Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14.06.2021 [15:24]

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.

Millət vəkili qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil: "15 İyun – Milli Qurtuluş Günü böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Odur ki, qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur və cənab İlham Əliyev kimi bir Lideri yetişdirdiyi üçün Ulu Öndər Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayır".

Tədbirdə, həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi barədə ətraflı danışılıb. Natiqlər həmçinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Liderimizin siyasi varisi Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən, Azərbaycanın 44 günlük müharibədə şanlı Qələbəsindən ətraflı söz açıblar.

Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə daha sonra Uşaq Gənclər İdman Şahmat Məktəbinin şahmatçıları, Uşaq Gənclər İnkişaf  Mərkəzinin bacarıqlı əllər, rəqs, rəsm, dərnəyinin üzvləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Sonra 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən müxtəlif müsabiqlərin qalibləri mükafatlandırılıb.

Şəhər Mədəniyyət Mərkəzinin solistləri Rəşad Hüseynovun və Xan Quliyevin, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında Ulu Öndərə, Azərbaycana həsr olunmuş mahnılar və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30