Ana səhifə »  Xəbər lenti »  Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir
A+   Yenilə  A-
Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:

- Hicran xanım, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində hansı töhfələr verəcəkdir?

- 15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərəkyeni bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımızbu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

- Bu Bəyannamədə həm də Qars müqaviləsinə istinad edirlir, Sizin fikrinizcə, bunun tarixi əhəmiyyəti nədən ibarətdir?

- Müstəqilliyimizin ilk günündən, xüsusilə də Vətən Müharibəsi günlərində Azərbaycana böyük mənəvi və siyasi dəstək verən Türkiyə Prezidenti R.T. Ərdoğanın bu  səfərivə imzalanan Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına, eləcə də regionda sülh prosesini ləngitməyə çalışan qüvvələrə verilən xüsusi və mühüm bir mesajdır.Həmçinin, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regiondayenidən qarışıqlıq yaratmaq istədikləribir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “ Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Lakin Şuşada imzalananBəyannaməAzərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. Birincisi, dünya ictimaiyyəti bir dahaerməni barbarlığını, vandalizmini görsünlər, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıblar, talan ediblər. İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün,  sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandünya ictimaiyyətini bir daha xalqımızınerməni faşizmi üzərində qələbəsini qəbul etməyə və yaranmış yeni reallıqdan faydalanmağa çağırdı:” Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir”. Prezident İlham Əliyevin də bildirdiyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

- Bəyannamədə Zəngəzur dəhlizinin reallaşması da öz əksini tapır, bu layihə reallaşarsa, bölgədə yaranacaq vəziyyəti necə qiymətləndirərdiniz?

- Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Cənab İlham Əliyev öz çıxışında bildirdi ki, “ Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu həmin layihənin reallaşması ilə bağlı yaranmış müxtəlif fikirlər ən qəti və aydın cavab oldu.  Beləliklə, bir daha qeyd etmək lazımdır ki, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.

- Hicran xanım, necə fikirləşirsiniz, Şuşa Bəyannaməsiölkəmizin xarici siyasətində və diplomatiyasında hansı dəyişikliklərin yaranmasına səbəb olacaqdır?

- “Bildiyiniz kimi, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Burada  cənab Prezident İlham Əliyevin Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı  tədbirdə dedikləri bəzi fikirləri xatırlamaq istərdim.  Artıq hər kəs qəbul edir ki, 44  günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. Bu baxımdan  regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Bu isə  yeni perspektivlərin yaranmasına səbəb olur.  Cənab İlham Əliyev bir daha qeyd edir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Azərbaycan beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və loqistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir.  Cənab prezidentin irəli sürdüyü  “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi  bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün  Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik.

- Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərək  Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyini qeyd etdi. Gələcək addımlarla bağlı bəzi fikirlər söylədi. Sizin gözləntiləriniz necədir?

- Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur. Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərmişdir. Bu gün də biz bu dəstəyi görürük. Cənab İlham Əliyevin dediyi kimi”Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır”. Milli Məclisdə çıxış edən  hörmətli Rəcəb Tayibb Ərdoğan bildirdi ki,  müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı Qələbəsinin  Qafqazda qanayan bir yaranın qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır.  Əlbəttə ki, yaranmış yeni reallıq, yeni imkanlar açır. Türkiyə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisindən səslənən əsas fikir, çağırış  ondan ibarətdir ki,  “Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq.  Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”. Zaman keçdikcə mənzərə daha da aydınlaşır, və biz ABŞ və Avropa Birliyinin, eləcə də digər dövlətlərin və region ölkələrin yaranmış yeni vəziyyəti daha düzgün qiymətləndirməyə başladığını müşahidə edəcəyik. Vətən müahirbəsində çaldığımız qələbə bütövlükdə  ölkələrin inkişafına əlavə imkanlar yaradacaq, yeni beynəlxalq əməkdaşlıq platformasının formalaşmasına müsbət təsir göstərəcəkdir. Prezident Rəcəb Tayyib Ərdoğanın  qeyd etdiyi altılıq platformasının yaranması ilə  (Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan) bölgədə sabitlik  hökm sürəcək və düşmənçiliklər aradan qalxacaqdır. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir. Əlbəttə ki, bu ideyanın reallaşması üçün işlər görülməlidir.  Digər mühüm məsələ isə Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsidir. Bu layihənin misilsiz əhəmiyyəti vardır. Cənab Ərdoğanın toxuduğu məsələlərdən biri də dünya ictimaiyyətinin həqiqətləri bilməsidir. O, bildridi ki, “Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz”.  Ölkə başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfər edərkən hər dəfə  erməni faşizmini, erməni barbarlığını bütün dünyaya nümayiş etdirir. İnsan öz ölkəsini, doğulduğu, böyüdüyü evini, yurdunu xarabaya çevirə bilməz, deməli, sən bu yerə yad olmalısan, mədəni- tarixi-dini abidələrə, tikililərə biganə olmalısan ki, onu dağıdasan, məhv edəsən. Bu gün Qarabağa səfər edən diplomatik nümayəndələr, jurnalistlər və digər beynəlxalq ictimaiyyətin nümayəndələri əyani şəkildə ermənilər tərəfindən dağıdılmış kəndləri, şəhərləri görürlər. Hazırda Qarabağda quruculuq işləri aparılır, yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verəcəkdir.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  21-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA