Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda seçkiqabağı kampaniya siyasi qalmaqallarla müşayiət olunur

Ermənistanda seçkiqabağı kampaniya siyasi qalmaqallarla müşayiət olunur

11.06.2021 [08:41]

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda seçkiqabağı təbliğat-təşviqat kampaniyası siyasi qalmaqallarla müşayiət olunur. Ermənistan mediasının yaydığı məlumata görə, bir ölkənin ikinci böyük şəhəri Gümrüdə Paşinyan tərəfdarları və əleyhdarları arasında toqquşma olub. Eyni zamanda, hüquq-mühafizə orqanları Paşinyanın vəd etdiyi “qisas əməliyyatları”na indidən başlayıblar, bəzi ictimai-siyasi təşkilatların nümayəndələrinə qarşı təzyiqlər göstərilir.
Məsələ ilə bağlı “Joğovurd” qəzeti yazır ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın vendetta ilə bağlı bəyanatından sonra hüquq-mühafizə sisteminin əməkdaşları aktiv fəaliyyətə başlayıblar: “Xatırladaq ki, Talin rayonunda seçicilərlə görüşündə N.Paşinyan əhalini məcbur etməyə və müxtəlif vasitələrə ələ almağa çalışan icmaların rəhbərlərinə qarşı seçkilərdən sonra “qisas əməliyyatları”nın olacağını bildirmişdi”.
Qəzetin yazdığına görə, hüquq-mühafizə sisteminin nümayəndələrinə icraatdakı cinayət işlərinin istintaqını başa çatdırmaq və seçkilərdən sonra vendettalarla məşğul olmağa hazır olmaq tapşırılıb. Ancaq hakimlərin çoxu məzuniyyətdə olduğu üçün onların bu işə hazır olması mümkün görünmür.
Qeyd edək ki, siyasi xaosun hökm sürdüyü Ermənistanda seçkiqabağı qanun pozuntuları təkcə müxalifət deyil, hakimiyyət tərəfindən də törədilir. “Hraparak” qəzeti yazır ki, “Yerkrapa” könüllülər birliyinin Gorusdakı ofisi Paşinyanın sədri olduğu “Vətəndaş müqaviləsi” partiyasının mərkəzi qərargahına çevrilib: “Paşinyanın əmri ilə Sünikdə bütün inzibati resurs hakim partiyanın təbliğatına yönəldilib. Tibb müəssisələrinin və məktəblərin direktorları da daxil olmaqla, bütün dövlət qurumları, vilayət rəhbərliyinin əməkdaşları bu işə cəlb edilib”.
Erməni mediasının məlumatına görə, Paşinyanın əleyhinə fəaliyyət göstərən şəxslərin həbsləri də davam edir. “Aysor.am” yazır ki, “#Antinikol” hərəkatının nümayəndələri Respublika meydanında, hökümət binasının yaxınlığında “#antinikol” etiketlərini yapışdırarkən polislər onları saxlayıb. Saxlanılanlar arasında “Adekvat” təşkilatının üzvü Artur Danielyan da var. Qeyd edək ki, iyunun 10-da hökumət binası qarşısında aksiya keçirənlərə də güc tətbiq edilib.
Beləliklə, etiraz aksiyalarının genişlənməsi və siyasi qüvvələr arasında ziddiyyətlərin artması Ermənistanda xaosun dərinləşməsini şərtləndirir. Bu vəziyyət onu göstərir ki, məğlub ölkədə keçiriləcək parlament seçkilərindən sonra Ermənistanda sabitliyə nail olunması real görünmür.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31