Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyası xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna rola malikdir
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyası xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna rola malikdir

Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların, bütün sosial təbəqələrin mənafeyi nəzərə alınmaqla həyata keçirilən ardıcıl siyasət ölkəmizin gücünü artırır və davamlı inkişaf üçün möhkəm zəmin formalaşdırır
Azərbaycan əlamətdar tarix ərəfəsindədir. Ölkəmiz öz müstəqilliyinin 30-cu ilini qeyd etməyə hazırlaşır. Üç onillik dövlət quruculuğu baxımından elə də böyük zaman kəsiyi deyil. Ancaq qısa müstəqillik tarixində respublikamız möhtəşəm uğurlara imza atıb. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən son 18 ilə yaxın müddət ölkəmizin inkişafında ayrıca bir mərhələ təşkil edir. Respublikamız müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə, dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olub.
Təbii ki, uğurlar barədə söhbət açarkən onların əldə olunmasını şərtləndirən amillərə də nəzər salmaq lazımdır. Azərbaycanın qısa zaman kəsiyində real müstəqilliyə nail olmasını, özünü dünyaya güclü dövlət kimi təqdim etməsini şərtləndirən amillər hansılardır? Sualın cavabı olaraq ekspertlər çoxsaylı amillər sırasında Azərbaycan dövlətinin ideoloji əsaslarının möhkəm təməllər üzərində qurulmasının önəmini xüsusi vurğulayırlar. Məlum olduğu kimi, azərbaycançılıq müasir, müstəqil dövlətimizin ideoloji əsasını təşkil edir. Bu ideologiyanın təməlini isə 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev qoyub. Həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. AXC-“Müsavat” iqtidarının səriştəsizliyi, dövlət siyasətini korporativ maraqlar üzərində qurması ölkəmizi uçurumun kənarına gətirib çıxarmışdı. Müdrik dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev aldığı qərarlarla qısa müddətdə respublikamızdakı hərc-mərcliyi, anarxiyanı aradan qaldırmağa nail oldu, ölkə sabitliyə qovuşdu və tədricən inkişafa istiqamətləndi.
“Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərliyi qeyri-legitim yolla ələ keçirən AXC-“Müsavat” iqtidarının ən böyük günahı cəmiyyətimizin enerjisini parçalaması oldu. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin apardığı siyasət cəmiyyətin ayrı-ayrı təbəqələrinin və ölkəmizdə yaşayan müxtəlif xalqların mənafeyinə qətiyyən çavab vermirdi. Bu da təbii ki, narazılıqlara yol açırdı, siyasi partiyalar arasında ziddiyyətlər günbəgün dərinləşirdi. İş o yerə çatmışdı ki, ön xətdəki silahlı birləşmələr belə ayrı-ayrı “liderlər”in ambisiyalarının girovuna çevrilmişdilər. Məkrli düşmən də bundan istifadə edərək torpaqlarımızı öz işğalı altına alırdı. Respublikada milli zəmində separatizm meyillərinin baş qaldırması da olduqca təhlükəli idi. Bütün bunların qarşısını Ulu Öndər Heydər Əliyev Öz müdrikliyi sayəsində aldı. Ulu Öndər azərbaycançılığı gənc dövlətimizin ideoloji əsas kimi müəyyənləşdirdi. Bu ideologiya vasitəsilə Ümummilli Liderimiz sosial və milli-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını vahid amal, doğma Vətənə bağlılıq ruhunda birləşdirməyə nail oldu. Son 18 ilə yaxın müddət ərzində isə Ulu Öndərimizin layiqli siyasi varisi olan Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını qlobal miqyasda meydana çıxan yeni çağırışları nəzərə almaqla daha da zənginləşdirib”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev ifadə edib. Azərbaycanın müasir mənzərəsinin qürur doğurduğunu diqqətə çatdıran R.