Taktiki-xüsusi təliminin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun daxili şəbəkəsində yaradılmış videokonfransda təlimə cəlb olunan birləşmə və hissə komandirləri iştirak edib, əvvəlcədən göndərilmiş döyüş sərəncamına uyğun olaraq yaranmış vəziyyəti məruzə ediblər.

Təlim mərkəzində düşmənin artilleriya batareyasını təqlid edən batareya atəş mövqeyini tutaraq ön xətt bölmələrimizə atəş zərbələri endirib. Düşmənin bu fəaliyyəti “Bayraktar-TB2” pilotsuz uçuş aparatından izlənilərək, artilleriya batareyasının koordinatları döyüşü idarəetmə mərkəzindən məhv edilməsi üçün aidiyyəti üzrə artilleriya bölmələrinə ötürülüb. Hərəkətdə olan düşmən kolonunu aşkar edən xüsusi təyinatlı qrupumuz pilotsuz uçuş aparatı ilə əlaqə yaradaraq “Pusqu”nun icrası üçün qrupun istiqamətləndirilməsini, yaxınlaşan düşmənin tərkibini, kolonun düzülüş ardıcıllığını, yaxınlıqda olan düşmənin digər bölmələrinin fəaliyyətini öyrənib. Eyni zamanda ərazidən uzaqlaşmaq üçün coğrafi analiz sistemindən istifadə etməklə qrupa doğru hərəkət edən helikopterlə xüsusi təyinatlı qrup arasında qarşılıqlı əlaqə yaradılıb.

Əlahiddə Ümumqoşun Orduda ərazinin, hava şəraitinin və relyefin planlaşdırma zamanı əməliyyatlara təsirini qiymətləndirmək, qoşunların idarəedilməsi və fəaliyyətlərinə nəzarətin təşkili məqsədi ilə Coğrafi Analiz Sistemindən istifadəyə başlanıb.

Türkiyənin “PİRİREİS” informasiya texnologiyaları şirkətinin texniki müdiri Adil Yoltay coğrafi analiz sistemi haqqında məlumat verərək bildirib ki, sistem dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və digər problemlərin həllinə əsaslanan, qərarvermə müddətlərində istifadəçilərə kömək etmək üçün irihəcmli coğrafi məlumatların toplanılması, saxlanılması, işlənilməsi, yenilənməsi, obyektlərin təhlili, sorğulanması və əks etdirilməsi funksiyalarını yerinə yetirən təchizat, proqram təminatı, coğrafi məlumat mənbələrinin məcmusudur. Coğrafi Analiz Sistemi obyektləri yüksək görüntü keyfiyyəti ilə və dəqiq koordinatlarla, üçölçülü formatda təqdim edən, istifadəsi asan, sürətli, eləcə də təhlükəsiz sistemdir. Naxçıvan Muxtar Respublikasının istənilən ərazisindəki bitki örtüyünün inkişafı və vəziyyəti, bölgənin daha sıx və yaşıl bitki sahəsi, su hövzələrinin səviyyəsi, bitki sahələrindəki rütubətin səviyyəsi Coğrafi Analiz Sistemində əks etdirilib.

Ali Məclisin Sədri Coğrafi Analiz Sisteminin yaradılmasına görə heyətə təşəkkür edib.

Sonra “Qarabağlar Dağ” təlim mərkəzində keçirilən artilleriya batareyasının taktiki təlimində atəş mövqeyini tutmaq üçün hərəkətdə olan batareyanın düşmənin artilleriya atəşinə məruz qaldıqda göstərəcəyi praktik fəaliyyəti izlənilib. Düşmənin müdafiə dərinliyimizə sızıb keçmiş kəşfiyyat diversiya qrupunun Daxili Qoşunların Əlahiddə Əməliyyat Briqadasının bölmələrinin pilotsuz uçuş aparatının köməyi ilə aşkar və məhv edilməsi üçün qarşılıqlı əlaqədə fəaliyyəti icra olunub.

Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə planına uyğun olaraq sərhədi pozmağa cəhd edən qrupun zərərsizləşdirilməsi üzrə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələrinin fəaliyyəti müşahidə edilib. Sərhəd pozuntusu barədə məlumat alındığı andan sərhəd bölgəsində pilotsuz uçuş aparatı ilə sərhəd pozucularının yeri aşkar edilib, koordinatları müəyyən edildikdən sonra məlumat “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandanlığına ötürülüb. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin qəbul etdiyi qərara əsasən çevik hərəkət taborunun aidiyyəti üzrə bölməsi helikopter vasitəsi ilə əraziyə endirilərək sərhəd pozucularını zərərsizləşdirib.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev döyüşü idarəetmə mərkəzinin təkmilləşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər haqqında məlumat verib.

Sonra Ali Məclisin Sədri qərar qəbul edilmə, görüntü izləmə otaqlarına baxıb.

 
  • Oxunub:  2880  |  
  • Tarix:  22-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA