Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ombudsman Aparatı Ermənistanın azərbaycanlılara qarşı cinayətləri ilə bağlı videoçarx hazırlayıb - VİDEO

Ombudsman Aparatı Ermənistanın azərbaycanlılara qarşı cinayətləri ilə bağlı videoçarx hazırlayıb - VİDEO

08.06.2021 [17:19]

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistan rəhbərliyinin uzun illər azərbaycanlılara qarşı apardığı nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videoçarx hazırlanıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti ilə bağlı faktlar, Ermənistanın siyasi rəhbərliyi səviyyəsində azərbaycanlılara qarşı nifrət dolu nitqlər, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı sosial şəbəkələrdə ermənilərin verdiyi şərhlər və reaksiyalar videoçarxda əksini tapıb.

Bununla yanaşı, videoçarxda ombudsmanın münaqişə nəticəsində zərər çəkmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiya haqqında məlumatlara da yer verilib.

Videoçarxda istifadə edilmiş materiallar bir daha sübuta yetirir ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət aşılanması məqsədilə uzun illərdir həyata keçirilən siyasət nəticəsində gənc nəslin də bu ruhda yetişdirilməsi bölgədə sülhün bərqərar olmasına böyük maneə yaradıb.

Qeyd edək ki, bir müddət əvvəl ombudsman Səbinə Əliyeva beynəlxalq təşkilatlara Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi ilə bağlı hesabat ünvanlayıb.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30