Əliyev deyib: “Son 18 ilə yaxın müddət ərzində dövlət başçımızın siyasi iradəsi əsasında inkişafla bağlı müasir və yeni yanaşmaların ehtiva olunduğu ardıcıl tədbirlərin reallaşdırılması Azərbaycanın milli gücünü artırıb. Bəhs olunan dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Otuz il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Bu gün republikamızın xarici borcu kifayət qədər aşağı səviyyədədir. Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan, kredit təşkilatından asılı deyil, əksinə özu dünyanın ayrı-ayrı ölkələrində uğurlu investisiya siyasəti həyata keçirir. Qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilməsi hər bir azərbaycanlı üçün son dərəcə qürurverici bir haldır. Azərbaycanın inkişafı ardıcıl və hərtərəfli səciyyə daşıyır. Ölkəmiz güclü iqtisadi əsaslar üzərində özünün siyasi müstəqilliyini də tam təmin etməyə nail olub. Biz işğalçı Ermənistanın timsalında iqtisadiyyatı çökən, investisiya cəlbediciliyini tamam itrirən bir ölkənin forpost vəziyyətə düşməsinin, siyasi asılılığının artmasının və müstəqil qərarlar vermək imkanlarının getdikcə məhdudlaşmasının şahidi oluruq. Azərbaycan isə özünü bütün dünyaya milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi təqdim edir. Bu gün dünya miqyasında respublikamızla diktat dili ilə danışa biləcək hansısa bir güc mərkəzi yoxdur. Azərbaycan öz imkanlarını təqdim etməklə regional və qlobal əməkdaşlığa sanballı töhfələr verir və bu da beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir”.
R.Əliyev bildirib ki, Azərbaycanın bu kimi uğurlar qazanması dövlətimizin məqsədyönlü siyasətinin ölkəmizin reallıqlarına uyğun gələn, bütün vətəndaşların mənafeyinin qorunmasını hədəfləyən və buna görə də hamı tərəfindən qəbul olunan sağlam ideoloji əsaslara söykənməsi ilə bilavasitə bağlıdır. Milli Məclisin deputatının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin daha da zənginləşdirdiyi azərbaycançılıq ideologiyası sayəsində ölkəmizdə unikal bir model formalaşdırıb. “Bu gün biz dünya miqyasında ksenefobiyanın, milli, dini dözümsüzlüyün şahidiyik. XXI əsrdə Avropada həyatlarını müharibələrdən, aclıqdan qorumaq üçün gələn miqrantların qarşısına çəpər çəkilməsinin, onların odun-alovun, səfalətin içinə geri göndərilməsinin məntiqini heç nə ilə izah etmək mümkün deyil. Bütün bunlarla müqayisədə Azərbaycanda sabitlik və milli həmrəylik yüksək səviyyədədir. Ölkəmiz “dünyada multikulturalizmin gələcəyi yoxdur” deyənlərə öz həyatının rəngarəngliyini təqdim edir. Azərbaycan müxtəlif milli-dini mənsubiyyətə malik insanların vahid ailə kimi mehriban yaşadıqları bir diyardır. Biz respublikamızın mədəni, dini müxtəlifliyə malik olmasını özümüzün böyük xoşbəxtliyi sanırıq. Eyni zamanda, sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyi ilə əhatə olunub. Azərbaycan dövləti daim öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək üçün geniş əhatə dairəsinə malik proqramlar reallaşdırdı. Dövlətimizin apardığı belə xəlqi siyasət isə öz növbəsində, vətəndaş məmnunluğunu artırır. Bu gün ölkəmizin hər bir vətəndaşı çətin günlərdə ona arxa, dayaq duran, milli maraqlarımızı qətiyyətlə qoruyan, cəmiyyətdən gələn sosial sifarişləri icrasını təmin edən dövlətimizin, Prezidentimizin yanındadır”, - deyə R.Əliyev bildirib.
