Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində enerji təchizatı şəbəkəsinə qoşulmaq daha asan olacaq

“ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində enerji təchizatı şəbəkəsinə qoşulmaq daha asan olacaq

09.06.2021 [15:07]

Elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə, prosedurların sayı isə 2-yə endirilib. Sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə 150 kilovata qədər mövcud və ya inşa ediləcək tikinti obyektini E-GOV (elektron hökumət portalı), www.e-service.azerishiq.az saytından, “ASAN xidmət” və ya “ASAN Kommunal" mərkəzlərində quraşdırılmış özünəxidmət pəncərələrindən istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn qaydada müraciət edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Quba "ASAN xidmət" mərkəzində jurnalistlər üçün keçirilən birifinqdə “Azərişıq” ASC-nin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.

Onun sözlərinə görə, reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur. Sahibkar müraciətinin hansı mərhələdə olduğu məlumatını www.e-service.azerishiq.az vasitəsilə əldə edə bilər. Enerji təchizatı şəbəkəsinə qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsilə sahibkara müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.

İ.İsazadə bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi ilə bağlı göstərişinə əsasən “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, olduğu məkanı tərk etmədən bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb. Bakı və regional "ASAN xidmət" mərkəzlərində, əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə məlumat xarakterli lövhələr, bilbordlar yerləşdirilib, sosial informasiya vasitələrində infoqraflar və KİV-lərdə videoçarxlar yayımlanıb. Həmçinin aylıq sərfiyyatın ödənilməsi üçün təqdim edilən bildirişlərdə onlayn qaydada enerji təchizatı şəbəkəsinə qoşulma haqqında məlumat qeyd edilməyə başlayıb. Aparılan islahatlar nəticəsində keçən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində sahibkarların onlayn müraciətlərinin sayında bir neçə dəfə artım olub.

"Ölkə başçısının “ağıllı şəhər və ağıllı kənd” konsepsiyası ilə bağlı göstərişinə uyğun olaraq ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə "Azərişıq" ASC-nin “Ağıllı şəbəkələr” layihəsi tətbiq edilir", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 9-da "Azərişıq" və "ASAN xidmət"in birgə ASC-nin "Doing Business" hesabatı çərçivəsində regionda gördüyü işlərlə tanışlıq məqsədilə Qubaya mediatur təşkil edib.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31