Ana səhifə »  Xəbər lenti »  Azərbaycan və Türkiyə tarixi birlik və qardaşlıq nümunəsi göstərir
A+   Yenilə  A-
Azərbaycan və Türkiyə tarixi birlik və qardaşlıq nümunəsi göstərir

Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə- tarixi dostluq, qarşılıqlı etimad, səmimi və yüksək səviyyəli əməkdaşlıq münasibətləri ilə bugün bütün dünyanı heyrətə gətirən bir qardaşlıq nümunəsi göstərir. İki ölkənin hər məsələdə bir-birinə olan qeyd-şərtsizdəstəyi dünya tərəfindən sözün əsl mənasında heyrətlə izlənilir. Xüsusilə son dövrlərdə Azərbaycanın haqq savaşında Türkiyənin ona dünya ictimaiyyəti tərəfindən təzyiqlər olunsa da, hətta bəzi ölkələr tərəfindən birbaşa hədəf göstərilsə də Azərbaycana dəstək olmaqdan çəkinməməsi, müharibənin ilk anlarından ən yüksək səviyyədədəstəyini nümayiş etdirməsi hər kəs üçün çox böyük mesaj idi. Eyni şəkildə Azərbaycan da ən müxtəlif platformalarda dəfələrlə Türkiyəyə birmənalı dəstəyiniifadə etmişdir. 

İki ölkə münasibətlərin get-gedə daha da möhkəmlənməsində təbii ki, iki ölkənin siyasi rəhbərliyinin də fundamental rolu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğandan bəhs edərkən hörmət və ehtiramla bəhs etmiş və onu “qardaş” deyə adlandırmışdır. Beləliklə, bu gün dünya dövlətləri arasında səmimi dostluq münasibətləri necə olmalıdır sualına cavab axtararkən Azərbaycan Türkiyə münasibətlərinə baxmaq yetərlidir.

Qeyd edək ki, iki ölkənin münasibətləri iqtisadi sferada da uğurla davam etdirilir. Türkiyə ilə olan iqtisadi əlaqələrimiz ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamış və indiki dövrə qədər daim yüksələn xəttlə davam etmişdir. Birgə həyata keçirilən layihələr iki ölkənin həm iqtisadi, həm də regional maraqlarına tam cavab verməklə ölkələrimiz arasındakı əlaqələri gücləndirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu təbii qaz boru xətti layihələri bu baxımdan veriləcək ən yaxşı nümunələrdir. İkinci Qarabağ müharibəsindən sonra ən qısa müddətdə reallaşacağı nəzərdə tutulan Zəngəzur dəhlizi də iki ölkənin birgə maraqlarına cavab verən bir digər layihə olaraq tarixə keçəcəkdir. Əslində bu layihə bütün  türk dünyası üçün xüsusi dəyərə malikdir. Nəzərə alsaq ki, dəhlizlə birgə türk dünyası coğrafi mənada birləşəcək onda layihənin türk dünyası üçün dəyəri bir daha gün üzünə çıxır. Bununla yanaşı, əlbəttə ki, Zəngəzur dəhlizinin iqtisadi və turizm baxımından da yüksək gəlirinin olacağı şübhəsizdir. Qısacası, iki qardaş ölkənin maraqları dəhlizlə birgə bir daha ortaq mövqedə kəsişəcəkdir.

Azərbaycan və Türkiyənin son günlərdə birgə fəaliyyət göstərdiyi digər bir məsələ isə iki ölkənin hakim partiyalarının qarşılıqlı təcrübə mübadiləsi ilə bağlıdır.1-3 iyun tarixlərində hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ankara şəhərində Türkiyənin iqtidar Partiyası AKP-nin dəvəti ilə səfərə yollanmışdır. Səfər çərçivəsində nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçlə, AKP-nin Təftiş Komissiyasının sədri Ahmet Aydınla, AKP sədrinin birinci müavini,Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşla və beynəlxalq məsələlər üzrə müavin Əfkan Ala ilə görüşlər keçirmişdir. Şübhəsiz ki, hər bir görüş iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsində əsaslı rol oynayacaqdır.İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu isə partiya təcrübəsinin öyrənilməsi və iki ölkənin siyasi müstəvidə yaxınlaşması baxımındanolduqca vacib addımdır. Onsuzda iki ölkənin siyasi baxımdan yaxınlığı və bir-birinə verdiyi dəstək ən yüksək səviyyədədir. Sadəcə son dövrün aktual məsələləri - Vətən Müharibəsi, Tovuz hadisələri və qondarma erməni soyqırımının ABŞ Prezidenti Cozef Bayden tərəfindən səsləndirilməsi zamanı iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyəti belə bizə siyasi müstəvidə ortaq hərəkət edilməsinin vacibliyini göstərdi. Yəqin ki, heç kəs Tovuz hadisələri və Vətən müharibəsi zamanı böyük dövlətlərdə yerləşən səfirliklərimiz qarşısında erməni vətəndaşları tərəfindən törədilən hadisələri unutmayıb. Həmin günlərdə azərbaycanlılarla yanaşı türklər də səfirliklərimiz qarşısında toplanmış və hər hansı mənfi halların yaşanmaması üçün var gücü ilə çalışmışdır. Əlbəttə ki, biz bunların heç birini unuda bilmərik. Bunlar hər bir azərbaycanlının, o cümlədən Azərbaycan dövlətinin xatirində daim qalacaq hadisələrdir. Çünki, Azərbaycan xalqı və dövləti çətin günlərdə yanında olanları unutmur. Dünyanın ən “demokratik”, “insan haqları qoruyucusu” olaraq özlərini təqdim edən ölkələrinin belə haqsızlıq, vandalizm  qarşısında susduğu, göz yumduğu günlərdə Türkiyə susmadı və daim haqqın yanında olmaqla öz dürüstlüyünü, ədalətini sübut etdi.Biz əminik ki, Türkiyənin Azərbaycana birmənalı dəstəyi sadəcə öz qardaşına verdiyi dəstək deyildi. Bu həm də haqlıya, haqqa verilən dəstək idi. Beləliklə, Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu hadisələr bizə onu deməyə əsas verir ki, Türkiyə və Azərbaycan bir-birinə ayrılmaz birlik və qardaşlıq telləri ilə bağlıdır. Şübhə yoxdur ki, iki ölkə bu gün olduğu kimi, gələcəkdə də hər zaman bir-birinin yanında olacaq və iki ölkənin əməkdaşlığı birgə maraqlar kontekstində bütün sahələrdə davam edəcək. 