R.Əliyev qəzetimizə açıqlamasında onu da xüsusi olaraq nəzərə çatdırıb ki, azərbaycançılıq ideologiyası bütün ümummilli məsələlərdə xalqımızın dövlətlə yüksək həmrəyliyini, səfərbər olunmasını təmin edir. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bütün dünya Azərbaycan cəmiyyətinin monolitliyinin şahidi oldu. Məlumdur ki, müharibənin ilk günlərində mənfur düşmən ölkəmizdə yaşayan xalqlar arasında nifaq salmaq üçün müəyyən cəhdlər etdi və sosial şəbəkələrdə dövriyyəyə guya “respublikamızda ön xəttə azsaylı xalqların təmsilçilərinin göndərildiyi” barədə şayiələr buraxdı. Lakin düşmənin mənfur niyyəti bu dəfə də baş tutmadı, belə feyk məlumatlar Azərbaycan cəmiyyətinin həmrəyliyinə zərrə qədər də olsun təsir göstərmədi. Rəşadətli Silahlı Qüvvələrimiz müharibədə düşməni tam kapitulyasiyaya məruz qoydu və tarixi ədaləti, özünün ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbəyə ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri öz töhfələrini verdilər.
Milli Məclisin deputatı R.Əliyevin sözlərinə görə, sadalanan bu kimi faktlar ölkəmizin inkişafında mühüm rol oynayan azərbaycançılıq ideologiyasının həmişəyaşarlılığına dəlalət edir: “Dövlətimizin gücünü artıran azərbaycançılıq ideologiyası sağlam zəminə əsaslanır. Ulu Öndər Heydər Əliyev bu ideologiyanı müstəqil Azərbaycan dövlətinin ideoloji əsası kimi müəyyənləşdirərkən ölkəmizin reallıqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, əsrlərin dərinliyindən gələn ənənələrinə istinad etmişdi. Mən yenə də Avropa ilə Azərbaycanın müqayisəsini aparacam. Bu gün Avropada dəyərlərin aşılandığının şahidiyik. Bir sıra cəmiyyətlərdə yaşlı insanlar, yumşaq desək, çıxdaş edilirlər. Azərbaycan cəmiyyəti isə sözün yaxşı mənasında, mühafizəkar cəmiyyətdir, özünün ənənələrinə hörmətlə yanaşır, tarixi yaddaşını qoruyur və kələcəyini layiqli keçmişi üzərində qurmağa üstünlük verir. Bu kimi amillərə istinad olunmaqla müəyyənləşdirilən azərbaycançılıq ideologiyasının həmişəyaşalığı da elə bununla bağlıdır. Azərbaycançılıq kosmopolit bir ideologiya deyil, bu, özündə xalqımızın tarixi-milli xüsusiyyətlərini əks etdirən və buna görə də həyat qabiliyyəti kifayət qədər yüksək olan bir ideologiyadır”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1650  |  
  • Tarix:  08-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir

19 İyun 18:58
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
19 İyun 18:37
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisini təbrik edib
19 İyun 17:51
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb
19 İyun 17:34
Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
19 İyun 17:06
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək
19 İyun 17:05
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb
19 İyun 17:03
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib
19 İyun 16:18
Könül Nurullayeva: Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
19 İyun 15:01
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada qabonlu həmkarı ilə görüşüb
19 İyun 14:58
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib
19 İyun 14:56
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
19 İyun 13:48
Antalyada Azərbaycanla Rumıniya arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
19 İyun 13:08
Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
19 İyun 12:40
Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
19 İyun 12:32
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO
19 İyun 12:28
Antonio Quterreş: Pandemiya bəşəriyyətin ümumi zəif cəhətlərini, qarşılıqlı asılılığını və kollektiv şəkildə hərəkət etməyin mütləq zərurət olduğunu göstərdi
19 İyun 12:04
Azərbaycan xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
19 İyun 11:59
DSMF sosial təminat sahəsində mötəbər beynəlxalq təşkilatlarla, aidiyyəti xarici qurumlarla əməkdaşlığı genişləndirir
19 İyun 11:57
Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır
19 İyun 11:51
Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib
19 İyun 11:49
2020-2021-ci tədris ili üzrə Azərbaycanda 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb
19 İyun 10:46
Rezidenturaya qəbul olmaq üçün sabah 1738 namizəd imtahan verəcək
19 İyun 10:35
Azərbaycan nefti 74,54 dollara satılır
19 İyun 10:34
Türkiyənin “Zorlu Holding”i Azərbaycanın tekstil sənayesində layihələr icra edəcək
19 İyun 10:05
ADA Universitetində əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb
18 İyun 21:36
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
18 İyun 20:35
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
18 İyun 20:25
Böyük Britaniyanın “The Independent” qəzeti Şuşa Bəyannaməsi barədə məqalə yayıb
18 İyun 19:25
Azərbaycan xarici işlər naziri Antalyada iraqlı həmkarı ilə görüşüb
18 İyun 18:55
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
18 İyun 18:49
Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
18 İyun 18:17
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada somalili həmkarı ilə görüşüb
18 İyun 18:15
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb
18 İyun 17:52
Azərbaycan ilə Qvineya-Bissau arasındakı əlaqələr müzakirə olunub
18 İyun 17:47
Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir
18 İyun 17:42
Arif Fərzəliyev: Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcək uğurlarının təməli qoyuldu
18 İyun 17:41
Əli Həsənov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini əbədiləşdirdi
18 İyun 17:39
Şahin İsmayılov: Siyasi partiyaların Şuşa Bəyannaməsinə birgə dəstək ifadə etmələri milli həmrəyliyin nümunəsidir
18 İyun 17:33
Abbas Müsəvi: Azərbaycan rayonlarının işğaldan azad edilməsi Tehran ilə Bakı arasında yeni əməkdaşlıq imkanları yaradıb
18 İyun 17:32
Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
18 İyun 17:28
Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir
18 İyun 17:16
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının iclası keçirilib
18 İyun 17:11
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
18 İyun 17:02
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
18 İyun 17:01
YAP Göygöl rayon təşkilatı "Azərbacan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
18 İyun 16:55
Cavanşir Paşazadə: Azərbaycan-Türkiyə birliyi xalqlarımıza yeni-yeni zəfərlər qazandıracaq
18 İyun 16:50
Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyonu ötüb
18 İyun 16:49
Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib
18 İyun 16:44
AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb
18 İyun 16:41
Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb
18 İyun 16:37
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür
18 İyun 16:29
Antalya Diplomatiya Forumu işə başlayıb
18 İyun 16:17
YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri qazi Əli Rzayevin ailəsini ziyarət ediblər
18 İyun 15:59
Milli Məclisin deputatları Fransaya səfər edəcəklər
18 İyun 15:59
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
18 İyun 15:58
MEDİA ilə ADA Universitetinin təşkil etdiyi silsilə seminarlara üçüncü qrup media nümayəndələri qoşulublar
18 İyun 15:52
İCESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
18 İyun 15:50
Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb
18 İyun 15:49
İqtisadiyyat Nazirliyi Türkiyə şirkəti ilə anlaşma memorandumu imzalayıb
18 İyun 15:46
İlham İsmayılov: Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün lokomativ rolunu öz üzərinə götürür
18 İyun 15:43
Rauf Əliyev: Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bölgənin yeni inkişaf dövrü başlayıb
18 İyun 14:57
Xarici işlər naziri Ceyhun Bayramov Antalyada xorvatiyalı həmkarı ilə görüşüb
18 İyun 14:39
“Israel HaYom” nəşri: İsraillilər Odlar Yurduna səyahətin maraqlı olacağına əmin ola bilərlər
18 İyun 14:17
Fövqəladə hallar naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
18 İyun 14:10
Anar Məmmədov: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin birliyinin və həmrəyliyinin rəmzidir
18 İyun 14:03
Nüvədi kəndinin sakinləri doğma torpaqlara qayıtmaq hüququnun təmin olunması üçün dünya birliyinə müraciət ediblər
18 İyun 13:59
Antalyada Azərbaycanın xarici işlər naziri ilə Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri arasında görüş keçirilib
18 İyun 13:51
Ali təhsil müəssisələrində karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi müzakirə olunub
18 İyun 12:54
Azərbaycanın xarici işlər naziri Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
18 İyun 12:40
Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil edilməyəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA