Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müstəqilliyimizin əbədiləşdiyi gün

Müstəqilliyimizin əbədiləşdiyi gün

18.06.2021 [11:51]

Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkədə baş verən proseslər xaosa səbəb olmuşdur. Qısa zaman kəsiyində iki oprezident, iki prezidenti əvəzləyənlər və beş baş nazir istefaya göndərilmiş, ölkə Xalq cəbhəsinin yarıtmaz idarəçili nəticəsində xaosa sürüklənmişdir. Artıq vətəndaç müharibəsi başlamış, hakimiyyət yiyəsiz qalmışdır. Belə bir zamanda xalq öz xilaskarına-Heydər Əliyevə üz tutdu. Xalqın təkidli xahişlərini nəzərə alan Ulu Öndər hakimiyyətə gəlməyə razılıq verdi. 15 iyun 1993-cü ildə Milli Məclisdə Heydər Əliyev Ali Sovetin sədri seçildi. 1997-ci ildə Milli Məclis həmin günü Milli Qurtuluş günü elan etdi. 

Xalqın Ulu Öndərə müraciəti təsadüfi deyildi. Çünki xalqın Heydər Əliyevə möhkəm və sarsılmaz inamı, dəstəyi var idi; Onun  şəxsiyyətinin böyüklüyünə, qüdrətinə və əzəmətinə inanırdı; bilirdilər ki, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi  vardı.

Həmin zamanlarda Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Çünki AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmasdı. 

Özbaşnalıq nəticəsində dövlət əmlakının talan edilmiş, xalq isə acınacaqlı duruma düşmüşdü. Cəhəçilər idarəetmə təcrübəsi olan bütün təcrübəli köhnə partnomenklaturanı demək olar ki, tamamilə iflic vəziyyətinə salmışdı. AXC-Müsavat cütlüyü ölkəni talayır və dağıdırdı, müharibənin getdiyi bir vaxrda  Ermənistana benzin satılırdı. Bu cütlüyün yarıtmaz idarəçiliyi nəticəsində bütün ölkələrlə münasibətlərimiz korlamış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdilər.

Hakimiyyətdə əsasən heç bir idarəçilik təcrübəsi olmayan və peşələri tutduğu vəzifədən kifayət qədər uzaq olanlar gətirilmişdilər. Adi riyaziyyat müəllimi  müdafiə naziri olan R.Qazyev Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamışdı. 

Daxili işlər naziri insanları qanunsuz həbs edirdi. Hətta məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Heç bir hüquqi əsası olmadan  “ekologiya polisi”, “bələdiyyə polisi” və “gömrük polisi” kimi qeyri-qanuni qurumlar yaradan daxili işlər naziri varlanmaq naminə reketliklə məşğul idi.

Heç bir diplomatik təcrübəsi olmayan Fizika İnstitutunun kiçik elmi işçisi Xarici işlər nazir oldu. Heç bir xarici dil bilməyən şəxs belə mühüm vəzifəyə təyin edilmişdi. Gənc müstəqil ölkənin diplomatik korpusu da onun kimi təcrübəsiz, texniki sahələrdə çalışmış kiçik elmi işçilərdən formalaşdırılmışdı.

Hakimiyyətdaxili çəkişmələr öz kulminasiya nöqtəsinə çatmışdı. Belə ki, Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Məhz buna görə də cəmi bir il hakimiyyətdə qala bildilər. 

Onların səriştəsizliyi, ölkənin təcrid vəziyyətinə düşməsi, vətəndaş müharibəsi təhlükəsinin reallığı Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirdi. Hakimiyyətə gələn Heydər Əliyev1993-cü ilin oktyabr ayında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesinə start verildi. 

Azərbaycanın əsl müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik əslində sözdə mövcud idi, əslində isə  faktiki olaraq yox idi. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Əslində dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməli və gələcək nəslin yaddaşında qalması üçün yaşayan canlı şahidlərin köməyi ilə həmin tarix yazılmalıdır. 

Heydər Əliyevi hakimiyyəti müddətində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, senzura ləğv edildi, siyasi islahatlara start verildi və çoxpartiyalı sistem yarandı, ölkəyə investisiyalar cəlb olunmağa başladı və ölkə beynəlxalq təcriddən çıxdı, kadralrın yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı, nizami ordu yaradıldı, neft müqavilələri imzalandı, xalqın inamı özünə qaytarıldı, Azərbaycanın dünya birliyinə inteqrasiya prosesinə qoşulması həyata keçirildi. 

Umummilli Lider Heydər Əliyevin müdrik  və ağıllı siyasəti nəticəsində Azərbaycan bu günkü uğurlarını əldə etmişdir. Ölkəmiiz tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır. Müstəqil qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin adı və əməlləri yaşayacaqdır. Onun aşağıdakı dahiyanə fikirləri heç bir zaman unudilmayacaqdır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq.”

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31