Arzu Abdullayev,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

 
  • Oxunub:  2070  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

23 İyun 21:02
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır
23 İyun 21:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun 20:59
Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi
23 İyun 20:52
Azərbaycanla Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri genişlənir
23 İyun 20:50
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
23 İyun 20:48
Mariya Rizzotti: Artıq müharibə bitib, indi sülhün bərqərar olması barədə düşünmək lazımdır
23 İyun 20:41
Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm
23 İyun 20:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 məsələ plenar iclasa tövsiyə olunub
23 İyun 20:36
Prezidentin Mətbuat Xidmətinin məlumatı
23 İyun 17:37
İşğaldan azad edilmiş ərazilərimizdə modul tipli daha bir yeni hərbi hissə istifadəyə verilib
23 İyun 17:32
Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib
23 İyun 17:30
Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır
23 İyun 17:27
Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək
23 İyun 17:19
“Tələbə baharı” XV ümumrespublika bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
23 İyun 17:17
QDİƏT Parlament Məclisinin Baş Assambleyasının onlayn formatda iclası keçirilib
23 İyun 17:14
Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
23 İyun 17:07
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
23 İyun 17:00
Cəlal Allahverdiyev: Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir
23 İyun 16:52
Baş nazirin müavini: İşğaldan azad edilmiş bütün ərazilərdə keyfiyyətli su təminatı olacaq
23 İyun 16:51
Kamilə Əliyeva: Vətəndaşlarımız təhlükədən yayınmaq üçün Operativ Qərargahın tövsiyələrinə ciddi əməl etməlidirlər
23 İyun 16:43
Azərbaycanda koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb
23 İyun 16:33
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib
23 İyun 16:23
Şahin Mustafayev: Üçtərəfli İşçi qrupu Ermənistanda yeni hökumət formalaşandan sonra fəaliyyətini davam etdirəcək
23 İyun 16:21
Prezident Vladimir Putin Qarabağda atəşkəsə nail olunmasında Rusiyanın rolunu qeyd edib
23 İyun 16:19
Rüstəm Nağıyev: Bəyannamənin Şuşada imzalanması xüsusi əhəmiyyət daşıyır
23 İyun 16:16
Azərbaycan Dövlət İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib
23 İyun 16:12
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb
23 İyun 16:08
İntihar və intihara cəhd hadisələri ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib
23 İyun 16:06
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin innovasiyalar və kosmik sahədə əməkdaşlığı müzakirə olunub
23 İyun 16:00
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MILEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirak edir
23 İyun 15:50
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XII hesabat konfransı keçirilib
23 İyun 15:44
Rusiya paytaxtında Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransı keçirilir
23 İyun 15:38
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
23 İyun 15:32
Şahin Mustafayev: İşğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur
23 İyun 15:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
23 İyun 15:20
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinə yekun vurulub
23 İyun 15:14
Prezident İlham Əliyev: Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
23 İyun 15:09
Müşfiq Məmmədli: Epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, vətəndaşlar karantin qaydalarına ciddi riayət etməlidirlər
23 İyun 15:05
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərdi
23 İyun 15:04
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə ediblər
23 İyun 14:48
Deputat: COVID-19 pandemiyasından uşaqlar daha çox əziyyət çəkirlər
23 İyun 14:31
Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23 İyun 14:27
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 14:24
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
23 İyun 14:24
Torpaqlarımızın işğaldan azad olunması 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaradıb
23 İyun 13:55
Təhsil naziri Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitini yüksək qiymətləndirib
23 İyun 13:52
Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub
23 İyun 13:48
Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib
23 İyun 13:31
Vüsal Qasımlı: Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir
23 İyun 13:09
AŞPA-nın bir qrup üzvü Ermənistanın bütün mina xəritələrini verməsi ilə bağlı bəyanat yayıb
23 İyun 12:58
Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib
23 İyun 12:56
Maliyyə Nazirliyi: Hazırda Dünya Bankından kreditin alınması gündəmdə deyil
23 İyun 12:50
Prezident İlham Əliyev dövlət qulluqçularını təltif edib – SƏRƏNCAM
23 İyun 12:24
Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib
23 İyun 12:09
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib
23 İyun 12:03
Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib
23 İyun 11:58
Bu gün “Avro-2020”nin qrup mərhələsinə yekun vurulacaq
23 İyun 11:52
Yay məktəbi çərçivəsində məktəblilər üçün ekskursiyalar təşkil olunub
23 İyun 11:46
Sədaqət Vəliyeva: Vaksinasiya olunmaq və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir
23 İyun 11:37
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır
23 İyun 11:18
Deputat: Müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycanın “dəmir yumruğu” Ermənistanı hələ də silkələməkdədir
23 İyun 10:51
KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklər müzakirə olunub
23 İyun 10:21
Təhsil Nazirliyi: Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir
23 İyun 10:13
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:10
“ASAN xidmət”lə BMT arasında uğurlu əməkdaşlıq davam edir
23 İyun 09:57
Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olmağı qərara alıb
23 İyun 09:34
Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge
23 İyun 09:00
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır
23 İyun 08:57
Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu
23 İyun 08:56
“Mayın ortalarından başlayaraq vaksinasiya prosesinin sürəti bir qədər də artıb”

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +24