Ana səhifə »  Xəbər lenti »  “Sənə and içirik, Şuşa qalası!” mövzusunda tədbir keçirilib
A+   Yenilə  A-
“Sənə and içirik, Şuşa qalası!” mövzusunda tədbir keçirilib

“Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində Azərbaycan Qələbəni döyüş meydanında şəhidlər verərək qazandı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də - Şuşanın azad edildiyi gün xalqa müraciətində qeyd etdiyi kimi, “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən düşünülmüş hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşada da bu gün həyat qaynayır. Yeni salınan Zəfər yolunda qələbəlikdir. Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Xarıbülbül” beynəlxalq musiqi festivalının hələ də xoş təəssüratlarını yaşayırıq. Bütün bunlara baxmayaraq, düşmən özünün utancverici məğlubiyyəti ilə heç cür barışmaq istəmir, hətta təxribatlara, diversiya əməllərinə əl ataraq xam xəyallarından belə əl çəkmir. Lakin qalib Azərbaycan əsgəri bu gün sərhəddə mübariz keşikdədir, öz səngərində ayıq-sayıqdır və bütün təxribatların, basqınların qarşısını mərdliklə alır, düşmənə layiq olduğundan da artıq zərbələr vuraraq onu qınına çəkilməyə vadar edir.

Müdafiə Nazirliyinin Şuşadakı hərbi hissədə təşkil etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı vətənpərvərlik tədbirində başı bəlalar çəkmiş qala şəhərimizin qəhrəman müdafiəçiləri Vətən torpağının bir qarışını da belə düşmənə güzəştə getməyəcəklərini bir daha bəyan ediblər.

Şəhidlərin xatirəsi ehtiramla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qədim Şuşa şəhərinin zəngin tarixi ilə bağlı ətraflı məlumat verib. Bu şəhərdən pərvazlanan dünya şöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin Vətənə həsr olunan mənalı ömür yollarından söhbət açıb. Ulu öndər Heydər Əliyevin həmişə Şuşa və şuşalılara yüksək qiymət verdiyini xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin təqdim etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya igid döyüşçülərimizin böyük marağına səbəb olub.

Tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulovu alqışlarla qarşılayıblar. O, Müzəffər Ali Baş Komandan tərəfindən təltif olunan bir qrup hərbi qulluqçunun Bakıda Hərbi Qənimətlər Parkında dövlətimizin başçısı ilə görüşünü yada salıb, həmin tədbirdə çıxış etdiyi anları ömür boyu unutmayacağını vurğulayıb.

“Mən möhtərəm Prezidentimizlə görüşdə çıxış edərkən dedim ki, cənab Ali Baş Komandan, Vətən müharibəsində digər amillərlə yanaşı, həm də Ulu Öndərimizin Azərbaycançılıq məfkurəsi qələbə çaldı. Azərbaycan mono-etnik dövlət olan Ermənistandan fərqli dövlətdir, tolerant ölkədir. Burada bir çox xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən Azərbaycan vətəndaşıyam! Bizim bir adımız var: biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq qələbəyə gedən yollarda dəmir yumruq kimi daha da möhkəmləndi, daha da bərkidi”, - deyə Vətən Müharibəsi Qəhrəmanı Şuşa qalasına and içərək bir daha bəyan edib ki, bu gün qalanın müdafiəsində durmaqdan böyük qürur duyan hər bir döyüşçü qala şəhərinin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, xidmətini şərəflə aparacaq, içdiyi müqəddəs əsgər andına sadiq qalacaq.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, “Rəşadət” ordenli zabit Vilayət Quliyev iftixarla bildirib ki, Şuşaya doğru qalibiyyət yürüşümüzdə şəhidlər versək də, qarşımıza qoyulan vəzifələrin, döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinə nail olduq. Kapitan Ramazan Hudulov da daxil olmaqla, dörd hərbi qulluqçumuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Şəhid mayor Elbrus Bayramovun, kapitan Surxay Noçuyevin və kapitan Ceyhun Həsənovun adlarını və qəhrəmanlıqlarını heç vaxt unutmayacağıq. Bu gün fəxr edirik ki, sıralarımızda olan neçə-neçə hərbi qulluqçu “Zəfər”, “Qarabağ” və digər döyüş orden-medallarına layiq görülüblər. Şuşa qalasına and içirik ki, şəhid silahdaşlarımızın qanı çilənən müqəddəs torpaqlarımıza bir daha yağı ayağı dəyməyəcək!

Birinci Qarabağ müharibəsinin qazisi, əslən şuşalı, illərlə Şuşa həsrəti ilə yaşasa da, Şuşanı görmədən dünyasını dəyişən Aqil Ağayevin oğlu, altı aylığında ana bətnində doğma şəhərini tərk etməyə məcbur edilmiş ordumuzun giziri Vüsal Ağayevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Onun Azərbaycan əsgərinin dilindən söylədiyi misralar tədbirə xüsusi rəng qatıb:

Düşmən əgər keçər isə səddimi,

Öldürülsəm, nə kədər, nə qəm olsun.

Şəhid deyib basdırmayın torpağa,

Qoy cəsədim qurda-quşa yem olsun!

Əməkdar artist Cahangir Qurbanov, Günay Qasımova, Mətləb Ağayev, Elçin Məmmədov, Nigar Rəhimova və Leyla Əliyevanın ifa etdikləri vətənpərvərlik mahnıları ilə Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, qəhrəman Azərbaycan əsgəri, Vətənimizin gözəl guşələrindən olan Qarabağımız və mədəniyyət paytaxtımız Şuşanın gözəllikləri tərənnüm edilib.

- Sənə and içirik, Şuşa qalası!

Analar qaralar geyməyəcəkdir!

Atalar qəddini əyməyəcəkdir!

Şuşa qalasına sancılan bayraq

Əsrlər ötsə də enməyəcəkdir!

Bütün iştirakçılar ayağa qalxaraq tədbirin aparıcısı A.Qurbaninin səsinə səs verib və bir ağızdan “And içirik!” deyiblər.

Tədbir başa çatanda artıq Gövhərağa məscidinin minarəsindən azan səsi ətrafa yayılıb.

Allah sizi qorusun, öz andına, əhdinə həmişə sadiq olan Vətənin igid əsgərləri!

 
  • Oxunub:  5790  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+20 +23