Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir

Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir

15.06.2021 [08:05]

Məğlub Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi 20 iyun tarixi yaxınlaşdıqca daxili siyasi gərginlik və qarşıdurma daha da artmaqdadır. Belə ki, baş nazir postuna namizədlər vətəndaşların səslərini cəlb etmək naminə bir-birini nüfuzdan salmaq üçün qeyri-qanuni vasitələrə əl atırlar. Üstəlik, həm inzibati resurslardan istifadə edən Paşinyan, həm də əsas rəqibləri özlərinin qalib gəlməyəcəkləri təqdirdə, ölkənin parçalanacağı və vətəndaş müharibəsi başlayacağı barədə rəy yaratmağa çalışırlar. Digər tərəfdən, dərin sosial-iqtisadi böhran dövrünü yaşayan Ermənistanda ölkəni tərk edə bilməyən seçicilərin əksəriyyətinin seçkilərə maraq göstərməməsi olduqca qeyri-müəyyən vəziyyət yaradır.

Qeyd edək ki, xarici təşkilatlar tərəfindən aparılan rəy sorğularının nəticələri də seçicilərin 20 iyun seçkilərinə ciddi yanaşmadığını, eyni zamanda, səslərin parçalanacağını göstərir. “News.am” yazır ki,  keçirilən son rəy sorğusuna görə, ilk dəfə “Ermənistan” bloku “Vətəndaş müqaviləsi” partiyasını qabaqlayıb. GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan ofisinin direktoru Aram Navasardyan deyib ki, yeni rəy sorğusunun nəticələrinə görə, respondentlərin 24,1 faizi “Ermənistan” blokuna, 23,8 faizi “Vətəndaş müqaviləsi” partiyasına səs vermək fikrindədir.

Bu proqnozlara baxmayaraq, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanın fikrincə, bu seçkilərdə adi qələbəyə deyil, seçicilərin 63 faizinin dəstəyinə ehtiyac var. “Aysor.am”ın yazdığına görə, 13 iyun tarixində Nor Ajna bölgəsində seçicilərlə görüş zamanı baş nazir səlahiyyətlərini icra edən Paşinyan deyib ki, yalnız seçicilərin bu qədər yüksək faizini təmin etməklə 20 iyun seçkilərini “həqiqi xalq hərəkatı”na çevirmək mümkündür. Paşinyanın əleyhdarları isə hakimiyyətin seçkisonrası planları barədə müxtəlif iddialar və ittihamlar irəli sürürlər. Məsələn, “News.am” yazır ki, keçmiş deputat Naira Zöhrabyan hakimiyyətin Respublika meydanında mitinq keçirmək üçün əvvəlcədən müraciət etməsini Paşinyanın “vətəndaş müharibəsinə hazırlaşması” kimi dəyərləndirib.

Göründüyü kimi, son dərəcə gərgin siyasi mübarizə şəraitində seçkilərə gedən məğlub ölkənin əhalisində inamsızlıqla yanaşı, qorxu və vahimə də hökm sürür. Ekspertlərin fikrincə, bir-birini təhqir edən və onları seçməyəcəkləri təqdirdə ciddi qarşıdurmanın olacağı ilə vətəndaşları qorxudan qüvvələr müxtəlif vasitələrə əl ataraq Ermənistan cəmiyyətini siyasi təhdid altında saxlayırlar.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30