Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antalya Diplomatiya Forumu işə başlayıb

Antalya Diplomatiya Forumu işə başlayıb

18.06.2021 [16:29]

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu iyunun 18-də işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Forumun açılış mərasimində tədbirin məqsədlərindən, ölkəsinin xarici siyasətindən və dünya ictimaiyyətini narahat edən məsələlərə dair qətiyyətli mövqeyindən danışıb.

Nazir diqqətə çatdırıb ki, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forumda nitq söyləyib.

Azərbaycanı tədbirdə Prezidentin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov təmsil edirlər.

Dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimlərin, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilat rəhbərlərinin, elm, fikir və iş adamları, media nümayəndələrinin iştirakı ilə iki gün davam edəcək tədbirdə qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları, bəşəriyyəti narahat edən problemlərdən xilas olunmaq naminə zəruri olan tədbirlərin həyata keçirilməsi kimi mövzular müzakirə olunacaq.

Xatırladaq ki, Antalya Diplomatiya Forumundakı panellərdən biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunub.

Ekspertlər Antalya Diplomatiya Forumunu Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni vəziyyətlə bağlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırması baxımından mühüm imkan kimi qiymətləndirirlər. Son günlər bu barədə Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində analitik yazılar və ekspert rəyləri yayılıb. Yerli telekanallarda Forum və onun əhəmiyyəti barədə keçirilən debatlarda da Qafqaz bölgəsindəki yeni situasiya ən aktual mövzu olaraq qalmaqdadır.

Qeyd edək ki, Antalya Diplomatiya Forumunun keçirildiyi məkanda bir sıra şirkətlər, o cümlədən xəbər istehsalı sahəsində dünya birinciliyini qarşısına məqsəd qoyan Anadolu agentliyi, “TRT Word” telekanalı, DEİK kimi nüfuzlu qurumlar stendlərini quraşdırıblar.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31