Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17.06.2021 [18:08]
“Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə iki dövlətin inkişaf istiqamətinin konturlarını müəyyənləşdirib. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin miqyası da, mahiyyəti də daim möhkəmlənməkdədir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçmişdir”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat bildirib ki, tarix təsdiqləyir ki, Azərbaycan – Türkiyə münasibətləri həmişə milli, xəlqi ruha söykənib. Ulu Öndər Heydər Əliyevlə Süleyman Dəmirəlin, cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın səmimi tarixi münasibətləri iki dövlət arasında münasibətlərin başlıca zəmanəti, etimadı, ehtiramı olub. Tarix onu da təsdiqləyir ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi əlaqələrin tarixi yüz il əvvəllərlə səsləşir. 103 il əvvəl Nuru paşanın komandalığıyla Qafqaz İslam Ordusu Bakını ermənilərdən təmizlədi. O tarixdən yüz il sonra Türkiyənin qardaşlıq köməyi ilə Azərbaycanın torpaqları işğaldan azad edildi. Yüz il əvvəl Qars müqaviləsi imzalandı. O müqavilədən yüz il sonra ruhumuzun şəhəri olan Şuşada Türkiyə və Azərbaycan dövlətləri arasında Şuşa Bəyannaməsi imzalandı.
Qars müqaviləsi sabiq SSRİ-nin tərkibində olsa da Azərbaycanın istər siyasi, istərsə də iqtisadi gücünün formalaşmasında əhəmiyyətli tarixi sənəd oldu. Qars müqaviləsi Naxçıvanın statusunu birdəfəlik həll etdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında deyib: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir". “Azərbaycanın kədəri – kədərimiz, sevinci sevincimizdir”, - Mustafa Kamal Atatürk belə deyirdi. “Bir millət, iki dövlət”, - Heydər Əliyev belə deyirdi. “Türkiyə - Azərbaycan dostluğu sarsılmasdır, əbədidir”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyir. “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyir.
Millət vəkilinin sözlərinə görə, birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti olub, var, olacaq da. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm amillərdən biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində, hər iki dövlətin iqtisadi inkişafının təmin edilməsində müstəsna rol oynayır.
Azərbaycanla Türkiyə arasında siyasi sahədə də qibtəediləcək əlaqələr vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə iki qardaş dövlətin başçısı kimi deyil, dostluq, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə dəyərləndirən və yaşadan siyasətçilərdir. Bu iki qardaş dövlətin başçıları bütün beynəlxalq tədbirlərdə, dünyəvi siyasətdə bir-birinə səmimi dəstək olur ki, bunu da dünya dövlətləri artıq bir qanunauyğunluq bilir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfərdir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdu. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirmiş, hər iki dövlətin hakim partiyasının fəaliyyətinə münasibət bildirərək partiya funksionerlərinin fəaliyyətləri yeni çağırışlara uyğunlaşdırma zərurətini qeyd etmişdi. Hər iki dövlətin hakim partiyası qarşılıqlı fəaliyyətin bilavasitə dövlətçiliklə səsləşdiyini qürurla bildirmişdi, “Fəaliyyət Vətən üçündür” devizinə əsaslanılan əlaqə saxlanılacağını bəyan etmişdi. Bu rəsmi səfər də, Azərbaycanın nümayəndə heyətinin dövlət başçısı tərəfindən bu səviyyədə qəbulu da ehtiramdan qaynaqlanır.
2020-ci il sentyabr ayının 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında oldu. Türkiyə dövlətinin və onun başçısının Azərbaycana göstərdiyi göstərdiyi diplomatik, siyasi dəstək bir reallığı da yaşatdı – Azərbaycan tək deyil. Bu fikri Türkiyə Respublikasının Müdafiə naziri də səsləndirmişdi. Yəni dünya gördü ki, bir zamanlar Atatürkün dediyi kəlama sədaqətlə əməl edilirirdi.
44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycanda hansı həyəcanlarla, hansı inamla yaşanılırdısa, Türkiyədə də həmin həyəcanlarla, həmin inamla yaşanılırdı. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin gün Zəfər günü elan edildi. Zəfər günü Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük coşqu yaratdı. Həmin gün hansı coşqu ilə “Azərbaycan!” deyildisə, həmin coşqu ilə “Can Azərbaycan!” da deyildi. Xalq şairi Səməd Vurğunun təəbirincə desək, Türkiyədə milyonlar Azərbaycana sarı “Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür!” deyildiyinə zərrəcə şübhəm yoxdur. Azərbaycanda da Türkiyəyə eyni sevgi yaşanılır.
2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi parad da, bu paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını da, paradda dedikləri də ududulmayacaq: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı Şuşada qarşıladı. Bu rəsmi görüşün Şuşada olması da iki dövlətin ruh eyniliyinin təsdiqidir. Ona görə də bu görüşə qarşılıqlı ehtiram görüşü deyə bilərik. Ona görə ki. bu görüş dünyanın diqqətini çəkdi. Türkiyəyə və Azərbaycana ehtiramı olan dövlətlər bu görüşü bəşəri niyyətlər görüşü kimi izlədilər.
Şuşa Bəyannaməsi 2020-ci ilin noyabrın 8-ni Zəfər kimi tarixləşdirən qüdrətin davamıdır. Prezident İlham Əliyev dedi: "Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik". Bu bəyanat ordusu tamamilə dağılmış Ermənistanı da, onu dəstəkləyən dövlətləri də ciddi düşündürməlidir. Vətən müharibəsində dünya Azərbaycan ordusunun gücünü, əsgər və zabitlərinin döyüş əzmini, qələbə ruhunu gördü. Onu da gördü ki, bu xalq üçün Vətən müqəddəsliyi var, Vətən müqədddəsliyini qorumaq üçün şəhidlik müqəddəsliyi var.
Şuşa Bəyannaməsi tarixi bəyannamədir. Türkiyə ilə Azərbaycan üçüncü dövlətdən təhlükə olarsa, bir-birini qoruyacağını bəyan edən bəyannamədir. Bu bəyannamə 30 il çəkən işğalı sonlandıran qüdrətin bəyannaməsidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39