Ana səhifə »  Xəbər lenti »  Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi
A+   Yenilə  A-
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:

- Əli müəllim, bir neçə gündən sonra Azərbaycan Milli Qurtuluş Gününü qeyd edəcək. Azərbaycan tarixində Qurtuluş Gününün yerini necə dəyərləndirirsiniz?

- Milli Qurtuluş Gününə qədər baş verən prosesləri obyektiv analiz etdikdə bir daha aydın olur ki, ulu öndər Heydər Əliyev üçün necə ağır bir miras qalmışdı. Bilirsiniz ki, 1987-ci ildə Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən kənarlaşdırıldı. Bunun arxasında Azərbaycan xalqının düşməni və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən Mixail Qorbaçov dayanmışdı.

Məhz bu hadisədən sonra keçmiş İttifaqın ermənipərəst rəhbərləri və erməni lobbisi Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 250 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Məqsəd aydın idi - Qarabağı Azərbaycandan qoparmaq. Bunun ardınca Sumqayıtda provokasiya törədildi və bu təxribatı azərbaycanlıların üzərinə yıxmağa cəhd etdilər. Bundan sonra Qarabağda separatizm ciddi surətdə baş qaldırdı. 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı, həmçinin cəbhəçilərin təxribatçı davranışları sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Qanlı faciəyə ilk olaraq kəskin etirazını bildirən və ən dəqiq və obyektiv tarixi qiyməti verən də ulu öndər Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı.

Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi və xalq Ulu Öndəri hakimiyyətdə görmək arzusu ilə yaşayırdı. Amma o zaman hakimiyyətdə olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Heydər Əliyev Moskvada çəkinmədən, Sovet İttifaqının hələ gücü olan bir zamanda Qorbaçovu, sovet rəhbərliyini Azəribaycan xalqına qarşı törətdiyi cinayətdə açıq şəkildə ittiham etdi. Bundan sonra ona qarşı təzyiqlər daha da artdı. 1990-cı ilin yayında Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də muxtar respublikanın Ali Məclisinin Sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı.

- Həmin vaxt ölkə ağır vəziyyətdə idi. Hərc-mərclik, xaos baş alıb gedirdi.

- Bəli, həmin vaxt Bakıda tamamilə fərqli hadisələr baş verirdi. Qarabağda separatizm geniş vüsət almışdı. Mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. AXC-Müsavat cütlüyü xalqa xəyanət yolu tutmuşdu. Onları xalqın, dövlətin düşdüyü ağır vəziyyət maraqlandırmırdı. Ancaq hakimiyyət uğrunda mübarizə gedirdi. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi. AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində 1992-ci ilin mayında Şuşa və Laçın işğal olundu. Bu məsələlərə hüquqi qiymət verilmişdir. Mən Ali Məhkəmədə çalışmışam və ona görə də bu məsələdən məlumatlıyam.

Xocalı şəhərinin, Şuşa, Laçın, Kəlbəcər rayonlarının və digər yaşayış məntəqələrinin işğal edilməsi barədə hələ 1992-ci ilin may ayında başlanmış cinayət işlərinin materialları, daha sonra 1994-1996-cı illər ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin Xocalı, Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı çıxardığı hökmlər və digər araşdırmaların nəticələri xəyanət əməlləri ilə müşayiət olunan hadisələrin qaranlıq məqamlarına işıq salan və onların hüquqi qiymətinin əks olunduğu sənədlərdir. Özünümüdafiə dəstələri onların nəzarətində idi. Şuşanın, Laçının müdafiəsini təşkil etmək əvəzinə tabeçiliklərində olan silahlı birləşmələri cəbhə xəttindən çıxarıb Bakıya gətirdilər. Həmin qüvvələri Ali Sovetin qarşısına topladılar və faktiki olaraq silah yolu ilə, güc yolu ilə, zorla Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdilər.

AXC-Müsavatın hakimiyyətdə olduğu dövrü dəyərləndirmək çox asandır. Bir il ərzində ölkə daha dərin iqtisadi və siyasi böhrana yuvarlandı. AXC-Müsavatın əsl siması bu birillik hakimiyyətləri dövründə tam şəkildə bəlli oldu. Ulu Öndər Azərbaycanda ilk hakimiyyəti illərində ölkədə güclü iqtisadi potensial yaratmışdı. Həmin iqtisadi potensialı bir il ərzində dağıtdılar.

Sərvətlər talan edilir, işbazlar tərəfindən xaricə satılırdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. Ölkə vətəndaş müharibəsinə doğru sürüklənir, AXC-Müsavat hakimiyyətinin biabırçı sonuna yaxınlaşırdı.

