Ana səhifə »  Xəbər lenti »  Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
A+   Yenilə  A-
Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Prezident İlham Əliyev: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur
Hazırda Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Respublikamız müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə, dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olub.
Təbii ki, son illərdə dünyada müşahidə edilən qlobal çətinliklər fonunda ölkəmizin inkişafla, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirməsi ilə bağlı böyük uğurlar qazanmasını şərtləndirən bir sıra fundamental amillər sadalamaq mümkündür. Belə amillər sırasında Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi multikultural siyasətin önəmini xüsusi qeyd edə bilərik. Əlverişli tolerantlıq mühiti ölkəmizin milli gücünü artıran çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən ölkəmizin nümunəvi multikultural mühitə malik olmasına diqqət çəkərək Azərbaycanda bütün xalqların bir ailə kimi yaşadığını vurğulayıb.
Tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizm xalqımızın həyat tərzi və dövlət siyasətidir
Dünyada milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər münasibətə və hörmətə layiqdirlər. Biz birlikdə güclüyük, dünyamızı məhz əl-ələ verməklə zənginləşdirə bilərik. Ancaq təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət Yer üzündə ciddi qütbləşmə proseslərinə şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, islamofobiya, milli-dini ayrı-seçkilik kimi neqativ hallar artır. Bu gün Avropada yalnız dini-irqi-etnik fərqliliyə görə qapıların miqrantların üzünə bağlanması, onları geriyə - yenidən müharibə alovlarının içinə göndərməyə cəhdlər göstərilməsi acınacaqlı haldır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə kədərli mənzərə ilə müqayisədə respublikamızda vəziyyət tamam fərqlidir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi və dövlət siyasətidir.
Müstəqil Azərbaycanda multikulturalizm siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər məhz ölkəmizin reallıqlarına və xalqımızın ənənələrinə istinad edərək azərbaycançılığı gənc dövlətimizin ideoloji əsası kimi müəyyənləşdirdi. Azərbaycançılıq özündə ölkəmizdə yaşayan bütün xalqların bərabərliyini ehtiva edir. Bu da milli-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının Vətənə bağlılıq hissini gücləndirir.
“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün bir sıra mühüm qərarlar verib.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti son 18 ilə yaxın müddət ərzində eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında Bakı Multikulturalizm Mərkəzinin yaradılması və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması bunun təsdiqidir. Dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq, Azərbaycan multikulturalizmin beynəlxalq platformaya çevirilməsi üçün praktiki müstəvidə ardıcıl tədbirlər reallaşdırır və yeni-yeni təşəbbüslər irəli sürür. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin Mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirləri də dəvət olundu. Azərbaycanın bəhs olunan təşəbbüsünədək dünyada belə bir praktika yox idi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısı baş tutdu. Həmin toplantıya isə Avropa Şurasından Mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi.
Hazırda dünyanın ayrı-ayrı ölkələrində müşahidə edilən diskriminasiya meyillərinə baxmayaraq, ölkəmizdə bütün dini konfessiyalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Qeyd edək ki, respublikamızda indiyədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Respublika ərazisində 2250 məscid mövcuddur, eyni zamanda, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Biz son illərdə bütün ölkə üzrə tarixi-dini abidələrin yüksək səviyyədə bərpa edilməsinin şahidi oluruq. Əlamətdar haldır ki, bu sahədə dövlət qayğısı yalnız İslam dininə aid olan tarixi abidələri əhatə etmir, həmçinin kilsələr, sinaqoqlar da dövlət vəsaiti hesabına yüksək səviyyədə bərpa olunur, onlara, necə deyərlər, yeni həyat verilir. Xoş niyyətə əsaslanan bu işlərə, həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Fond da dəyərli töhfələr verir. Məsələn, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Yelisey adına Cotari kilsəsi Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində isə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıb və layihənin icrası 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı başa çatdırılıb. Belə nümunələrin sayı çoxdur. Bütün bunlar müstəqil Azərbaycanın nümunəvi multikultural mənzərəsi barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev cari il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı çıxışında qədim Azərbaycan torpağından dünyaya multikulturalizmin mümkün olması barədə mesajlarını çatdıraraq deyib: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür”.
Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların payı var
Azərbaycanın ardıcıl şəkildə həyata keçirdiyi multikulturalizm siyasəti ölkəmizdə yaşayan bütün xalqların ümummilli məqsədlər uğrunda birləşməsini təmin edir. Biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə həyata keçirən Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 10-da Azərbaycanın irəli sürdüyü təkliflər əsasında formalaşdırılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qalan işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi.
Müharibə dövründə ölkəmizdə yaşayan bütün xalqların Vətənin müdafiəsinə qalxması, ümumi düşmənə qarşı eyni səngərdə vuruşması, həmçinin əksər siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstək verməsi Azərbaycanın milli gücünü artırdı, Ordumuzu yenilməz etdi. Prezident İlham Əliyev yuxarıda bəhs olunan festivalda Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların payı olduğunu xüsusi olaraq vurğulayıb. Ölkəmizdəki multikultural mühitdən bəhs edən dövlətimizin başçısı “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”, - deyə bildirib.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı. Əslində, müharibədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisinin səsləndirilməsi böyük rəmzi məna daşıyır. Yuxarıda bildirdiyimiz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstəriblər. Müharibədən sonra həmin xalqların işğaldan azad olunan Şuşada keçirilən festivalda qələbə sevincini bölüşməyə hər cür mənəvi haqları vardır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1710  |  
  • Tarix:  11-06-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:10
“ASAN xidmət”lə BMT arasında uğurlu əməkdaşlıq davam edir
23 İyun 09:57
Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olmağı qərara alıb
23 İyun 09:34
Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge
23 İyun 09:00
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır
23 İyun 08:57
Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu
23 İyun 08:56
“Mayın ortalarından başlayaraq vaksinasiya prosesinin sürəti bir qədər də artıb”
23 İyun 08:52
Ermənistanda yeni etiraz aksiyaları başlaya bilər
23 İyun 08:50
Gültəkin Hacıbəyli ermənipərəst dairələrin təbliğatçısı rolunda

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24