Ana səhifə »  Xəbər lenti »  Qafqaz Müsəlmanları İdarəsinin sədri erməni katolikosunun Xankəndiyə səfərinə dair bəyanat yayıb
A+   Yenilə  A-
Qafqaz Müsəlmanları İdarəsinin sədri erməni katolikosunun Xankəndiyə səfərinə dair bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə II Qareginin Xankəndiyə səfərinə dair bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

-Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, xüsusilə Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Montrö, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının Ordu, dövlətlə birlik əzminə, haqqın, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hazırda bölgənin, o cümlədən Ermənistanın iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

Bir Olan Yaradınımız, xalqlarımız qarşısında məsuliyyətimiz biz dini liderləri sülh, əmin-amanlıq, problemlərin ədalətli həlli naminə davamlı səy göstərməyə sövq edir. Hazırkı vəziyyətdə hərbi yola qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Sülh və anlaşma yolu asan deyil və güclü iradə, xoşməramlı səylərin birləşdirilməsini tələb edir. Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır.

Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!

 
  • Oxunub:  1800  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar

18 İyun 08:50
Radikal müxalifətin növbəti xəyanəti
17 İyun 20:53
Azərbaycanla Türkiyənin insan resursları sahəsində əməkdaşlığı müzakirə olunub
17 İyun 20:41
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib
17 İyun 20:24
Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib
17 İyun 19:43
Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
17 İyun 19:05
“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
17 İyun 19:05
Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
17 İyun 18:58
Azərbaycanın müdafiə naziri Latviyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü ilə görüşüb
17 İyun 18:08
Səbinə Xasayeva: Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir
17 İyun 17:55
Bugünkü müstəqil və qüdrətli Azərbaycan Ümumilli Lider Heydər Əliyevin əsəridir
17 İyun 17:25
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir
17 İyun 17:16
Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb
17 İyun 17:00
Məzahir Bayramov: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
17 İyun 16:57
Türkiyə həmişə dost və qardaş Azərbaycanın yanındadır
17 İyun 16:50
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
17 İyun 16:46
Fəsli Nəbiyev: “Avro-2020” futbol yarışlarının Azərbaycanda keçirilməsi, uzun illər ölkəmizdə aparılan idman siyasətinin növbəti uğurlu təzahürüdür
17 İyun 16:41
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib
17 İyun 16:38
Azərbaycanın və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
17 İyun 16:28
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb
17 İyun 16:25
Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır
17 İyun 16:22
Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
17 İyun 16:18
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
17 İyun 16:13
Təhsil Tələbə Krediti Fondunun vəzifələri müəyyənləşib
17 İyun 16:05
Təhsil Tələbə Krediti Fondu müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edəcək
17 İyun 15:59
Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsinin nəticəsidir
17 İyun 15:57
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
17 İyun 15:28
May ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
17 İyun 15:26
Azərbaycan atletləri Olimpiadaya 30, Paralimpiadaya isə 18 lisenziya qazanıblar
17 İyun 15:10
Antalya Diplomatiya Forumuna hazırlıqlar başa çatıb
17 İyun 14:53
ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
17 İyun 14:51
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN
17 İyun 14:34
Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfərə yola düşüb
17 İyun 14:03
AZAL-da qadın pilotlar fəaliyyətə başlayıblar
17 İyun 13:49
İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
17 İyun 13:40
Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır
17 İyun 13:38
Azərbaycan və BMT arasında İstiqamətləndirici Komitənin ilk iclası keçirilib
17 İyun 13:14
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17 İyun 12:58
Müttəfiqlik haqqında Bəyannamə iş birliyimizin təminatçısıdır
17 İyun 12:39
Göygöl rayonunda şəhid Həsən Bayramov yad edilib
17 İyun 12:36
“Avro-2020”: Bu gün B və C qruplarından səkkizdəbir finala yüksələcək komanda müəyyənləşə bilər
17 İyun 12:36
Tengiz Txilava: Türkiyə Prezidentinin Şuşaya səfəri çox mühüm əhəmiyyət kəsb edir
17 İyun 12:24
Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününü daha da əzəmətləndirdi
17 İyun 12:22
Füzuli və Cəbrayıl rayonlarına mediatur təşkil edilib
17 İyun 12:15
Baş Prokurorluq beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlığı genişləndirir
17 İyun 12:10
Azərbaycan ilə Xorvatiya arasında mədəni əlaqələr müzakirə edilib
17 İyun 12:06
“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
17 İyun 12:02
Bu il Azərbaycanda 12,5 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb
17 İyun 11:48
Ukrayna mətbuatı Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə geniş yer ayırıb
17 İyun 11:41
Vüqar Seyidov: Şuşa bəyannaməsi ilə hər iki dövlət münasibətlərinin qızıl dövrünə qədəm qoydu
17 İyun 11:39
Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
17 İyun 11:37
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
17 İyun 11:24
Fiziki məhdudiyyətli şagirdlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb
17 İyun 11:21
DİN Ağdam rayon sakininin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb
17 İyun 11:16
“Azeri Light” neftinin qiyməti 76,5 dolları ötüb
17 İyun 10:58
Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yaratdığı yeni reallıqların təcəssümüdür
17 İyun 10:42
Sosial təminat sahəsində Almaniya təcrübəsi öyrənilir
17 İyun 09:59
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb
17 İyun 09:57
Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub
17 İyun 09:47
Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Şurasının parlamentlərarası komissiyasının iclası keçirilib
17 İyun 09:44
Bağdad Amreyev: Şuşa Bəyannaməsi bütün türk dünyasına xidmət edən bir çox məsələləri özündə əks etdirir
17 İyun 09:19
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
17 İyun 09:17
Ermənilər tərəfindən xarabalığa çevrilən Füzuli yenidən dirçəlir
17 İyun 09:14
Qurtuluş məfkurəsi və azərbaycançılıq ideologiyası
16 İyun 21:10
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib
16 İyun 20:50
Prezident Ərdoğan: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq
16 İyun 20:47
Şuşa Bəyannaməsinin imzalandığı zaman və məkan tarixi əhəmiyyət kəsb edir
16 İyun 20:24
Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək
16 İyun 20:18
Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi
16 İyun 20:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib
16 İyun 19:11
Şəhidlərin xatirəsinə ehtiram

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+22 +25