Ana səhifə »  Xəbər lenti »  Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium keçirilib
A+   Yenilə  A-
Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium keçirilib

İyunun 9-da Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən simpozium İkinci Qarabağ müharibəsində ölkəmizin Zəfəri, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünlərinə həsr olunub.

Hibrid formatda (fiziki və onlayn iştirak) təşkil edilən tədbirdə üzv ölkələrdən parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak ediblər.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop simpoziuma videomüraciət ünvanlayıblar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə, bu Zəfər bütün türk dünyasının zəfəridir. Mərkəzin rəhbəri qeyd edib ki, zaman bizim xeyrimizə işləyir. Azərbaycanın Zəfəri yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.

O qeyd edib ki, simpoziumun Mustafa Kamal Atatürkün irsinin öyrənilməsi məqsədilə yaradılan mərkəzdə keçirilməsi təsadüfi deyil. Məqsəd bu irsin öyrənilməsini davam etdirməkdir.

2020-ci və 2021-ci illərin türkdilli dövlətlər üçün mühüm hadisələrlə əlamətdar olduğunu vurğulayan TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov simpozium iştirakçılarının diqqətinə çatdırıb ki, biz İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu, Türkiyə Böyük Millət Məclisinin isə 100-cü ildönümlərini qeyd edirik. Bunlar çox böyük tarixi hadisələrdir.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Azərbaycanın Zəfəri bütün türk dünyasının qələbəsidir. Biz bununla fəxr edir və qürur duyuruq. Ötən 30 ildə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndiyini qeyd edən A.Mamayusupov bu baxımdan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahələrdə və parlamentlərarası əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Türkdilli dövlətlərinin 1990-cı illərdən sonra böyük inkişaf yolu keçdiyini qeyd edən Düsen Kaseinov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün münasibətlərin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, TÜRKSOY-un yaradılması da məhz bu məqsədə xidmət edir. Türkdilli dövlətlər arasında dostluq əlaqələrinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən Düsen Kaseinov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər hamımızın qələbəsidir. Müstəqilliyimiz daimi olsun.

Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qeyd edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ölkələrimizin müstəqillik tarixindən danışaraq deyib: “Müstəqilliyimiz bizim üçün hər şeydir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”. 2021-ci il çox uğurlu ildir. Bu il Türkiyə Cümhuriyyətinin dövlət himni olan İstiqlal marşının yazılmasından 100 il ötür”.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən danışan Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, türkdilli dövlətlər arasında mədəniyyət və təhsil sahələrində başlayan əməkdaşlıq daha geniş müstəviyə adlayıb. Onun sözlərinə görə, proseslərin gedişi onu göstərir ki, əlverişli məkanda yerləşən türkdilli dövlətləri çox böyük gücə malikdirlər. Bildirib ki, türkdilli dövlətlərin gələcək taleyi parlaq, müstəqilliyi isə əbədidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, bu il türkdilli dövlətlərin müstəqilliyinin 30 ili tamam olur. Türkdilli dövlətlər müstəqilliklərinin 30-ci ilinə Azərbaycanın Qarabağ müharibəsində qazandığı Zəfərlə daxil oldu. Qarabağ Zəfəri bütün türk dünyasını bir-birinə daha da yaxınlaşdırdı. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Türkdilli dövlətlər həmrəylik göstərərək Azərbaycanın yanında oldular.

Günay Əfəndiyeva bu il həm də bütün türk dünyasının şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin “Xəmsə”si digər türk xalqları üçün sənət xəzinəsidir.

TÜRKPA-nın Komissiya sədri, türkiyəli deputat İsmet Uçma ötən 30 ildə türkdilli ölkələrdə inkişaf və təqdirəlayiq nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında əməkdaşlıq perspektivlərindən danışıb. Onun sözlərinə görə, türkdilli ölkələrin əldə etdiyi nailiyyətlərdə, əlaqələrin möhkəmlənməsində Türk institusional əməkdaşlığının rolu xüsusi qeyd olunmalıdır. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək.

Sonra tədbirdə Azərbaycan və Türkiyənin parlament sədrlərinin videomüraciətləri nümayiş etdirilib.

Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova simpoziuma videomüraciətində türkdilli dövlətlərin parlament üzvlərini, elm və siyasət adamlarını bir araya gətirmiş bu mühüm tədbirə uğurlar arzulayıb. O, simpoziumda aparılacaq fikir mübadiləsinin türk dünyasının dünəni, bu günü və gələcəyi haqqında ümumi baxışların formalaşmasına kömək edəcəyinə inam ifadə edib. Spiker bildirib ki, tarix boyu türkdilli xalqlar bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər. Dünyanın böyük hissəsinə yayılan xalqlarımız vahid sivilizasiya əlamətlərini qoruyub saxlayıb, onları birləşdirən ortaq dəyərləri daha da zənginləşdiriblər. Çoxsaylı türk dövlətləri xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alaraq yüksəlib.

Videomüraciətində Sahibə Qafarova XX yüzilliyin 70 ili ərzində qardaş Türkiyə Cümhuriyyətinin yeganə müstəqil türk dövləti olduğunu vurğulayıb. Qeyd edib ki, bu dövlət türk xalqının Qurtuluş savaşında göstərdiyi fədakarlığın, verdiyi böyük qurbanların sayəsində qurulub. Türk xalqının müqəddəratını müəyyən etmiş bu tarixi zəfərdə Türkiyə Böyük Millət Məclisinin müstəsna rolunu bir daha xatırladan Azərbaycan parlamentinin sədri deyib ki, məhz bunun nəticəsi olaraq Böyük Millət Məclisi “Qazi Məclis” ünvanını alıb. Əminliklə bildirilib ki, 100 yaşlı Türkiyə Böyük Millət Məclisi indiyədək türk xalqına böyük xidmətlər göstərib və bundan sonra da hələ çox xidmətlər göstərəcək.