1993-cü ilin 4 iyun hadisələrindən sonra AXC-Müsavat iqtidarı Heydər Əliyevi dəvət etmək məcburiyyətində qaldı. Onlar bunu xalq üçün etmirdilər, özlərini Surət Hüseynovdan xilas etmək üçün edirdilər. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı. Gəncədə real vəziyyəti öyrənən Heydər Əliyev Bakıya qayıdaraq parlamentə, xalqa məlumat verdi. Azərbaycan xalqı AXC-Müsavat iqtidarının əsl simasını bir daha gördü, onların bacarıqsızlığının, səriştəsizliyinin, xəyanətinin şahidi oldu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün xalqın gələcəyə ümidi yarandı. Böhrandan, xaosdan, vətəndaş müharibəsindən, səfalətdən qurtulacağına inandı. Ona görə də həmin tarix Milli Qurtuluş Günüdür.

Amma canlarını qurtarmaq üçün Ulu Öndəri Bakıya dəvət edən AXC-Müsavat cütlüyü hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, onun gördüyü taleyüklü işləri gözdən salmağa çalışırdılar. Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Nəticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi. Onların xəyanəti məhkəmə qərarlarında yer alıb. Belə ki, onların tabeliklərində olan silahli qüvvələr müdafiəni təmin etmirdilər. Bir sıra hallarda isə ərazinin boşaldılmasına şərait yaradırdılar. Bununla bağlı məhkəmə qərarları mövcuddur.

Vəziyyət daha da gərginləşdi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında bir halqa yarandı. Faktiki olaraq bir bufer zona yaradıldı. AXC-Müsavat cütlüyü demək olar ki, bütün qonşu dövlətlərlə - Rusiya ilə, İranla, hətta qardaş Türkiyə ilə də münasibətləri korlamışdı.

1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı.

Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı.

Bundan sonra Heydər Əliyev ilk növbədə Azərbaycanı gücləndirmək, iqtisadiyyatı bərpa etmək, ordu quruculuğu istiqamətində işə başlamağı qarşıya məqsəd qoydu. “Əsrin kontraktı” və Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı məsələ çox vacib idi. Amma 1993-cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə 1990-cı ildən bəri milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində AXC-Müsavat cütlüyünün yanlış milli siyasəti nəticəsində baş qaldırmışdılar. Heydər Əliyev xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyillərin qarşısını aldı. Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.

Zaman keçdikcə Qurtuluş Gününün əhəmiyyətini daha yaxşı dərk edirik. Azərbaycanın qurtuluşu Heydər Əliyevlə bağlıdır. Əgər, 1990-cı ildə Heydər Əliyev Moskvadan Bakıya dönərkən hakimiyyətdə olan qüvvələr Ümummilli Liderin bacarığından istifadə etsəydilər Azərbaycan əraziləri işğal olunmayacaq, ölkə elə ağır vəziyyət düşməyəcəkdi. 1991-ci ildə keçmiş İttifaqın digər dövlətləri də müstəqilliklərini elan etdilər. Amma onlar bizim kimi ağır dövr keçirmədilər. Milli Qurtuluş Günü Azəribaycanda milli hakimiyyətin bərqərar olmasıdır. Heydər Əliyevə qədər Azərbaycanda hakimiyyətdə olmuş qüvvələrin heç biri milli qüvvələr olmayıb. Əsl milli hakimiyyət Heydər Əliyevlə, Milli Qurtuluşla gəldi. Azərbaycan xalqı xəyanətkarlardan qurtularaq ümid etdiyi, arzu etdiyi, inandığı, güvəndiyi Liderinə qovuşdu.

- Milli Qurtuluşdan başlayan uzaqgörən siyasətin məntiqi nəticəsi tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası oldu.

- Azərbaycan xalqı hər zaman əmin idi ki, məhz Heydər Əliyev siyasətinin davam etdirilməsi torpaqlarımızı işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa olunacaq. Heydər Əliyev siyasəti davam edir və davam edəcək. Dünya dəyişib, amma xalqa sədaqətlə xidmət, dövlətçilik, azərbaycançılıq kimi fundamental dəyərlər dəyişməyib.

Məhz bu prinsiplərlə inkişaf edən Azəribaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda yaşayan bütün xalqlar dilindən, dinindən, etnik məsubiyyətindən asılı olmayaraq Vətən müharibəsində iştirak etdilər. Bu, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin məntiqi nəticəsidir. Postsovet məkanında həllini gözləyən münaqişələr var və onların nə zaman həll olunacağı bəlli deyil. Dağlıq Qarabağ münaqişəsi isə Ali Baş Komandanın siyasəti, qətiyyəti, liderliyi, ordumuzun böyük qəhrəmanlığı ilə həll olundu. Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil siyasət həyata keçirən müstəqil dövlətidir. Çox az xalqlar real müstəqil olan, güclü dövlət qura biliblər. Azərbaycan dövləti də həmin dövlətlərin sırasındadır. Bunun səbəbi Ulu Öndərin əsasını qoyduğu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  09-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA