Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı tarixi Zəfərə qovuşdurdu

Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı tarixi Zəfərə qovuşdurdu

08.06.2021 [11:45]

Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, qətiyyəti və sarsılmaz iradəsi sayəsində Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edib.

Milli Qurtuluş Gününə qədər olan dövr Azərbaycan üçün olduqca çətin və ağrılı olub. Həmin dövrdə Azərbaycan hakimiyyətinin başında siyasi idarəçilikdə səriştəsi olmayan yarıtmaz qüvvələr dururdu. Məhz bu baxımdan ölkədə siyasi vəziyyət gündən-günə pisləşirdi. İndi gözlərimiz qarşısına həmin günləri gətirəndə bir daha əmin oluruq ki, Ümummilli Lider Heydər Əliyev o dövr üçün həlli mümkün olmayan problemi yoluna qoya bilib, Azərbaycanı o ağır durumdan xilas etməyi bacarıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın varlığı, bir dövlət kimi öz müstəqilliyini əldə etməsi, qoruyub saxlaması, istər daxili, istərsə də xarici siyasətdəki uğurları Heydər Əliyev siyasətinin əsas meyarlarını özündə ehtiva edir.

Qeyd edilənlərin nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Ümummilli Liderin görmək istədiyi Azərbaycan bu gün reallığa çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan AzərbaycanPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər uğur Ulu Öndərin əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının təntənəsidir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi. 2020-ci ildə Azərbaycan artıq iqtisadi cəhətdən inkişaf edən, güclü sənaye və iqtisadi resurslara malik, Avropanın, eləcə də dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən, dünya enerji bazarında söz sahibinə çevrilən, beynəlxalq siyasi arenada öz sözü və öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Güclü iqtisadiyyata və qüdrətli orduya malik Azərbaycanın Prezidenti İlham Əliyev ölkəmizin dövlətçilik maraqlarının təmin edilməsi istiqamətində qəti və inamlı addımlar atdı.

Həyata keçirilən bütün bu tarixi, misilsiz tədbirlərlə yanaşı, Prezident,Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qarşısında müqəddəs vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Dövlətimizin başçısı İlham Əliyevin özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi.

Azərbaycan 2020-ci il sentyabrın 27-də aramsız erməni təxribatlarına cavab vermək və düşməni sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın Tarixi Zəfəri ilə başa çatdı. Bu tarixi hadisə, Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsi, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Təsadüfi deyil ki, Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim”. Prezident İlham Əliyev Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi. 

Birmənalı olaraq demək olar ki, Vətən müharibəsi və onun uğurlu nəticəsi Azərbaycan tarixinin qızıl səhifəsidir. Hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən tarixi şəxsiyyətlər və sərkərdələr tarix yazıb. Mötəşəm qələbə ilə Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı.Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı “Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev tarixi ədaləti bərpa etdi.Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı tarixi Zəfərə qovuşdurdu.Oan görə də bu gün bütün Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları, bütün Türk dünyası Prezident İlham Əliyevləqürur duyur!

Turani Əliyev, 

YAP Göygöl rayon təşkilatının sədri

 

Paylaş:
Baxılıb: 253 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30