Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin sədri Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri ilə görüşüb
A+   Yenilə  A-
Milli Məclisin sədri Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri ilə görüşüb

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaq əvvəlcə Milli Məclisin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Sonra tərəflər arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən razılıq bildirilib, bir çox sahələri əhatə edən əməkdaşlığımızın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimizin əməkdaşlığının dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bildirib. Qeyd olunub ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək.

Azərbaycanla Bosniya və Herseqovina arasında mövcud olan hüquq-müqavilə bazasının bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirən S.Qafarova xüsusilə humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini bildirib. O, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb.

Milli Məclisin sədri bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair sənəd - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu xatırladaraq bildirib ki, bu ədalətli sənədin qəbulu ölkəmizdə yüksək qiymətləndirilir.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında qonağa məlumat verən Milli Məclisin sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Sahibə Qafarova qonağın diqqətinə çatdırıb ki, Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir. Belə ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir. S.Qafarova iyunun 4-də 3 azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, bildirib ki, onlardan ikisi jurnalistdir. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.

İki ölkənin qanunverici orqanları arasında münasibətlərdən danışan sədr Sahibə Qafarova bu əlaqələrin inkişaf etdirilməsi və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Parlamentin sədri, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol, ölkəmizin multikulturalizm siyasəti və digər məsələlər barədə qonağa məlumat verib.

Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç Azərbaycana səfərindən məmnun qaldığını bildirib. O, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.

Bakir İzetbeqoviç 2012-ci ildə Bakıda səfərdə olduğunu xatırladaraq, bu illər ərzində ölkəmizin dinamik inkişaf etdiyini söyləyib. Qonaq daha sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkəmiz bununla da ədaləti bərpa edib. Bakir İzetbeqoviç deyib ki, ölkəmizə rəsmi səfəri çərçivəsində dünən Ağdam şəhərinə səfər edib. O, şəhərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb və ümid etdiyini bildirib ki, ölkəmizə növbəti səfərində Ağdamın tamamilə yenidən qurulduğunun şahidi olacaq.

O, həmçinin ölkəsində görülən işlər barədə də Milli Məclisin sədrinə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

18 İyun 10:08
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
18 İyun 09:11
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir
18 İyun 09:06
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
18 İyun 09:00
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür
18 İyun 08:59
Növbəti milli birlik nümunəsi
18 İyun 08:57
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatları yaradılacaq
18 İyun 08:55
Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18 İyun 08:54
İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25