Uzun illər ərzində Türkiyə Cümhuriyyətinin dünyanın müxtəlif bölgələrində yaşayan qardaş xalqlar üçün cazibə mərkəzi olduğunu qeyd edən Milli Məclisin Sədri deyib ki, XX əsrin sonlarında - 30 il əvvəl Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlət müstəqilliklərini bərpa ediblər. Beləliklə, bu gün qədim türk dövlətlərinin varisi olan 6 müstəqil cümhuriyyətimiz var.

Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər təşkilatların xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, tarix türk dövlətlərinin qarşılıqlı dəstəyinin nələrə qadir olmasına dair hadisələrlə zəngindir, ötən ilin sonlarında qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın 30 ildən bəri erməni işğalında olan torpaqlarını hərbi-diplomatik vasitələrlə azad etməsi bunu bir daha sübuta yetirdi. O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı ordumuzun Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu.

Sahibə Qafarova bu böyük qələbənin önəmli nəticələrindən biri kimi, ölkələrimiz arasında birbaşa bağlantı quracaq Zəngəzur dəhlizinin inşası üçün tarixi imkan yaranmasına diqqət yönəldib. Deyib ki, indiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

Müraciətinin yekununda xoş diləklərini çatdıran Milli Məclisin Sədri Sahibə Qafarova qurduğumuz dövlətlərin möhkəm və əbədi olmasını arzulayıb. Simpozium iştirakçılarını türk dünyasının xoşbəxt gələcəyi naminə bizə vəsiyyət edilmiş dil, əqidə və əməl birliyini daim möhkəmləndirməyə, hər sahədə bir-birimizə dəstək verməyə çağırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop videomüraciətində türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümünü və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünü qürurla qeyd etdiklərini, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən iftixar duyduqlarını vurğulayıb. Deyib ki, türk dövlətləri arasındakı həmrəyliyin gündən-günə möhkəmlənməsi, iş birliyinin daha da güclənməsi bizlər üçün iftixar mənbəyidir. Hamımız Asiyadan Avropayadək insanlığa ədalət, təvazökarlıq və birlik anlayışını gətirən nəsillərin mirasçılarıyıq. Xalqlarımız arasındakı tarixi bağlardan söz açan TBMM sədri Mustafa Şəntop ortaq dil, din, mədəniyyət kimi amilləri önə çəkib. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən enerjiyədək bütün sahələrdə birlik və həmrəylik çərçivəsində olmaq zərurətini vurğulayıb.

Azərbaycan Atatürk Mərkəzində keçirilən beynəlxalq simpoziumun türkdilli dövlətlər arasındakı münasibətlərin, əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib: “Gücümüz birliyimizdədir, biz gücümüzü birliyimizdən alırıq”.

Səfir vurğulayıb ki, Qarabağ Zəfəri yeni məqsədlər uğrunda mübarizənin başlanğıcıdır. “Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkdi. Sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Türkiyə də ona siyasi və mənəvi dəstək verdi. Qardaş ölkənin Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb”, - deyə diplomat bildirib. Diqqətə çatdırılıb ki, türk dövlətlərinin bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr də yüksək səviyyədə inkişaf edir.

Açılış mərasimi başa çatdıqdan sonra simpozium işini 3 paneldə davam etdirib.

“Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər və parlamentlərin rolu” mövzusunda birinci panelə Milli Məclisin deputatı Cavanşir Feyziyev moderatorluq edib.

Birinci paneldə Qazaxıstanın deputatı Sautbek Abdrahmanov (videokonfrans formatında), Qırğızıstanın deputatı Baktıbek Raymkulov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Muxamed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi mövzu ətrafında çıxış ediblər.

Sonra söz elm adamlarına verilib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Akademik E.A.Buketov adına Karaqanda Universitetinin rektoru professor Nurlan Dulatbekov (videokonfrans formatında), Qırğız Respublikası XİN-in Diplomatiya Akademiyası rektorunun müavini professor Zainidin Kurmanov (videokonfrans formatında) ortaq türk dili və əlifbasının yaradılması, ortaq türk terminologiyası və sair kimi bir sıra mühüm məsələlərdən bəhs ediblər.

Birinci panelin yekununda ailə fotosu çəkdirilib.

Fasilədən sonra simpozium işini növbəti panellərdə davam etdirib. “İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Zəfərinin Türk dünyası üçün önəmi” mövzusunda ikinci panelə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Milli suverenliyin təzahürü olaraq TBMM və İstiqlal Marşının qəbulu” mövzusunda üçüncü panelə Milli Məclisin deputatı Sədaqət Vəliyeva moderatorluq ediblər.

Panellərdə türkdilli ölkələrin tanınmış elm adamları, ictimai-siyasi xadimləri və deputatları, o cümlədən Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış ediblər.

Simpoziumu tədbirin təşkilatçıları yekunlaşdırıblar.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 22:21
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
23 İyun 22:02
Hulusi Akar: Qara dənizdəki gərginlik araşdırılır
23 İyun 21:51
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
23 İyun 21:48
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
23 İyun 21:44
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
23 İyun 21:43
Türkiyə Məşvərət Şurasının növbəti iclası keçirilib
23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24