Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb

Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb

17.06.2021 [15:10]

“Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda ümumilikdə iki min nümayəndənin iştirakı gözlənilir.

Dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, nüfuzlu siyasətçilər, elm və iş adamları, media nümayəndələrinin iştirak edəcəyi tədbirdə qlobal və regional məsələləri, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.

Antalya Diplomatik Forumunun keçiriləcəyi məkanda bir sıra şirkətlər, o cümlədən xəbər istehsalı sahəsində dünya birinciliyini qarşısına məqsəd qoyan Anadolu agentliyi, “TRT Word” telekanalı, DEİK kimi nüfuzlu qurumlar stendlərini quraşdırıblar.

Qeyd edək ki, forumdakı panellərdən biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunacaq.

Ekspertlər Antalya Diplomatiya Forumunu Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni vəziyyətlə bağlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırması baxımından mühüm imkan kimi qiymətləndirirlər.

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30