Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib

Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib

14.06.2021 [18:46]

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı rayon Gənclər və İdman İdarəsi və Gənclər üçün İnkişaf və Karyera Mərkəzinin Ağdaş filialı ilə birlikdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” adlı onlayn konfrans keçirib. Rayon təşkilatının fəal gənclərinin qoşulduğu konfransı YAP İdarə Heyətinin üzvü, partiyanın Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov giriş sözü ilə açaraq 1993-cü ilə qədər ölkədə yaranmış olan acınacaqlı vəziyyətdən və 1993-cü ilin iyun ayında cərəyan edən hadisələrdən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, həmçinin həmin tarixdən sonra baş verən müsbət dəyişikliklərdən danışıb. Müstəqil Azərbaycan dövlətinin ötən illər ərzində keçdiyi yola nəzər salan millət vəkili ölkəmizin inkişafının təməlində cənab Prezident İlham Əliyevin müasir dövrün tələbləri çərçivəsində həyata keçirdiyi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dayandığını qeyd edib.

Konfransda YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Gənclər üçün İnkişaf və Karyera Mərkəzinin Ağdaş filialının direktoru Tahir Umudov çıxış edərək xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövrün başlandığını, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsasının qoyulduğunu bildiriblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən 15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlər davam etdirilir.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30